Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə69/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   65   66   67   68   69   70   71   72   ...   310
58 


Az
ərbaycan İqtisadiyyatı 
dır. Bunun 531.3 milyon dolları enerji sektoruna, 92.9 milyon dollan kənd təsərrüfatı, 
57.6 milyon dolları kimya sənayesi, 139.2 milyon dollan nəqliyyat sektoruna, 52.8 
milyon dolları işğaldan azad edilən ərazilərin yenidən bərpasına, 120.3 milyon dollan 
isə sosyal sahələrə ayırılmışdır. 
Alınan kreditlərin alınma məqsədlərinə uyğun olaraq istifadə olunub olunmaması 
barəsində isə bəzi şübhələr var. 
Azərbaycanın Türkiyəyə olan mübahisəli borcu mövzusunda isə tərəflər razılığa 
gəliblər. Azərbaycanın Türkmənistana olan borc məsələsində isə bəzi problemlər var. 
Azərbaycana isə, sadəcə Gürcüstan borcludur (16 milyon dollar). 
Azərbaycanda xarici borclann qaytarılması üçün büdcənin 3%-i aynimışdır. Bu 
nisbət digər MDB ölkələrinə görə olduqca aşağıdır. 2008-cü ilin sonunda ÜDM-nin 
6.4 %-ni təşkil edən xarici borclar Neft Fondunun sərvətləri diqqətə alındıqda 
Azərbaycanın valyuta ehtiyatlarına müvafiq gəlir ki, bu da ölkənin maliyyə 
baxımından etibarlı olduğu mənasını verir. Beynəlxalq standartlara görə isə, xarici 
borclann ÜDM-nin 40%-ni, illik ixracın 200-250%-ni keçməsi halında təhlükəli qəbul 
edilir. Digər tərəfdən Azərbaycanın xarici borclannm böyük bir hissəsi 10 ildən daha 
artiq bir müddətə sahib kreditlərdir. 
Bundan əlavə xarici ölkələr Azərbaycana bəzi yardımlar göstərirlər. Qaçqın və 
məcburi köçkünlərin problemlərini azaltmaq məqsədiylə köməkliklər göstərən ölkələr 
başda Yaponiya, Almaniya, İsveçrə, Türkiyə, İtaliya və Finlandiyadır. Yaponiya ilə 
Azərbaycan arasında iqtisadi ortaqhqlar yüksək səviyyədədir®^. Yaponiya 
Azərbaycana xüsusilə də Ermənistamn təcavüzündən sonra məcburi köçkün 
vəziyyətində olanlara yardımlar göstərmişdir. Yaponiya 1993- cü ildən başlayaraq 
məcburi köçkünlərə beynəlxalq təşkilatlar vasitəsiylə 11 milyon 470 min ABŞ dolları 
həcmində yardım göstərmişdir. Yaponiya hökuməti Azərbaycandakı səfirliyi 
vasitəsiylə 10 ildən çoxdur ki, “Ot kökləri və insan təhlükəsizliyi” qrant proqramı 
çərçivəsində məcburi köçkünlərə ümumi məbləği 480 min ABŞ dolları olan səkkiz 
layihə həyata keçirtmişdir. 
Müstəqillikdən sonra Azərbaycan Almaniya ilə də texniki ortaqhğa başlamışdır. 
Almaniya göstərilən yardımlara görə ABŞ və Yaponiyadan sonra üçüncü yerdə mövqe 
tutur. Almaniya ilə Azərbaycan arasındakı əlaqələr iqtisadi tənzimləmələrə bağlı 
olmaqla yanaşı ekologiya və tibb sahəsində də həyata keçirdilir®^. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə