46.4. Cinayət təqibini istisna edən halların mövcudluğu istisna edilməklə,
məhkəmə iclasında sədrlik edən ədalət mühakiməsi əleyhinə olan hər hansı
cinayətin əlamətlərinin məhkəmə baxışı zamanı müəyyən olunduğuna prokurorun
diqqətini cəlb etdikdə, prokuror bununla bağlı dərhal cinayət işi başlamalıdır. Bu
halda prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul
edərsə, məhkəmə iclasında sədrlik edən həmin qərarın qanunsuz və əsassız olması
qənaətinə gəldikdə yuxarı prokurordan zəruri tədbirlərin görülməsini tələb edə
bilər.
46.5. Cinayət işinin dərhal başlanması üçün bu Məcəllənin 209.2-ci maddəsində
nəzərdə tutulmuş halların mövcudluğu da kifayətdir. Bu halda hərtərəfli, tam və
obyektiv ibtidai araşdırma cinayət təqibinin həyata keçirilməsinə mane olan
aşağıdakı hallar müəyyən olunanadək aparılır:
46.5.1. cinayət hadisəsinin mövcudluğunu təsdiq edən sübutlar əldə
edilmədikdə;
46.5.2. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində yeganə
təqsirləndirilə bilən şəxsə qarşı bu Məcəllənin 39.1.4—39.1.7 və 39.1.10-cu
maddələrində göstərilən cinayət təqibini istisna edən hallar olduqda;
46.5.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə hər hansı
şəxsə qarşı bu Məcəllənin 39.1.3, 39.1.11 və 39.1.12-ci maddələrində göstərilən
cinayət təqibini istisna edən hallar olduqda.
M a d d ə 4 7 . C i n a y ə t t ə q i b i ü z r ə i c r a a t ı a p a r a n o r q a n l a r
47.1. Cinayət təqibi üzrə icraat cinayət prosesini həyata keçirən orqan tərəfindən
aparılır. Bununla əlaqədar məsuliyyət müvafiq olaraq icraatında cinayət işi,
məhkəməyədək sadələşdirilmiş icraat üzrə material və ya xüsusi ittiham qaydasında
şikayət üzrə material olan təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin
üzərinə düşür.
47.2. Xarici dövlətlərin müvafiq orqanları ilə cinayət təqibi üzrə münasibətlərin
qurulması, həmçinin bu dövlətlərin məhkəmə və istintaq orqanlarının göstərişlərinin
yerinə yetirilməsi ilə bağlı icraat aparılması Azərbaycan Respublikasının
qanunvericiliyi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə müəyyən edilən müvafiq məhkəmənin, prokurorun və müstəntiqin
üzərinə düşür.
M a d d ə 4 8 . C i n a y ə t t ə q i b i ü z r ə i c r a a t ı n t e z l i y i n i n
t ə m i n o l u n m a s ı
48.1. Cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə
tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və
qurtarmalıdır ki:
48.1.1. sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun;
48.1.2. şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş
hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər.
48.2. Cinayət prosesini həyata keçirən orqan hər bir halda aşağıdakıları təmin
etməlidir ki:
48.2.1. haqqında həbs, ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri
seçilmiş təqsirləndirilən şəxs qətimkan tədbiri seçildikdən sonra bu Məcəllənin 158
və 159-cu maddələrində nəzərdə tutulmuş müddətlər keçənədək ittihamın
əsaslılığının müəyyən olunması üçün məhkəmə qarşısında dayana və məhkəmə
baxışından keçə bilsin;
48.2.2. hər hansı cinayət işi başlandığı andan bu Məcəllənin 218-ci maddəsində
nəzərdə tutulmuş müddətlərdə ittiham aktı ilə məhkəməyə göndərilsin və ya
cinayət təqibinə xitam verilsin;
48.2.3. məhkəməyə daxil olmuş hər hansı cinayət işinə, məhkəməyədək
sadələşdirilmiş icraat üzrə materiala və ya xüsusi ittiham qaydasında şikayətə,
habelə çıxarılmış hökm və məhkəmənin digər qərarlarına dair şikayət və protestlərə
bu Məcəllənin 298.2, 301.4, 391.1, 419.3, 426.2 və 427.1-ci maddələrində nəzərdə
tutulmuş müddətlərdə baxılmağa başlansın.
48.3. Təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan
gizlənməsi, cinayət təqibi üzrə icraatın dayandırılmasına səbəb olan digər hallar
olduğu müddət, habelə cinayət işinin ona təqdim olunmuş materialları ilə tanış
olduğu müddət bu Məcəllənin 48.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərə
daxil deyildir.
48.4. Şəxs cinayət işi üzrə məhkəməyədək icraatda bu Məcəllənin 158 və 159-cu
maddələrində göstərilmiş müddətdən artıq həbsdə qalarsa, ona dəymiş mənəvi
ziyana görə pul kompensasiyasını almaq hüququna malikdir. Kompensasiya cinayət
işi üzrə çıxarılmış qərardan asılı olmayaraq, mülki mühakimə icraatı qaydasında həll
olunur.
M a d d ə 4 9 . C i n a y ə t t ə q i b i ü z r ə i c r a a t ı n b i r l ə ş d i r i l m ə s i
49.1. Yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları
üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi
bir icraatda birləşdirilə bilər.
49.2. Müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya
mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə
qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir.
49.3. Toplanmış materialların həcminin böyüklüyünə və ya təqsirləndirilən
şəxslərin sayının çoxluğuna görə işin məhkəmə baxışını gecikdirən və ya başqa
formada çətinlik yaradan ittihamlar bir icraatda birləşdirilməməlidir.
49.4. Aşağıdakılar bir icraatda birləşdirilə bilməz:
49.4.1. (çıxarılıb)
xii[12]