Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə13/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   9   10   11   12   13   14   15   16   ...   190

46.4.  Cinayət  təqibini  istisna  edən  halların  mövcudluğu  istisna  edilməklə, 

məhkəmə  iclasında  sədrlik  edən  ədalət  mühakiməsi  əleyhinə  olan  hər  hansı 

cinayətin  əlamətlərinin  məhkəmə  baxışı  zamanı  müəyyən  olunduğuna  prokurorun 

diqqətini  cəlb  etdikdə,  prokuror  bununla  bağlı  dərhal  cinayət  işi  başlamalıdır.  Bu 

halda  prokuror  cinayət  işinin  başlanmasının  rədd  edilməsi  haqqında  qərar  qəbul 

edərsə, məhkəmə iclasında sədrlik edən həmin qərarın qanunsuz və əsassız olması 

qənaətinə  gəldikdə  yuxarı  prokurordan  zəruri  tədbirlərin  görülməsini  tələb  edə 

bilər. 


46.5.  Cinayət  işinin  dərhal  başlanması  üçün  bu  Məcəllənin  209.2-ci  maddəsində 

nəzərdə  tutulmuş  halların  mövcudluğu  da  kifayətdir.  Bu  halda  hərtərəfli,  tam  və 

obyektiv  ibtidai  araşdırma  cinayət  təqibinin  həyata  keçirilməsinə  mane  olan 

aşağıdakı hallar müəyyən olunanadək aparılır: 

46.5.1.  cinayət  hadisəsinin  mövcudluğunu  təsdiq  edən  sübutlar  əldə 

edilmədikdə; 

46.5.2.  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməlin  törədilməsində  yeganə 

təqsirləndirilə  bilən  şəxsə  qarşı  bu  Məcəllənin  39.1.4—39.1.7  və  39.1.10-cu 

maddələrində göstərilən cinayət təqibini istisna edən hallar olduqda; 

46.5.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə hər hansı 

şəxsə  qarşı  bu  Məcəllənin  39.1.3,  39.1.11  və  39.1.12-ci  maddələrində  göstərilən 

cinayət təqibini istisna edən hallar olduqda. 

M a d d ə   4 7 .   C i n a y ə t   t ə q i b i   ü z r ə   i c r a a t ı   a p a r a n   o r q a n l a r

 

47.1. Cinayət təqibi üzrə icraat cinayət prosesini həyata keçirən orqan tərəfindən 



aparılır.  Bununla  əlaqədar  məsuliyyət  müvafiq  olaraq  icraatında  cinayət  işi, 

məhkəməyədək sadələşdirilmiş icraat üzrə material və ya xüsusi ittiham qaydasında 

şikayət  üzrə  material  olan  təhqiqatçı,  müstəntiq,  prokuror  və  ya  məhkəmənin 

üzərinə düşür. 

47.2.  Xarici  dövlətlərin  müvafiq  orqanları  ilə  cinayət  təqibi  üzrə  münasibətlərin 

qurulması, həmçinin bu dövlətlərin məhkəmə və istintaq orqanlarının göstərişlərinin 

yerinə  yetirilməsi  ilə  bağlı  icraat  aparılması  Azərbaycan  Respublikasının 

qanunvericiliyi  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrdə  müəyyən  edilən  müvafiq  məhkəmənin,  prokurorun  və  müstəntiqin 

üzərinə düşür. 

M a d d ə   4 8 .   C i n a y ə t   t ə q i b i   ü z r ə   i c r a a t ı n   t e z l i y i n i n  

t ə m i n   o l u n m a s ı

 

48.1.  Cinayət  təqibi  üzrə  icraat  təhqiqatçı,  müstəntiq,  prokuror  və  ya  məhkəmə 



tərəfindən  bu  Məcəllədə  nəzərdə  tutulmuş  müddətlərdə  elə  başlanmalı  və 

qurtarmalıdır ki: 

48.1.1. sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun; 



48.1.2.  şəxslər  onlara  ittiham  elan  olunmasını,  işlərinə  baxılmasını  və  pozulmuş 

hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər. 

48.2.  Cinayət  prosesini  həyata  keçirən  orqan  hər  bir  halda  aşağıdakıları  təmin 

etməlidir ki: 

48.2.1.  haqqında  həbs,  ev  dustaqlığı  və  ya  girov  qismində  qətimkan  tədbiri 

seçilmiş  təqsirləndirilən  şəxs  qətimkan  tədbiri  seçildikdən  sonra  bu  Məcəllənin  158 

və  159-cu  maddələrində  nəzərdə  tutulmuş  müddətlər  keçənədək  ittihamın 

əsaslılığının  müəyyən  olunması  üçün  məhkəmə  qarşısında  dayana  və  məhkəmə 

baxışından keçə bilsin; 

48.2.2.  hər  hansı  cinayət  işi  başlandığı  andan  bu  Məcəllənin  218-ci  maddəsində 

nəzərdə  tutulmuş  müddətlərdə  ittiham  aktı  ilə  məhkəməyə  göndərilsin  və  ya 

cinayət təqibinə xitam verilsin; 

48.2.3.  məhkəməyə  daxil  olmuş  hər  hansı  cinayət  işinə,  məhkəməyədək 

sadələşdirilmiş  icraat  üzrə  materiala  və  ya  xüsusi  ittiham  qaydasında  şikayətə, 

habelə çıxarılmış hökm və məhkəmənin digər qərarlarına dair şikayət və protestlərə 

bu  Məcəllənin  298.2,  301.4,  391.1,  419.3,  426.2  və  427.1-ci  maddələrində  nəzərdə 

tutulmuş müddətlərdə baxılmağa başlansın. 

48.3.  Təqsirləndirilən  şəxsin  cinayət  prosesini  həyata  keçirən  orqandan 

gizlənməsi,  cinayət  təqibi  üzrə  icraatın  dayandırılmasına  səbəb  olan  digər  hallar 

olduğu  müddət,  habelə  cinayət  işinin  ona  təqdim  olunmuş  materialları  ilə  tanış 

olduğu  müddət  bu  Məcəllənin  48.2-ci  maddəsində  nəzərdə  tutulmuş  müddətlərə 

daxil deyildir. 

48.4. Şəxs cinayət  işi üzrə məhkəməyədək icraatda  bu Məcəllənin  158 və 159-cu 

maddələrində  göstərilmiş  müddətdən  artıq  həbsdə  qalarsa,  ona  dəymiş  mənəvi 

ziyana görə pul kompensasiyasını almaq hüququna malikdir. Kompensasiya cinayət 

işi üzrə çıxarılmış qərardan asılı olmayaraq, mülki mühakimə icraatı qaydasında həll 

olunur. 

M a d d ə   4 9 .   C i n a y ə t   t ə q i b i   ü z r ə   i c r a a t ı n   b i r l ə ş d i r i l m ə s i

 

49.1.  Yalnız  bir  neçə  şəxsin  bir  cinayəti  birlikdə  törətməkdə  ittiham  olunmaları 



üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi 

bir icraatda birləşdirilə bilər. 

49.2.  Müxtəlif  cinayətlər  törətmiş  şəxslərin  hər  hansı  cinayəti  birgə  və  ya 

mütəşəkkil  dəstənin  tərkibində  törətməsi  halları  istisna  olunmaqla,  həmin  şəxslərə 

qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. 

49.3.  Toplanmış  materialların  həcminin  böyüklüyünə  və  ya  təqsirləndirilən 

şəxslərin  sayının  çoxluğuna  görə  işin  məhkəmə  baxışını  gecikdirən  və  ya  başqa 

formada çətinlik yaradan ittihamlar bir icraatda birləşdirilməməlidir. 

49.4. Aşağıdakılar bir icraatda birləşdirilə bilməz: 

49.4.1. (çıxarılıb) 

xii[12]

 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə