Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə7/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   2   3   4   5   6   7   8   9   10   ...   190

19.2. Cinayət prosesini həyata keçirən orqan, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), 

mülki  iddiaçı  və  ya  onun  qanuni  nümayəndəsi,  şübhəli,  yaxud  təqsirləndirilən 

şəxsin  qanuni  nümayəndəsi,  habelə  mülki  cavabdeh  cinayət,  prosesi  gedişində 

özlərinin dəvət etdiyi nümayəndənin hüquqi yardımından istifadə etmək hüququnu 

gözləməlidir. 

19.3.  Zərər  çəkmiş  şəxsin  və  ya  şahidin  dindirilməsi  zamanı  cinayət  prosesini 

həyata keçirən orqanın həmin şəxslərin nümayəndə qismində dəvət etdikləri vəkilin 

onların yanında olmasını qadağan etməyə hüququ yoxdur. 

19.4. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin 

bu  məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  aşağıdakı  hüquqlarını  təmin 

etməlidir: 

19.4.1.  tutulduğu,  həbsə  alındığı  və  ya  müvafiq  olaraq  şübhəli  şəxs  qismində 

birinci  dindirməyədək,  yaxud  təqsirləndirilən  şəxsə  ittiham  elan  edildiyi  andan 

müdafiəçinin yardımından istifadə etmək; 

19.4.2. hüquqlarını izah etmək; 

19.4.3.  öz  müdafiəsini  hazırlamaq  üçün  kifayət  qədər  vaxt  vermək  və  imkan 

yaratmaq; 

19.4.4.  şəxsən  və  ya  özünün  seçdiyi  müdafiəçi  vasitəsi  ilə  müdafiə  olunmaq, 

yaxud  müdafiəçinin  haqqını  ödəmək  üçün  kifayət  qədər  vəsaiti  olmadıqda,  pulsuz 

hüquqi yardım almaq; 

19.4.5.  onun  əleyhinə  ifadə  vermiş  şahidləri  məhkəmə  istintaqı  zamanı 

dindirmək. 

v[5]

 

19.5.  Cinayət  prosesini  həyata  keçirən  orqan  bu  Məcəllə  ilə  müəyyən  edilmiş 



hallarda  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  qanuni  nümayəndəsini  işə  cəlb 

etməlidir. 

19.6.  Cinayət  prosesində  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  müdafiəçisinin  və 

qanuni  nümayəndəsinin  iştirak  etməsi  bu  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin 

hüquqlarını məhdudlaşdıra bilməz. 

19.7. Şübhəli və ya təqsirləndirilən  şəxs  ifadə verməyə, cinayət prosesini  həyata 

keçirən  orqana  hər  hansı  materiallar  təqdim  etməyə  və  onlara  hər  hansı  yardım 

göstərməyə məcbur edilə bilməz. 

M a d d ə  

2 0 .  


Ö z ü n ü  

v ə  


q o h u m l a r ı n ı  

i f ş a  

e t m ə k d ə  

s ə r b ə s t l i k

 

20.1.  Heç  kəs  şəxsən  özünün  və  yaxın  qohumlarının  əleyhinə  ifadə  verməyə 



məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. 

20.2.  İbtidai  araşdırma  və  ya  məhkəmə  baxışı  zamanı  özünü,  yaxud  yaxın 

qohumlarını  cinayət  törətməkdə  ifşa  edən  məlumatları  verməsi  təklif  olunan  şəxs 

bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə 

verməkdən imtina etməyə haqlıdır. 



M a d d ə   2 1 .   T ə q s i r s i z l i k   p r e z u m p s i y a s ı

 

21.1.  Cinayətin  törədilməsində  təqsirləndirilən  hər  bir  şəxs  onun  təqsiri  bu 



Məcəllədə  nəzərdə  tutulmuş  qaydada  sübuta  yetirilməyibsə  və  bu  barədə  qanuni 

qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 

21.2.  Şəxsin  təqsirli  olduğuna  əsaslı  şübhələr  varsa  da  onun  təqsirli  bilinməsinə 

yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur 

daxilində  ittihamın  sübuta  yetirilməsində  aradan  qaldırılması  mümkün  olmayan 

şübhələr  təqsirləndirilən  şəxsin  (şübhəli  şəxsin)  xeyrinə  həll  edilir.  Eyni  ilə  cinayət 

və  cinayət-prosessual  qanunlarının  tətbiqində  aradan  qaldırılmamış  şübhələr  də 

onun xeyrinə həll olunmalıdır. 

21.3.  Cinayət  törədilməsində  təqsirləndirilən  şəxs  özünün  təqsirsiz  olmasını 

sübuta  yetirməyə  borclu  deyildir.  İttihamı  sübuta  yetirmək,  şübhəli  və  ya 

təqsirləndirilən  şəxsin  müdafiəsi  üçün  irəli  sürülən  dəlilləri  təkzib  etmək  vəzifəsi 

ittiham tərəfinin üzərinə düşür. 

M a d d ə   2 2 .   M ə h k ə m ə   b a x ı ş ı n ı   t ə l ə b   e t m ə k   h ü q u q u n u n  

t ə m i n   o l u n m a s ı

 

Cinayət  prosesini  həyata  keçirən  orqanlar  bu  Məcəllə  ilə  müəyyən  edilmiş 



qaydada hər kəsin ona qarşı irəli sürülmüş ittiham, yaxud barəsində tətbiq olunmuş 

prosessual  məcburiyyət  tədbirləri  ilə  əlaqədar  ədalətli  və  açıq  məhkəmə  baxışının 

aparılmasını  tələb  etmək  hüququnu  təmin  etməlidirlər.  Hər  hansı  səbəbdən 

məhkəmə baxışını tələb etmək hüququnun rədd edilməsi yolverilməzdir. 

M a d d ə  

2 3 .  


C i n a y ə t  

m ü h a k i m ə  

i c r a a t ı n ı n  

y a l n ı z  

m ə h k ə m ə   t ə r ə f i n d ə n   h ə y a t a   k e ç i r i l m ə s i

 

23.1. Cinayət mühakimə icraatı Azərbaycan Respublikasının məhkəmə sisteminə 



daxil  olan  səlahiyyətli  məhkəmə  tərəfindən  həyata  keçirilir.  Məhkəmənin  hökmü 

olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla və məhkum oluna bilməz. 

23.2.  Fövqəladə  məhkəmələrin  yaradılması  və  ya  məhkəmənin  səlahiyyətlərinin 

mənimsənilməsi  yolverilməzdir  və  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən edilmiş məsuliyyətə səbəb olur. 

23.3.  Fövqəladə  məhkəmələrin  və  digər  qanunsuz  yaradılmış  məhkəmələrin 

hökm və digər qərarlarının hüquqi qüvvəsi yoxdur və icra edilməməlidir. 

M a d d ə  

2 4 .  

C i n a y ə t  



m ü h a k i m ə  

i c r a a t ı n ı n  

x a l q ı n  

n ü m a y ə n d ə l ə r i n i n   i ş t i r a k ı   i l ə   h ə y a t a   k e ç i r i l m ə s i

 

24.1.  Bu  Məcəllənin  359-cu  maddəsində  nəzərdə  tutulmuş  hallarda 



təqsirləndirilən şəxs cinayət təqibi üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə ədalət 

mühakiməsinin  andlılar  məhkəməsi  tərəfindən  həyata  keçirilməsini  tələb  etmək 

hüququna malikdir. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə