Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə6/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   2   3   4   5   6   7   8   9   ...   190

13.1.  Cinayət  təqibi  gedişində  insanın  şərəf  və  ləyaqətini  alçaldan,  təhqir  edən, 

habelə  cinayət  prosesində  iştirak  edən  şəxslərin  həyatı  və  səhhəti  üçün  təhlükə 

törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. 

13.2. Cinayət təqibi gedişində heç kəs: 

13.2.1. insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; 

13.2.2. insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; 

13.2.3.  ləyaqəti  alçaldan  prosessual  hərəkətlərin  keçirilməsində  iştiraka  məcbur 

edilə bilməz. 

M a d d ə   1 4 .   A z a d l ı q   h ü q u q u n u n   t ə m i n   e d i l m ə s i

 

14.1.  Hər  kəsin  azadlıq  hüququ  yalnız  qanunla  nəzərdə  tutulmuş  qaydada  və 



hallarda  onun  tutulması,  həbsə  alınması  və  ya  azadlıqdan  məhrum  edilməsi  ilə 

məhdudlaşdırıla bilər. 

14.2.  Bu  Məcəllə  və  Azərbaycan  Respublikasının  digər  qanunu  ilə  müəyyən 

edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz. 

14.3.  Şəxsin  həbsdə  saxlanılmasına,  habelə  tibb  və  ya  tərbiyə  müəssisəsinə 

məcburi yerləşdirilməsinə yalnız məhkəmə qararı əsasında yol verilir. 

14.4. Hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə 

almanın  səbəbləri,  habelə  şübhənin  və  ya  ittihamın  mahiyyəti,  ifadə  verməmək  və 

müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları bildirilməlidir. 

14.5.  Təhqiqatçı,  müstəntiq,  prokuror  və  ya  hakim  qanunsuz  tutulmuş,  yaxud 

həbsdə saxlanılan şəxsi dərhal azad etməlidir. 

M a d d ə  

1 5 .  

Ş ə x s i y y ə t i n  



t o x u n u l m a z l ı ğ ı  

h ü q u q u n u n  

t ə m i n   e d i l m ə s i

 

15.1. Məhkəmənin qərarı olmadan və ya tutulma, yaxud həbsə alma hallarından 



başqa hər hansı şəxsin axtarışı və şəxsi müayinəsi, onun toxunulmazlığı hüququnu 

pozan  digər  prosessual  hərəkətlər  bu  şəxsin  və  ya  onun  qanuni  nümayəndəsinin 

iradəsi əleyhinə aparıla bilməz. 

15.2. Cinayət təqibi gedişində aşağıdakılar qadağandır: 

15.2.1.  işgəncələr  vermək,  fiziki  və  psixi  zorakılıqdan,  o  cümlədən  tibbi 

preparatlardan  istifadə  etmək,  aclığa,  hipnoza  məruz  qoymaq,  tibbi  yardımdan 

məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar 

tətbiq etmək; 

15.2.2.  uzun  sürən  və  ya  kəskin  fiziki  iztirabla,  yaxud  səhhətin  müvəqqəti 

pozulması  ilə  müşayiət  olunan  eksperimentlərdə  və  ya  digər  prosessual 

hərəkətlərdə  iştiraka  cəlb  etmək,  habelə  buna  bənzər  hər  hansı  digər  sınaqlar 

keçirmək; 




15.2.3.  zərər  çəkmiş,  şübhəli  və  ya  təqsirləndirilən  şəxsdən,  habelə  cinayət 

prosesində iştirak edən' digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və 

onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq. 

M a d d ə   1 6 .   Ş ə x s i   h ə y a t ı n   t o x u n u l m a z l ı ğ ı   h ü q u q u n u n  

t ə m i n   e d i l m ə s i

 

16.1.  Cinayət  təqibi  gedişində  heç  kəsin  şəxsi  (özünün  və  ailəsinin)  həyatın 



sirrinin,  yazışma,  telefon  danışıqları,  poçt-teleqraf  və  digər  rabitə  vasitələri  ilə 

ötürülən  məlumatların  və  başqa  məlumatların  sirrinin  saxlanılması  hüququ  bu 

Məcəllədə nəzərdə tutulmuş hallardan başqa məhdudlaşdırıla bilməz. 

16.2.  Poçt,  teleqraf  və digər  göndərişlərin  üzərinə  həbs  qoyma,  onu  yoxlama  və 

götürmə, telefon və digər qurğularla aparılan danışıqların və başqa rabitə və texniki 

kanallar  vasitəsi  ilə  ötürülən  məlumatların  və  başqa  məlumatların  tutulması  bu 

Məcəllə  ilə  müəyyən  edilmiş  hallarda,  bir  qayda  olaraq,  məhkəmənin  qərarı  ilə 

həyata keçirilə bilər. 

M a d d ə   1 7 .   M ə n z i l   t o x u n u l m a z l ı ğ ı   h ü q u q u n u n   t ə m i n  

e d i l m ə s i

 

17.1.  Bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallardan  başqa,  heç  kəs  mənzildə 



yaşayanların iradəsi ziddinə mənzilə daxil ola bilməz. 

17.2.  Bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  yaşayış  yerinə, 

xidməti  və  ya  istehsalat  binalarına  baxış,  orada  axtarış  və  mülkiyyət  hüququnu 

məhdudlaşdıran  digər  istintaq  və  prosessual  hərəkətlər,  bir  qayda  olaraq, 

məhkəmənin qərarı əsasında məcburi həyata keçirilir. 

M a d d ə   1 8 .   M ü l k i y y ə t   h ü q u q u n u n   t ə m i n   e d i l m ə s i

 

18.1.  Cinayət  təqibi  gedişində  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallardan  başqa, 



heç  kəsin  mülkiyyət  hüququ,  o  cümlədən  xüsusi  mülkiyyət  hüququ 

məhdudlaşdırıla bilməz. 

18.2.  Prosessual  hərəkətlərin  həyata  keçirilməsi  zamanı  götürülmüş  əmlak 

müvafiq  prosessual  hərəkətə  dair  protokolda  göstərilməli,  ətraflı  siyahıya  alınmalı 

və əmlakın məsuliyyətlə saxlanılması üçün götürülməsinə dair əmlak sahibinə qəbz 

verilməlidir. 

18.3. Cinayət təqibi gedişində pul cəriməsinin tətbiqi, habelə əmlak üzərinə həbs 

qoyulması məhkəmənin qərarı ilə həyata keçirilir. 

iv[4]

 

M a d d ə  



1 9 .  

H ü q u q i  

y a r d ı m  

a l m a q  

v ə  

m ü d a f i ə  



h ü q u q u n u n   t ə m i n   e d i l m ə s i

 

19.1.  Cinayət  təqibi  gedişində  təhqiqatçı,  müstəntiq,  prokuror  və  ya  məhkəmə 



zərər  çəkmiş,  şübhəli  və  ya  təqsirləndirilən  şəxslərin  keyfiyyətli  hüquqi  yardım 

almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə