Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə10/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   6   7   8   9   10   11   12   13   ...   190

CİNAYƏT TƏQİBİ

 

M a d d ə   3 7 .   C i n a y ə t   t ə q i b i n i n   n ö v l ə r i



 

37.1.  Cinayətin  xarakterindən  və  ağırlıq  dərəcəsindən  asılı  olaraq  cinayət  təqibi 

bu  Məcəllənin  müddəalarına  uyğun  xüsusi,  ictimai-xüsusi  və  ya  ictimai  ittiham 

qaydasında həyata keçirilir. 

37.2. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti 

əsasında  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  147,  148,  165.1  və  166.1-ci 

maddələrində  göstərilən  cinayətlər  üzrə  həyata  keçirilir  və  məhkəmə  müşavirə 

otağına  gedənədək  zərər  çəkmiş  şəxs  təqsirləndirilən  şəxslə  barışdıqda  ona  xitam 

verilir. 

37.3. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti 

əsasında  və  ya  bu  Məcəllənin  37.5-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda 

prokurorun  təşəbbüsü  ilə  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  127,  128, 

129.2, 130.2, 131.1, 132—134, 142.1, 149.1, 150.1, 151, 156—158, 163, 175—177.1, 178.1, 

179.1,  184.1,  186.1,  187.1,  190.1,  197  və  201.1-ci  maddələrində  göstərilən  cinayətlərə 

görə həyata keçirilir. 

37.4. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası 

Cinayət  Məcəlləsinin  73-cü  maddəsində  nəzərdə  tutulmuş  hallardan  başqa  zərər 

çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. 

vii[7]

 

37.5. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti 



olmadan prokuror tərəfindən yalnız aşağıdakı hallarda başlanıla bilər: 

37.5.1. törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda; 

37.5.2. cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli 

şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə; 

37.5.3. cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan 

şəxs barəsində törədildikdə; 

37.5.4. cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən 

asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə; 

37.5.5.  cinayət  fəaliyyət  qabiliyyəti  olmayan  və  ya  cinayət  məsuliyyətinə  cəlb 

etməyə  imkan  verən  yaş  həddinə  çatmamış  şəxs  tərəfindən  və  ya  ona  qarşı 

törədildikdə. 

37.6. Bu Məcəllənin 37.2 və 37.3-cü maddələrində göstərilməyən digər cinayətlər 

üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir.  

M a d d ə  

3 8 .  

C i n a y ə t  



t ə q i b i n i n  

h ə y a t a  

k e ç i r i l m ə s i  

v ə z i f ə s i

 

38.1. Təhqiqatçı, müstəntiq və ya prokuror hazırlanan, yaxud törədilən cinayətin 



əlamətlərini  əks  etdirən  əməllər  barədə  məlumat  aldıqda  və  ya  cinayət  hadisəsini 

bilavasitə aşkar etdikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayətin izlərinin 




qorunması  və  götürülməsi  üçün  tədbirlər  görməli,  həmçinin  öz  səlahiyyətləri 

daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar. 

38.2.  Cinayətin  baş  verməsi  təsdiq  olunarsa,  dövlət  ittihamçısı  təqsirləndirilən 

şəxsi  məhkəmə  qarşısında  ifşa  və  ona  layiqli  cəza  tələb  etməli,  zəruri  hallarda  isə 

şəxsin barəsində tibbi və ya tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini 

tələb etməlidir. 

38.3. Cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş 

hərəkətlər  nəticəsində  vurulmuş  ziyanın  ödənilməsi  məqsədi  ilə    tədbirlər 

görməlidir. 

38.4. Cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və 

ya  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  hallarda  və  qaydada  dövlət  ittihamçısı,  yaxud 

xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. 

M a d d ə   3 9 .   C i n a y ə t   t ə q i b i n i   i s t i s n a   e d ə n   h a l l a r

 

39.1.  Aşağıdakı  hallarda  cinayət  təqibi  başlanıla  bilməz,  başlanmış  cinayət 



təqibinə  isə  xitam  verilməlidir  (o  cümlədən  cinayət  işi  başlana  bilməz,  başlanılmış 

cinayət işi üzrə icraata isə xitam verilməlidir): 

39.1.1. cinayət hadisəsi olmadıqda; 

39.1.2. əməldə cinayət tərkibi olmadıqda; 

39.1.3.  cinayət  məsuliyyətinə  cəlbetmə  müddətləri  keçdikdə  (cinayət 

məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə); 

39.1.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş 

şəxs  cinayət  məsuliyyətinə  cəlb  etməyə  imkan  verən  yaş  həddinə  çatmadıqda 

(həmin  şəxsə  qarşı  tərbiyəvi  xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsi  zəruri 

olan hallar istisna edilməklə); 

39.1.5.  şəxs  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməli  törətdikdən  sonra 

öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə); 

39.1.6.  şəxs  barəsində  eyni  ittiham  üzrə  məhkəmənin  qanuni  qüvvəyə  minmiş 

hökmü  və  ya  digər  məhkəmənin  cinayət  təqibini  qeyri-mümkün  edən  ləğv 

edilməmiş qərarı olduqda; 

39.1.7.  şəxs  barəsində  eyni  ittiham  üzrə  təhqiqatçının,  müstəntiqin  və  ya 

prokurorun  cinayət  işi  başlanmasının  rədd  edilməsi  və  ya  ona  xitam  verilməsi 

haqqında ləğv edilməmiş qərarı olduqda; 

39.1.8.  zərər  çəkmiş  şəxsin  şikayəti  olmadıqda  (cinayət  təqibi  xüsusi  ittiham 

qaydasında  həyata  keçirildikdə,  habelə  cinayət  təqibinin  başlanmasına  prokurorun 

təşəbbüsü  olmadığı  halda  cinayət  təqibi  ictimai-xüsusi  ittiham  qaydasında  həyata 

keçirildikdə); 

39.1.9.  zərər  çəkmiş  şəxslə  təqsirləndirilən  şəxs  barışdıqda  (cinayət  təqibi  yalnız 

xüsusi ittiham qaydasında həyata keçirildikdə); 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə