Az
ərbaycan İqtisadiyyatı
Bir başqa tərəfdən ələ alındıqda, sənaye istehsalında 1997-ci ildən etibarən
başlayan azalma trendi tərsinə çevrilərək artmağa başlamaqla birlikdə, Azərbaycanın
2008-cü il sonu etibarilə sənaye istehsalı hələ də 1990-cı il səviyyəsinə çatmadığı
görülür.
Enerji istehsalı sənayesi, elektronika və metal emalı, maşınqayırma və gəmiçilik,
toxuculuq sənayeləri qabaqcıl sənaye sahələridir. Müstəqillikdən sonra, neftə bağlı
sənaye sahələrindən, metal emalı və kimya sektorlarında inkişaf başlamışdır. Xüsusilə
də, son illərdə neft avadanlıqları istehsalı və metallurgiya sahələrində ciddi irəliləyişlər
olmuşdur.
1 yanvar 1997-ci il tarixindən etibarən yeni Gömrük Vərgisi və ƏDV tarifləri
qüvvəyə minmiş; mühafizə tədbirləri artırılmışdır. Bununla birlikdə, istehsal üçün
istifadə edilən hər növ xammal, yanm məhsul, maşın və avadanlıqların idxalı gömrük
vərgisinə tabe tutulmuşdur.
Özəl sektorun sənaye sektoru içərisindəki payının ildən-ilə artmaqda olduğu
görülür. Məsələn, sənaye mallan istehsalının 1998-ci ildə 26.4%-is, 1999-cu ildə
37.3%-i, 2000-ci ildə 43.7%-i, 2002-ci ildə 53.7%-i, 2009-cü ildə isə 71 %- i özəl
sektorun payına düşür. Ancaq, bu artım, özəl sektorun iqtisadiyyatdakı artmağı ilə
birgə, dövlət sektoruna aid sənaye müəssisələrinin istehsal həcminin aşağı
düşməsindən və bəzi məhsullann istehsalının tamamilə dayandırılmasından meydana
gəlmişdir.
3.1.1.
Mədən Sektoru
Azərbaycan çox zəngin yeraltı qaynaqlara malikdir. Başlıca qaynaqlan; neft, təbii
qaz, mis, alunit, sink, qurğuşun, sulfat, polimetal filizi, civə, molib- den, dəmir filizi,
barıt, kobalt, arsenik, mərmər, əhəng daşı, siyanit, mədən duzu və daş duzdur. Bir
sözlə Azərbaycan həm metal filizi, həm də sənaye xammalı baxımından zəngin təbii
sərvətlərə sahibdir.
Sovət dövründə təbii qaynaqların istifadəsi əsasən qısa və uzun müddətli
ehtiyaclar diqqətə alınaraq planlamışdı. Mədən yataqlanndan, köhnə mərkəzi hökumət
tərəfindən səmərəli şəkildə istifadə olunmayanlarmm bəzilərində məh- sudarhq aşağı
düşmüş, bəziləri isə bağlanmış və ya iqtisadiyyata yük olacaq vəziyyətə düşmüşdür.
Dəmir ehtiyatının təxminən 200-250 milyon ton olduğu ehtimal olunur. SSRİ
dağıldıqdan sonra dəmir filizinin çıxarılması dayandırılmışdır. Bunun səbəbi isə, ən
əsas müştəri olan Gürcüstanın aşağı keyfiyyəti irəli ataraq dəmir almaqdan imtina
etməsi olmuşdur. Ancaq, Alman və İngilis firmalan dəmir yataqlannm bərpası ilə
maraqlanırlar.
Filiz çaydakı polimetal filizi yataqlannda geniş potensial olduğu hesab edilir.
Yüksək tenör və rezervdə qızıl yataqlannm olmasına baxmayaraq, hələ də heç
birisi istifadə edilmir. Azərbaycanda zəngin qızıl yataqlarının istifadə olun
Dostları ilə paylaş: