Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə71/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   67   68   69   70   71   72   73   74   ...   310
60 


Az
ərbaycan İqtisadiyyatı 
Keçən illərdən qaynaqlanan toksin tullantıları isə, ölkənin ekolojik balansının 
pozulmasında böyük rolu olmuşdur. Ölkədə 2007-cü ilin sonunda Sumqayıt şəhər 
müəssisələrində 4 milyon ton, Bakı şəhər müəssisələrində 340 000 ton, digər şəhər və 
region ərazilərində isə 37 000 ton zəhərli tullantılar olmuşdur. Orqanizm üçün olduqca 
təhlükəli hesab edilən zəhərli tullantılar əsasən istehsal prosesində ortaya çıxır. 
Zəif sulama şərtləri səbəbiylə torpağın faydaldığı azalmışdır. 
Xəzər dənizində ortaya çıxan iqtisadi problemlər də əhəmiyyətlidir. Son illərdə 
dəniz suyunda yüksək çirklənmə hallan daha çox müşahidə edilir. Xəzər dənizini ilk 
olaraq axan çaylar çirkləndirir. Dənizin çirklənməsinin 70-75%-i Volqa çayının 
payına düşür. Səbəblər arasında inşa edilən evlərin mərkəzi kanalizasiya sisteminə 
daxil olmamalanm da qeyd edə bilərik. Bundan əlavə neft istehsalı və digər sənaye 
müəssisələrinin tullantılan da Xəzərdəki çirkliliyə səbəb olan ünsürlərdəndir. 
Xəzər dənizinin səviyyəsinin qalxması da digər bir ekolijik problemdir. 
Əhəmiyyətli bir balıqçılıq zonası olan Xəzər dənizinin faydahhğı bu səbəblə təhlükəyə 
düşür. Xəzərin səviyyəsinin 1977-1995 ci illər arasında qalxması nəticəsində 50 000 
hektar ərazi su alünda qalmışdır. Dəniz səviyyəsindəki qalxmanın davam etməsi 
halında 2015-ci ilə qədər su altında qalan ərazi 100 000 hektara çatacaqdır. Xəzərin 
səviyyəsinin qalxmasından ən böyük zərəri sahilyanı ölkələrdən sənaye potensialının 
70-75%-i sahilə yaxın olan Azərbaycana vuracaqdır®^ 
Ölkədə torpağın çirklənməsi ilə bağlı problemlər isə, 70-ci illərdən etibarən 
artmağa başlamışdır. Abşeron torpaqlarında ciddi çirklənmə baş verir. Sadəcə 
Abşeronun 30 000 hektardan çox torpaq sahəsi çirklənməyə məruz qalmışdır. Çirkli 
torpaqlar isə, təmizlənərək təsərrüfat, parkların salınması və digər faydalı məqsədlər 
üçün istifadə oluna bilər. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə