Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov
əldə edilirdi. Qorbaçov dövründə alkoqolizmlə mübarizə aparılması, Azərbaycanda
150 min hektar üzüm bağının məhv edilməsinə səbəb olmuşdur^'*.
Sovət rejiminin dağılmasından sonra Azərbaycan daha çox taxıl istehsalına
yönəlmişdir. Sözügedən dövrdə üzüm bağlan da qırılmağa başladı. Taxıl istehsalını
artırmaq üçün şərabhq üzüm bağlan buğda tarlalanna çevrildi.
SSRİ dövründə, mərkəzi planlama strategiyaları çərçivəsində, bir kənd təsərrüfatı
ölkəsi olaraq varlığını davam etdirən Azərbaycan 1993-cü ildə Dağlıq Qarabağla
birlikdə torpaqlarının 20%-ni itirən ölkənin tərəvəz, meyvə və üzüm yetişdirmək üçün
əlvərişli olan kənd təsərrüfatı sahələri də əldən çıxmış və bu məhsulların istehsalında
böyük nisbətdə azalma meydana gəlmişdir. Satılan üzüm və şərab üçün lazımi gəlir
əldə edilə bilmədiyinə görə üzümçülüyə maraq azaldı. Nəticədə, ölkədə sadəcə 7700
hektar üzüm bağı qaldı.
Kənd təsərrüfatı sahələrinin bir hissəsinin Ermənistanın işğalına məruz qalmasın
səbəbiylə tərəvəz istehsalı yarıya enmiş, üzüm istehsalı və şərab ixracı ciddi şəkildə
azalmışdır. 117 üzüm emalı fabrikindən böyük əksəriyyəti istehsalını dayandırmışdır.
Ermənilər tərəfindən işğal edilən ərazilərin böyük hissəsi məhsuldar torpaqlardır.
Məsələn, Fizuli regionundan ildə 100.000 ton üzüm istehsal olunurdu. Zəngilan şəhəri
üç üzüm emalı fabrikinə və 3000 hektar üzüm bağına sahib idi. Ağdam pambığı.
Qubadlı isə heyvandarlığı ilə məşhur regionlar idi. Erməni işğalı səbəbiylə bu
regiondan köçmək məcburiyyətində qalındı qda 145.000-ə yaxın iri buynuzlu heyvan
da ərazidə qaldı.
Üzümçülük və şərabçılıq bu gün də kənd təsərrüfaü sahəsində sərmayə qoyulan
səhələrdən biri olmaq potensialına sahibdir. Son illərdə Cəlilabad, Tovuz, Şəmkir,
Ağstafa, Qazax, Şamaxı, Samux və digər regionlarda yenidən üzüm bağlarının
salınmasına başlanmışdır. Üzümçülüyün inkişaf etdirilməsinə regionların inkişafına
dair dövlət proqramında da yer verilmişdir.
Fındıq:
İnvəstisya imkanı olan kənd təsərrüfaü məhsullarından biri də fındıqdır.
Başda Zaqatala olmaqla Bakı, Quba, və Xaçmazda istehsal edilir. Qa- bıqlı fındığın
65%-i AB-yə ixrac olunur.
Şəkər çuğunduru:
İstehsalı yenidən gündəliyə qoyulan bir başqa məhsul da şəkər
çuğundurudur. Azərbaycan, Sovət rejimi dövründən əvvəl ciddi miqdarda şəkər
çuğunduru istehsal edirdi. Ancaq, Ukrayna da bu məhsulu istehsal etməyə və bütün
SSRİ-nin ehtiyacını qarşılamağa başladıqda, Azərbaycanda çuğundur istehsalına
ehtityac qalmadı.
Müstəqillikdən sonra Naxçıvan, Beyləqan, Sabirabad, İmişli və Səlyan
regionlarında yenidən istehsal edilməyə başlanmışdır. Ancaq ölkədə çuğunduru emal
edəcək fabriklər yoxdur. Şəkər çuğunduru əkilməsinə baxmayaraq, şəkər fabrikinin
olmaması səbəbiylə, şəkər çuğunduru emal edilmək üçün sərhəddə
E. Əhmədov - M. Hacıyev, a.k.ə. s.84-85.
Dostları ilə paylaş: