Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə15/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   11   12   13   14   15   16   17   18   ...   190

orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq 

cinayət  işinin,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  və  ya  xüsusi  ittiham 

qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. 

52.3.  Bütün  istintaq  hərəkətlərinin  protokolları  dərhal  və  ya  bütün  hallarda 

istintaq  hərəkətinin  aparıldığı  gündən  sonrakı  iş  günündən  gec  olmayaraq 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlarının  Azərbaycan 

Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. 

Bütün  prosessual  qərarlar  ciddi  hesabat  sənədləri  olmaqla  xüsusi  formalı, 

nömrələnmiş  blanklarda  tərtib  olunur.  Həmin  blankların  formaları  Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının 

Baş Prokurorluğu tərəfindən birgə müəyyən olunur. 

52.4.  Cinayət  işinin  materialları  hər  bir  qovluğun  üzərində  müvafiq  yazıları  və 

orada olan sənədlərin siyahısı cildlənmiş bir və ya bir neçə qovluqda tikilməlidir. 

52.5.  Həcminə  və  ya  xarakterinə  görə  cinayət  işinin  materiallarında  saxlanıla 

bilməyən digər sənədlər və əşyalar onun tərkib hissəsi kimi ayrıca saxlanılır. Cinayət 

işinin materiallarından ayrı saxlanılan əşyaların və sənədlərin siyahısı cinayət işinin 

materiallarına əlavə edilməlidir. 

52.6.  Cinayət  işinin  materiallarına  aid  sənədlərin  surətləri  cinayət  prosesini 

həyata keçirən orqan tərəfindən düzgünlüyü təsdiq edilmiş kağızda və ya elektron 

daşıyıcısında çıxarıla bilər. 

M a d d ə   5 3 .   C i n a y ə t   t ə q i b i   ü z r ə   i c r a a t ı n   d a y a n d ı r ı l m a s ı  

ə s a s l a r ı

 

53.1. Cinayət təqibi üzrə icraat aşağıdakı hallarda dayandırıla bilər: 



53.1.1.  təqsirləndirilən  şəxs  qismində  cəlb  edilməli  olan  şəxs  müəyyən 

olunmadıqda; 

53.1.2.  təqsirləndirilən  şəxs  qismində  cəlb  edilməli  olan  şəxsin  olduğu  yer 

müəyyən olunmadıqda; 

53.1.3.  təqsirləndirilən  şəxs  qismində  cəlb  edilməli  olan  şəxs  istintaqdan  və  ya 

məhkəmədən gizləndikdə; 

53.1.4.  təqsirləndirilən  şəxsin  ağır  xəstəliyi  və  ya  Azərbaycan  Respublikasının 

hüdudlarından  kənarda  olması  ilə  əlaqədar  cinayət  prosesində  iştirakı  müvəqqəti 

mümkün olmadıqda; 

53.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqib olunan 

şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi və ya xarici dövlət tərəfindən 

verilməsi məsələsi qanunla müəyyən olunmuş qaydada qoyulduqda; 

53.1.6.  insan  hüquq  və  azadlıqlarının  həyata  keçirilməsi  məsələləri  ilə  bağlı 

məhkəmə  tərəfindən  Azərbaycan  Respublikası  Konstitusiyasının  və  qanunlarının 

şərh  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə 

müraciət edildikdə. 

xiii[13]

 



53.1.7. məhkəmə qərarlarının  icra edilməməsi  ilə əlaqədar cinayət təqibi zamanı 

mülki-prosessual qanunvericiliyə uyğun olaraq qərarın icrası kassasiya  instansiyası 

məhkəməsi tərəfindən dayandırıldıqda. 

xiv[14]


 

53.2.  Cinayət  təqibi  üzrə  icraat  dayandırıldıqda  cinayət  işi  üzrə  icraat, 

məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə 

icraat da dayandırılır. 

53.3. Cinayət təqibi üzrə icraat aşağıdakılara riayət edilməklə dayandırıla bilər: 

53.3.1.  bu  Məcəllənin  53.1.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  yalnız 

cinayət işinin başlanılmasından 2 (iki) ay keçdikdə; 

53.3.2.  bu  Məcəllənin  53.1.2-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  yalnız 

təqsirləndirilən şəxs haqqında axtarış elan edildikdən sonra; 

53.3.3.  bu  Məcəllənin  53.1.3-cü  maddəsində  nəzərdə  tutulmuş  hallarda 

təqsirləndirilən şəxsin axtarışının elan edilməsi ilə eyni vaxtda; 

53.3.4.  bu  Məcəllənin  53.1.4—53.1.6-cı  maddələrində  nəzərdə  tutulmuş  hallarda 

cinayət  təqibinin  dayandırılmasına  əsas  verən,  müvafiq  olaraq  stasionar  tibb 

müəssisəsinin  şəxsin  ağır  xəstəliyini  təsdiq  edən  tibbi  rəyi,  şəxsin  Azərbaycan 

Respublikasının  hüdudlarından  kənarda  olmasını  təsdiq  edən  təhqiqat  orqanının 

arayışı,  şəxsin  toxunulmazlıq  hüququndan  məhrum  edilməsi  barədə  Azərbaycan 

Respublikası  Baş  prokurorunun  təqdimatı  və  ya  Azərbaycan  Respublikasının 

Konstitusiya  Məhkəməsinəmüraciət  edilməsinə  dair  məhkəmənin  qərarı  olduqda. 

xv[15]

 

53.3.5.  bu  Məcəllənin  53.1.7-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  qərarın 



icrasının  dayandırılması  haqqında  kassasiya  instansiyası  məhkəməsinin  qərarı 

olduqda. 

xvi[16]

 

53.4. Cinayət təqibi üzrə iki və daha artıq təqsirləndirilən şəxs olarsa və icraatın 



dayandırılması  əsasları  onların  hamısına  aid  deyilsə,  müstəntiq,  prokuror  və  ya 

məhkəmə  bütün  təqsirləndirilən  şəxslərin  iştirakı  olmadan  icraata  obyektiv 

baxılması mümkün olmadıqda, icraatın bir hissəsini ayrıca icraata ayırmağa və onu 

dayandırmağa və ya bütün icraatı dayandırmağa haqlıdır. 

53.5. Cinayət təqibi üzrə icraat dayandırılanadək cinayət prosesini həyata keçirən 

orqan  təqsirləndirilən  şəxs  olmadan  həyata  keçirilməsi  mümkün  olan  bütün 

prosessual hərəkətləri yerinə yetirməli, müstəntiq isə bundan əlavə, cinayət törətmiş 

şəxsin müəyyən edilməsi və tapılması üçün bütün tədbirləri görməlidir. 

53.6.  İcraatın  dayandırılmasına  əsas  verən  səbəblər  aradan  qalxanadək  cinayət 

təqibi  üzrə  icraat  dayandırılmış  qalır.  Bu  səbəblər  aradan  qalxdıqdan  sonra 

prokurorun,  müstəntiqin  və  ya  məhkəmənin  qərarı  ilə  cinayət  təqibi  üzrə  icraat 

təzələnir. 

53.7.  Təqsirləndirilən  şəxs  qismində  cəlb  edilməli  olan  şəxsin  istintaqdan  və  ya 

məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə 

tutulan  cinayətin  törədilməsi,  habelə  sülh  və  insanlıq  əleyhinə  və  müharibə 

cinayətləri  törədilməsi  halları  istisna  edilməklə,  cinayət  məsuliyyətinə  cəlb  etmə 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə