Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə86/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   82   83   84   85   86   87   88   89   ...   310
75 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
salına başlamışdır. Bu fabriklərdə emal olunan Azərbaycan çayı Türk və Hindistan 
çayı ilə qanşdırılaraq satışa buraxılır^®. 
Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar Dövlət Proqramı çərçivəsində 
Lənkəran və Astaranın da daxil olduğu ölkənin cənub regionunda çayçılığm inkişafı 
üçün bəzi tədbir və təşviqlər həyata keçirilir. Müstəqillikdən sonra yararsız vəziyyətə 
düşən çay istehsalı sahələrinin yenidən yararlı vəziyyətə gətirilməsi üçün tədbirlər 
həyata keçirilir. Təkcə Lənkəran rayonunda 1000 hektara yaxın çay plantasiyası 
istifadə üçün əlvərişli hala gətiriləcəkdir. Dövlət Proqramına müvafiq olaraq, 2007-ci 
ildə Lənkəran rayonunda çayçılığm inkişaf etdirilməsindən 19 milyardd manat gəlir 
əldə edilməsi hədəflənmişdir. 
Lənkəran və Astara çay fabriklərinin istehsala başlaması üçün kifayət qədər 
sərmayə qoyulmuşdur. Cənub regionunda çayçılığm inkişafında “Azərsun Hol- 
dinq”in fəaliyyətləri xüsusi yerə malikdir. 
Pambıq:
Pambıq istehsalında qədimdən bəri mühüm bir yerə sahib olan ölkədə 
istehsal, böyük bir qismi Rusiya və Özbəkistandan gələn nitrat gübrəsi və kombayn 
kimi istehsal vasitələrinin çatışmamazhğı və bunların ehtiyat hissələrinin 
qiymətlərindəki artım səbəbiylə xeyli aşağı düşmüşdür. 
Ölkənin pambıq istehsalı potensialı ildə 830 min tondur. İstehsal olunan 
pambığın 70%-i xammal olaraq ixrac edilir. Ciddi miqdarda pambıq istehsalına 
baxmayaraq, pambıq təmizləmə fabrikləri az sayıdadır. Pambıq istehsalı ilə əlaqədar əl 
ilə yığım (35% əl ilə yığılır), həşəratlarla lazımınca mübarizə aparıla bilməməsi kimi 
problemlər yaşanır. Eyni problemlər tütün və çay istehsalında da özünü göstərir. 
Tütün:
Tütünçülük ölkənin daha çox Şəki-Zaqatala regionlarında inkişaf 
etdirilmişdir. Sovət dövrünün son illərində 62 min tona çatan tütün istehsalı 
müstəqillikdən sonra ciddi şəkildə azalmışdır’’. Azərbaycanın xarici ölkələrə tütün 
ixrac etmək imkanı yoxdur. Xaricə tütün ixrac edə bilmək üçün ölkə ərazisində 20-25 
ton tütün istehsal olunmalıdır. Azərbaycanda isə ildə 4 min ton tütün yarpağı istehsal 
etmək mümkündür. Ölkənin siqaret istehsalçıları əsas xammalı xarici ölkələrdən 
gətirirlər. Ölkədə istehsal olunan tütün yarpağının keyfiyyətinin aşağı olması isə bəzi 
regionlann daha yeni-yeni bu sahə ilə məşğul olmasından irəli gəlir. 
Kartof:
Ölkədə 2005-cü ildə, əkin sahələrinin artamasına paralel olaraq, əvvəlki 
ilə görə istehsal həcmi 21%-dən çox artan kartof isə başda Rusiya olmaqla qonşu 
ölkələrə ixrac edilməyə başlamışdır. 
Zeytun:
Ölkədə zeytun yığımı və ondan istifadə hələ lazımi səviyədə istifadə 
edilmir. Zeytunlann yığılması və istifadəsi ilə məşğul olacaq muəssisə- 
“Azərbaycan-Türkiyə Toxum İstehsalı və Tədqiqatı İşlətməsi Layihə ilə Əlaqədar GörüntüləT’, 
http;//
www.tika.gov.tr/tur/projeler/tarim/mam.htm
. 12.06.2003 E. Əhmədov-M. Hacıyev, s.87. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə