Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə4/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   2   3   4   5   6   7   8   9   ...   190

7.0.14. məhkəmə iclasında sədrlik edən —  cinayət işinə və ya cinayət təqibi  ilə 

bağlı  digər  materiallara  təkbaşına,  bir  neçə  hakimdən  ibarət  tərkibdə  və  ya  andlı 

iclasçıların iştirakı ilə baxılarkən məhkəmə iclasında sədrlik edən hakimdir; 

7.0.15. andlı iclasçı — Azərbaycan Respublikasının qanunvericiliyi  ilə müəyyən 

edilmiş  qaydada  andlı  iclasçılar  siyahısına  daxil  edilmiş,  bu  Məcəllədə  nəzərdə 

tutulmuş  qaydalar  üzrə  seçilmiş  və  ədalət  mühakiməsinin  həyata  keçirilməsində 

iştirak etmək üçün məhkəməyə çağırılmış şəxsdir; 

7.0.16. andlı iclasçılar kollegiyası — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və 

qaydada  cinayət  işlərinə  baxılması  üçün  yaradılan  andlı  iclasçılardan  ibarət 

qurumdur; 

7.0.17.  andlı  iclasçıların  aparıcısı  —  verdikt  çıxarılması  üçün  müşavirə  otağına 

gedənədək andlı iclasçıların öz tərkibindən seçdikləri şəxsdir; 

7.0.18. cinayət prosesinin iştirakçıları — təhqiqatçı, müstəntiq, prokuror, habelə 

zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, onların qanuni nümayəndələri və 

nümayəndələri,  şübhəli  və  ya  təqsirləndirilən  şəxs,  onların  qanuni  nümayəndələri, 

müdafiəçi, mülki cavabdeh, onun qanuni nümayəndəsi və ya nümayəndəsidir; 

7.0.19.  cinayət  prosesinin  tərəfləri  —  çəkişmə  və  hüquq  bərabərliyi  əsasında 

cinayət  mühakimə  icraatında  ittihamı  və  müdafiəni  həyata  keçirən  cinayət 

prosesinin iştirakçılarıdır; 

ii[2]


 

7.0.20.  ittiham  —  bu  Məcəllədə  müəyyən  olunmuş  qaydada  şəxsin  cinayət 

qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir; 

7.0.21.  ittiham  tərəfi  —  birlikdə  götürülmüş  təhqiqatçı,  müstəntiq,  prokuror, 

həmçinin zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçıdır; 

7.0.22. ibtidai araşdırma — cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə 

məhkəməyədək aparılan icraatdır; 

7.0.23.  prokuror  —  öz  səlahiyyətləri  daxilində  bu  Məcəllədə  nəzərdə  tutulmuş 

qaydada cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən 

və ya dövlət ittihamçısı qismində məhkəmədə ictimai, yaxud ictimai-xüsusi ittihamı 

müdafiə edən şəxsdir; 

7.0.24.  müstəntiq  —  öz  səlahiyyətləri  daxilində  bu  Məcəllədə  nəzərdə tutulmuş 

qaydada cinayət işi üzrə ibtidai istintaqı aparan şəxsdir; 

7.0.25.  təhqiqatçı  —  öz  səlahiyyətləri  daxilində  bu  Məcəllədə  nəzərdə  tutulmuş 

hallarda və qaydada cinayət təqibi üzrə təhqiqat aparan şəxsdir; 

7.0.26. xüsusi ittihamçı —  bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda 

məhkəmədə ittiham irəli sürən və onu müdafiə edən zərər çəkmiş şəxsdir; 

7.0.27.  müdafiə  —  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməli  törətməsi  istinad 

edilən  şəxsə  qarşı  irəli  sürülmüş  ittihamın  təkzibi  və  ya  yüngülləşdirilməsi,  onun 

hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış 

şəxsin  pozulmuş  hüquq  və  azadlıqlarının  bərpası  məqsədi  ilə  həyata  keçirilən 

prosessual fəaliyyətdir; 




7.0.28. müdafiə tərəfi — birlikdə götürülmüş şübhəli və ya təqsirləndirilən şəxs, 

onun müdafiəçisi və mülki cavabdehdir; 

7.0.29.  cinayət  prosesində  iştirak  edən  digər  şəxslər  —  hal  şahidi,  şahid, 

mütəxəssis, ekspert, məhkəmə iclasının katibi və tərcüməçidir; 

7.0.30.  zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının,  şübhəli  və  ya  təqsirləndirilən 

şəxsin,  yaxud  mülki  cavabdehin  qanuni  nümayəndələri  —  bu  Məcəllədə  nəzərdə 

tutulmuş  hallarda  cinayət  prosesi  zamanı  zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının, 

şübhəli  və  ya  təqsirləndirilən  şəxsin,  yaxud  mülki  cavabdehin  qanuni  mənafeyini 

təmsil  edən  valideynlər,  övladlığa  götürənlər,  qəyyumlar,  himayəçilər,  habelə 

qəyyumluq və ya himayəçilik orqanıdır; 

7.0.31.  zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının  və  ya  mülki  cavabdehin 

nümayəndəsi  —  cinayət  prosesi  zamanı  zərər  çəkmiş  şəxsin,  mülki  iddiaçının, 

yaxud mülki cavabdehin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında 

təsdiq edilmiş vəkalətnaməyə malik olan şəxsdir; 

7.0.32.  yaxın  qohumlar  —  babalar,  nənələr,  valideynlər,  övladlığa  götürənlər, 

doğma  və  ögey  qardaşlar  və  bacılar,  ər-arvad,  uşaqlar,  övladlığa  götürülənlər, 

nəvələrdir; 

7.0.33.  qohumlar  —  babaya  və  nənəyə  qədər  əcdadları  ümumi  olan  şəxslər,  ər-

arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma 

və  ya  ögey  qardaş  və  bacının,  uşağın,  övladlığa  götürülənin  və  ya  nəvənin  əri 

(arvadı) və ya onların yaxın qohumlarıdır; 

7.0.34. yaşayış yeri — bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud 

daimi istifadə edilən mülkiyyətində olan və ya icarəyə götürülmüş yer, o cümlədən 

ev,  mənzil,  bağ  evi,  mehmanxanada,  yataqxanada  otaq,  onlara  bilavasitə  bitişik 

aynabəndlər,  terraslar,  qalereyalar,  eyvanlar,  ümumi  istifadə  üçün  yerlər  (onların 

istirahət,  əmlak  saxlamaq,  yaxud  insanların  digər  tələbatlarını  təmin  etmək  üçün 

istifadə  olunan  digər  tərkib  hissələri),  çoxmənzilli  evdən  başqa  tikililərin  zirzəmisi 

və  çardağı,  habelə  dəniz  gəmisinin  kayutası  və  ya  uzaq  səfərdə  olan  qatarın 

kupesidir  (bunlardan  əlavə  bu  Məcəllənin  məqsədləri  üçün  yaşayış  yeri  anlayışı 

fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay 

və dəniz gəmisini əhatə edir); 

7.0.35.  gecə  vaxtı  —  yerli  vaxtla  axşam  saat  22-dən  səhər  saat  7-dək  olan  vaxt 

müddətidir; 

7.0.36. zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və 

ya maddi ziyandır; 

7.0.37.  prosessual  hərəkətlər  —  cinayət  prosesi  iştirakçılarının  bu  Məcəllədə 

nəzərdə tutulmuş və onun müddəalarına uyğun həyata keçirdikləri hərəkətlərdir; 

7.0.38. qətimkan tədbiri — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada 

təhqiqatçı,  müstəntiq,  prokuror  və  ya  məhkəmə  tərəfindən  şübhəli,  yaxud 

təqsirləndirilən  şəxsin  hüquqlarını  müvəqqəti  məhdudlaşdırmaqla  onun  haqqında 

seçilən prosessual məcburiyyət tədbiridir; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə