Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə81/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   77   78   79   80   81   82   83   84   ...   310
70 


Az
ərbaycan İqtisadiyyatı 
3.2.
 
KƏND TƏSƏRRÜFATI VƏ HEYVANDARLIQ 
Kənd təsərrüfatı və heyvandarlıq sektoru, qeyri-neft sektorlan arasında 
Azərbaycanın sosyo-iqtisadi inkişafında təsirli ola biləcək en mühüm sektordur. 
Azərbaycandakı zəngin kənd təsərrüfaü sahələri və müxtəlif iqlimə malik olan 
rgionlar, geniş növdə və keyfiyyətli məhsulun yetişdirilməsini mümkün hala gətirir. 
Dünyada mövcud olan 11 iqlim tipinin 9-u Azərbaycanda mövcuddur. Bu müxtəliflik 
suptropik iqlimdən tundra iqliminə qədər uzamr. Bir mövsümdə bir dəfədən çox 
məhsul əldə etmək mümkündür. Ölkə iqliminin müxtəlifliyi cürbə-cür növdə 
məhsullann yetişdirilməsinə imkan vərir. Qısacası, iqlimi kənd təsərrüfaü üçün 
əlvərişli olan Azərbaycanın başlıca kənd təsərrüfaü məhsullan buğda, tütün, çay, 
zeytun, meyvə və tərəvəzdir. Ölkənin özunu təmin edə biləcək qədər taxıl istehsal 
etmək potensialı vardır. 
Ərazilərin özəl mülkiyyəti, 1920-ci ildə Sovət İttifaqının Azərbaycanı işğal 
etməsi ilə birlikdə kənd təsərrüfaü sektorunda da sona çatarkən, kənd təsərrüfaü 
sahələri kolxoz (kollektiv təsərrüfat) və sovxoz (dövlət təsərrüfaü) adı vərilən dövlət 
mülkiyyəti olan kooperattivlərlə idarə olunmağa başlanmışdı. Bu dövrdə, hansı 
məhsulun harada istehsal olunacağı və bu məhsullann haraya göndəriləcəyi mərkəzi 
idarə tərəfindən planlanırdı. 
Tablo 18. 
Kənd Təsərrüfatı Sahələri 
Sahələr
Torpaq Ehtiyatlan (min hektar)
%-i
Ümumi Ərazi
8641
100
Kənd Təsərrüfatma Əlvərişli Sahə
4588
53.1
Sulanması Mümkün Olan Sahə
3200
37
Əkin Sahəsi
1622
18.8
Meşələr
1037
12
Eroziyaya Məruz Qalan Sahə
3610
41.8
Qaynaq: 
ARDSK Nəşrləri 
Ölkənin cənub sərhəddində, İrana yaxın ərazidə yerləşən və xüsusi olaraq kələm, 
pamidor və bibər əkinçiliyi üçün çox əlvərişli olan Lənkəran regionau, keçmişdə 
“Bütün İttifaqın Bağçası” adlandınhrdı. Bundan başqa, Quba, Xaçmaz və Masallı 
regionlarındakı kolxoz və sovxozlarda da tərəvəzçilik xüsusi yer tuturdu. Ümumi 
olaraq Azərbaycan, 500.000-600.000 ton tərəvəzi İttifaq Fonduna göndərirdi. 
Azərbaycan üçün pambıq istehsalı da xüsusi yerə malikdir. 1970-1980-ci illərdə 
hər il təxminən 1 milyon tona yaxın pambıq istehsal olunurdu. Ancaq, keçid dövründə 
yaranan ümumi problemlərlə birlikdə, dünya bazarında pambığın qiymətinin 
düşməsiylə bağlı olaraq, pambıq istehsalı böyük miqdarda azalmışdır. 
Sovət dövründə böyük bir artım göstərən taxıl istehsalı, 70 və 80-ci illərdə illik 1 
milyon tona qədər çıxmışdır. Bundan başqa, hektar başına əldə edilən 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə