Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə67/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   63   64   65   66   67   68   69   70   ...   310
56 


Az
ərbaycan İqtisadiyyatı 
artan investisiyalarla neft istehsal və ixracındakı artmaların borcların qaytarılmasında 
hər hansı bir problrmin ortaya çıxmasına imkan verməyəcəyi düşünülür. Hətta 2011-ci 
ildə Azərbaycanda ÜDM-in artım tempi 3.5 faiz proqnozlaşdırılır. 
Azərbaycan 
xarici 
maliyyə 
mənbələrindən 
borclanma 
siyasətinin 
tənzimlənməsinə də əlavə olaraq əhəmiyyət verir. Bunun nəticəsi olaraq 2010-ci ibn 
əvvəlində Azərbaycanın xarici borc (3 milyard ABŞ dolları) səviyyəsi ÜDM-nin 
6.4%-nə müvafiq gəlir. Bu səbəblə də ölkənin adam başına düşən xarici borcu təqribən 
350 dollardır. 
Borclann sahələr üzrə bölüşdürülməsində qeyri-bərabərlik var. Məsələn, 2008 ci 
il ən çox kredit energetika sektoruna(33%) ayrılıb. Nəqliyyat sektoruna 9, sosial 
sahələrə 8, kənd təsərrüfatı və meliorasiyaya 6% ayrılıb. 
İnkişaf nəticəsində, dövlət büdcəsi ilə yanaşı, valyuta ehtiyatlan da ildən-ilə artır. 
Hazırda Azərbaycanın valyuta ehtiyatlan təqribən 18 milyard dollara çatmış, eyni 
zamanda, təkcə Dövlət Neft Fondundakı vəsaitlərin həcmi 9 milyard dollar təşkil edir. 
Bütün bunlar isə həyata keçirilən layihələrin daxili mənbələr balansına 
maliyyələşdirilməsinə imkan verir. Təkcə bir fakü vurğulayaq ki, Azərbaycan 
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişi üçün Gürcüstan dövlətinə 200 milyon 
dollar həcmində kredit ayırmışdır və bu faktın özü respublikamızın regionda lider 
olduğuna şübhə yeri qoymur. Bütün bunlan görməyən və ya görmək istəməyən 
müxalif qüvvələr diqqəti daha çox Azərbaycanın xarici borclarına yönəltməyə 
çalışması belə vəziyyəti onlann xeyrinə dəyişmir. Məlumat üçün bildirək ki, 
Azərbaycanın 2010-ci ilin əvvəlinə olan xarici dövlət borcu 3 milyard 372,1 milyon 
dollar təşkil etmişdir ki, bu da ümumi daxili məhsulun cəmi 7,6 faizinə, ölkənin 
valyuta ehtiyatlannın isə 20 faizinə bərabərdir. Göründüyü kimi, ölkənin ümumi 
valyuta ehtiyatlan və gəlirləri bu məbləğin heç də bəzi “ekspertlərin” vurğuladığı kimi 
təhlükəli deyildir. 
Bir məsələni də unutmaq olmaz ki, dünyada heç bir dövlət təkbaşına, dünyaya 
inteqrasiya etmədən inkişaf edə bilməz. Bu baxımdan bu gün dünyada elə bir dövlət 
yoxdur ki, onun xarici borcları olmasın. Dünya iqtisadi sisteminə sürətli inteqrasiya 
dövlətlərlə beynəlxalq maliyyə qurumları arasında qarşılıqlı öhdəliklərin, borclann 
formalaşmasına səbəb olur. Hətta dünyanın ən inkişaf etmiş dövlətləri də müəyyən 
qlobal layihələrin həyata keçirilməsi üçün beynəlxalq maliyyə qurumlarından 
uzunmüddətli kreditlər götürürlər. Əvvəldə qeyd olunduğu kimi, xarici borcların 
artımı yalnız ÜDM-in 30 faizini ötdükdə inkişaf üçün təhlükəli tendensiya sayılır. 
Dünyanın inkişaf etmiş ölkələrinin xarici borcları ÜDM-in 20-60 faizini təşkil etdiyi 
halda, Azərbaycan üzrə bu rəqəm cəmi 7,3 faizdir və onun ölkəmiz üçün heç bir 
təhlükəsi yoxdur. 
Məlumat üçün qeyd edək ki, Rusiyanın xarici borcu 47,1 milyard dollar və ya 
ölkə ÜDM-nin 8 faizinə bərabərdir. Qonşu Gürcüstanın xarici borcu 1 milyard 686 
milyon dollar təşkil edir ki, ÜDM həcmini nəzərə alsaq, bu çox böyük rəqəmdir. 
2007-ci ilin əvvəlinə olan məlumata görə, ükraynanm xarici borcu 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə