Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə73/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   69   70   71   72   73   74   75   76   ...   310
UÇUNCU
 FƏSIL
 
SEKTORLAR
 
ÜZRƏ
 
ANALİZ 
Bu fəsildə sənaye, kənd təsərrüfatı və xidmətlər sektoru alt başlıqları altında, 
Azərbaycan iqtisadiyyatı sektorlar üzrə analiz ediləcəkdir. 
3.1.
 
SƏNAYE 
Müstəqillikdən əwəl Azərbaycan iqtisadiyyatında əsas üstünlüyü sənaye sektoru 
təşkil edirdi. 1988-ci ildə milli gəlirin 42.1%-i sənaye sektorunun payına düşürdü. 
Həmin ildə sənaye sektorunda fəaliyyət göstərən 1005 sənaye obyektindən 529-u ağır 
sənaye, 206-sı yüngül sənaye, 263-ü kənd təsərrüfatı sənaye kompleksinə bağlı ərzaq 
məhsulları istehsal edən sənaye obyekti idi^’. 
Müstəqilliyin qazanıldığı ilk illər, sənaye müəssisələrinin sərbəst bazar 
iqtisadiyyatına uyğunlaşma illəri olaraq qiymətləndirilə bilər. 1995-ci ilin sonlarında 
sənaye məhsullarının fiziki həcmində, 1990-cı ilə nisbətən 70% geriləmə müşahidə 
olunur. Digər sektorlar da diqqətə alındıqda, 1990-cı ildən fəaliyyət göstərən 3800-dən 
çox müəssisənin fəaliyyəti 1995-ci ildə dayandınimışdır. Bir qismi isə, qismən də olsa 
fəaliyyətlərini davam etdirmişdilər. Digər tərəfdən 1990-95-ci illərdə sənaye 
məhsullannm istehsalının bütün sahələrdə aşağı düşdüyü qeydə alınmışdır. Hətta 
sənaye müəssisələrinin sayının yeni qurulan xüsusi mülkiyyətli müəssisələrlə birlikdə 
1005-dən 2984-ə çıxması istehsal həcminin ciddi şəkildə azalmasını əngəlləyə 
bilməmişdir*’*. 
Müstəqilliyin ilk illərində sənaye məhsullan istehsalı sahəsində dövlət 
nəzarətinin zəifləməsi, müvafiq stabillik proqramının olmaması və müəssisələrin 
yoxlamadan uzaq qalması isə, sənaye mallan istehsalmdakı sürətli azalmanın əsas 
səbəbləri olmuşdur. Ancaq onu da qeyd etmək lazımdır ki, ortaya çıxan bu mənfi 
iqtisadi gedişat sadəcə Azərbaycandakı vəzij^ətlə əlaqədar deyil, həmçinin köhnə 
sosialist bloku ölkələrində ortaya çıxan siyasi və iqtisadi vəziyyətlə də bağlı 
olmuşdur®^. 
Azərbaycan sənaye potensialının 20%-lik hissəsini neftayırma avadanlıqları 
istehsalı sektoru və qapalı maşınqayırma-inşaat sektoru təşkil edir. Neftayırma 
avadanlıqları istehsalı Azərbaycanın ən qədim və başlıca sənaye sahəsidir. SSRİ 
dövründə bu sektor, SSRİ tələbatının 70%-ini təmin edirdi. Ancaq, köhnəlmiş 
texnologiya ilə istehsalın həyata keçirilməsi, xammal və ehtiyat hissə- 
E.Əhmədov-M.Hacıyev,^zaröayca« 
İqtisadiyyatı,
Səda Nəşrləri, Bakı, 2004, s.31; Eyyubov, s.68. 
Eyyubov,s.69-71 
69 
Eyyubov,s.72 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə