Microsoft Word Aygun dissertasiya isi yekun doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix27.03.2018
ölçüsü0,71 Mb.
#35103
1   2   3   4   5   6   7   8   9   ...   28

13 

 

gəlmirdi. Bu səbəbləri bir-biri ilə qarşılıqlı şərtlənən faktlar zənciri formasında təqdim 



etmək olar: 

1. qeyri sabit və ziddiyyətli iqtisadiyyat. 1967-ci il böhranın başlanğıcı iqtisadi 

inkişafın ləngidiyi bir vaxta təsadüf etdi. Dünya böhranı Qərb iqtisadiyyatını bürüdü; 

1969-1970, 1974-1975, 1979-1983-cü illərdə. 

2.  inflyasiyanın  sürətlənməsi  dünya  qiymətlərinə  və  rəqabət  qabiliyyətli 

firmalara mənfi təsir göstərdi, spekulyativ olaraq “isti” pul kütləsinin yerdəyişməsini 

həvəsləndirdi.  Inflyasiyanın  müxtəlif  ölkələrdə  müxtəlif  tempi  valyuta  kursunun 

dinamikasına təsir göstərdi. 

3.  ödəmə  balansının  qeyri  stabilliyi  bəzi  ölkələrin  (Böyük  Britaniya,  ABŞ) 

defisitli  balansı,  digərlərinin  isə  (Yaponiya)  müsbət  saldosu  valyuta  kurslarının 

müvafiq olaraq aşağı, yuxarı tərəddüdünü gücləndirirdi. 

Beləliklə,  20  ildən  artıq ömür  sürən  Bretton-Vuds  sisteminin müqəddaratı  həll 

olunmuş oldu. 

Yamayka valyuta sistemi.

 

Ölkələrarası valyuta münasibətlərində qızıl standartı 

və  qızıl  valyuta  standartı  sistemlərinin  rolunun  zəifləməsi  beynəlxalq  valyuta 

sistemində  yeni  mərhələyə  keçidin  başlanğıcı  kimi  qiymətləndirilməlidir.  Bretton-

Vuds valyuta sisteminin böhranı valyuta islahatı layihələri bolluğu doğurdu: kollektiv 

ehtiyat  valyuta  vahidi  yaradılması,  dünya  valyuta  buraxılışı,  qızıl  və  əmtəələrlə 

təchizatdan  tutmuş,  qızıl  standartlarına  qayıdana  qədər.  Onların  nəzəri  əsasında 

neokeynsçi və neoklassik konsepsiyalar dururdu. 60-70-ci illərdə keynsçilikdə böhran 

meydana  gəldi,  hansı  ki,  əsasını  Bretton-Vuds  sistemi  çərçivəsində  valyuta 

tənzimlənməsi  təşkil  edirdi.  Həmin  vaxt  neoklassiklər  fəallaşdılar.  Onların  bəzisi 

beynəlxalq  valyuta  münasibətlərində  qızılın  rolunun  qızıl  standartına  qədər 

qaldırılmasına yönəlmişlər.



 

Monetarizmin tərəfdarları bazarın tənzimlənməsində dövlət müdaxiləsinə qarşı 

çıxırdılar.  Ödəmə  balansının  avtomatik  özünütənzimləmə  ideyasını  yenidən  ortaya 

atdılar,  üzən  valyuta  kursları  rejimini  təklif  etdilər.  Neokeynsçilər  Keynsin  əvvəllər 

rədd  edilmiş  “bankor”  tipli  beynəlxalq  valyutanın  yaradılması  ideyasına  döndülər. 

ABŞ-da  dolların  mövqeyini  qorumaq  məqsədilə  qızılın  tam  demonetizasiyası  və 




14 

 

beynəlxalq  likvid  vəsaitlərinin  yaradılmasına  istiqamət  götürdülər.  Qərbi  Avropa, 



xüsusilə  Fransa dolların hegemonluğunu məhdudlaşdırmağa  və  BVF-nun kreditlərini 

genişləndirməyə çalışırdı. 

1976-cı  ilin  aprelində  Yamayka  müqaviləsi  ilə  müəyyən  edilmiş  valyuta 

paritetlərindən  imtina  etmək  barədə  Beynəlxalq  Valyuta  Fondunun  nizamnaməsində 

dəyişiklik  edildi.  Bu  təşkilatın  nizamnaməsində  ikinci  dəyişiklik  sayılan  (birinci 

dəyişiklik 1968-ci ilin may ayında SDR-in yaradılması ilə bağlı edilmiş və o, 1969-cu 

ilin  iyul  ayında  qüvvəyə  minmişdir)  və  1978-ci  ilin  aprelində  qüvvəyə  minən  bu 

qərarla  milli  valyutaların  məzənnələrinin  bazar  şərtlərinə  uyğun  olaraq  sərbəst 

müəyyən  olunmasının  əsası  qoyuldu.  Bununla  bütün  ölkələr  öz  valyutalarının 

məzənnəsini  (“sabit”  və  ya  “dəyişkən”  məzənnə  sistemi)  müəyyən  etməkdə  tam 

sərbəstlik əldə etdilər. 

Lakin  bu  sərbəstlik  heç  də  beynəlxalq  valyuta  sistemində  özbaşınalığa  yol 

verilməsi,  hər  bir  ölkənin  bu  sahədə  öz  istədiyi  kimi  hərəkət  etməsi  demək  deyildir. 

Yeni qaydalar BVF-nun üzvü olan ölkələr tərəfindən milli valyutanın sabitliyini təmin 

edən məzənnələr sistemi yaradılmasını, bu məsələnin həllində BVF-u ilə və onun üzvü 

olan digər ölkələrlə sıx əməkdaşlıq etməsini nəzərdə tuturdu. Bu məqsədlə hər bir ölkə 

iqtisadiyyatın  səmərəli  inkişafına  yönəldilmiş  qiymət  siyasəti  aparmalı,  ölkənin 

tədiyyə balansının tənzimlənməsinə mane olan valyuta məzənnələri tətbiq etməməli və 

bütövlükdə maliyyə sistemi sahəsində düşünülmüş və ölçülüb-biçilmiş siyasət həyata 

keçirməlidir. 

Kinqstondakı  (Yamayka)  BVF-nun  ölkə  üzvlərinin  razılığı  ilə  BVF-nun 

nizamnaməsinə  ikinci  düzəliş  dördüncü  dünya  valyuta  sisteminin  aşağıdakı 

prinsiplərini rəsmiləşdirmişdir: 

1.  Qızıl-deviz  standartları  əvəzinə  SDR  standartları  yeridildi.  Bu  yeni 

beynəlxalq  valyuta  hesab  vahidinin  (O.Emminqerin  latihəsi  üzrə)  yaradılması 

haqqında razılıq 1967- ci ildə BVF-nun ölkə üzvləri tərəfindən imzalanmışdır. SDR-in 

buraxılışı ilə əlaqədar BVF-nun nizamnaməsinə birinci dəyişiklik 28 iyul 1969-cu ildə 

qüvvəyə mindi. 




15 

 

2. Qızılın demonetizasiyasına hüquqi şəkildə son qoyuldu: onun rəsmi qiyməti, 



qızıl  paritetləri  ləğv  olundu,  dolların  qızıla  dəyişdirilməsi  dayandırıldı.  Yamayka 

razılaşmasına görə qızıl dəyər tədbiri və valyuta kurslarının hesablanma nöqtəsi olmalı 

deyil. 

3. Ölkələrə istədikləri valyuta kursu seçmək imkanı verilmişdi. 



4.  BVF-dan  isə  dövlətlərarası  valyuta  tənzimlənməsini  gücləndirmək  tələb 

olunurdu. 

Yamayka valyuta sisteminin aşağıdakı “üzən” valyuta rejimi mövcuddur: 

ABŞ,  Kanada,  ngiltərə,  Yaponiya  və  s.  ölkələrin  valyutaları  valyuta 

məzənnəsinin tələb və təklifindən asılı olaraq sərbəstdir. 

Avropa  birliyi  üzvlərinin  əksər  ölkələri  (Almaniya,  Fransa,  taliya,Hollandiya, 

Belçika,  Lüksemburq,  rlandiya,  Danimarka)  öz  aralarında  valyuta  mübadiləsinin 

məzənnəsini müəyyən edirlər, özlərinin Avropa valyuta sistemini yaradırlar (EKYU); 

üçüncü bir valyutaya nisbətdə onlar birlikdə “üzürlər” (qalxıb-enirlər). 

Həmişə  olduğu  kimi    yeni  dünya  valyuta  sistemi  ilə  köhnə  sistem  arasında 

varislik  əlaqəsi  saxlanılırdı.  Bu  qanunauyğunluq  Yamayka  və  Bretton-Vuds  valyuta 

sistemlərini  tutuşduranda  ortaya  çıxır.  SDR  standartı  arxasında  dollar  standartı 

gizlənir.  Baxmayaraq  ki,  valyuta  plüralizminə  olan  tendensiya  güclənir,  hələ  ki, 

aparıcı  beynəlxalq  ödəmə  və  rezerv  vasitəsi  kimi  dolların  alternativi  yoxdur,  qızıl 

demonetizasiyalaşdırılmışdır,  amma  faktiki  olaraq  o,  valyuta  malı  formasında  öz 

modifikasiyalaşmış formasını saxlayır: Bretton-Vuds sistemindən miras olaraq BVF-u 

qalmışdır,  hansı  ki,  dövlətlərarası  valyuta  tənzimlənməsini  həyata  keçirir.  Mahiyyət 

etibarilə, Yamayka valyuta sistemi Bretton-Vuds sistemindən daha mütəhərrik olmalı 

idi,  ödəmə  balansları  və  valyuta  kurslarının  qeyri-stabilliyinə  daha  elastik  surətdə 

alışmalı  idi.  Amma  ki,  Yamayka  valyuta  sistemi  periodik  olaraq  böhran  sarsıntıları 

keçirir,  əsas  valyuta  problemlərinin  həlli  məqsədilə  onun  daha  da  müasirləşdirilməsi 

yolları  axtarılırdı.  Qızılın  demonetizasiyasının,  yəni  onun  pul  funksiyasını  itirməsi 

prosesinin  Yamayka  valyuta  islahatı  ilə  başa  çatması  nəticəsində  valyuta  sisteminə 

SDR  (xüsusi  borclanma  hüququ)  və  EKÜ-nün  (indi  EURO)  tətbiq  edilməsini  zəruri 

etdi. 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə