Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə70/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   66   67   68   69   70   71   72   73   ...   310
2.9.
 
ƏTRAF MÜHİT VƏ EKOLOGİYA 
86.600 km^-lik sahəsi olan Azərbaycanın torpaqlarının 50%-i kənd təsərrüfatı 
sahəsindən, 25%-i isə şəhər ərazilərindən ibarətdir. Azərbaycanın bitki örtüyü də çox 
zəngindir. Məlum olan bitki sayısı 1400-dən çoxdur. 
Geniş Məlumat Üçün Bxn: Çingiz Abbasov, 
Azərbaycanın Dünya İqtisadiyyatına İnteqrasiya
Yollan,
Elm Nəşriyyatı, Bakı, 2005, ss.59-92. 
64 
Çingiz Abbasov, ss.159-164. 
59 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
Azərbaycan ərazisinin 12%-i meşələrlə örtülüdür. Ölkə ərazisinin 950 000 hektan 
meşəlik olaraq qəbul edilir. Ümumiyyətlə ölkədə 127 milyon m^ odun ehtiyatı var. 
Hökumət meşələrin sənaye və digər səbəblərə görə kəsilməsini qadağan etmişdir. 
Mühafizə, qayğı və ağac əkmə kimi fəaliyyətlərlə meşələrin inkişafına səy göstərilir. 
Ölkədəki meşələrin, çoxunu yarpaqlanm tökən ağaclarla, şam ağadan təşkil edir. 
Ölkənin cənub regionunun yaşıl örtüyünü ciddi təhlükə gözləyir. Belə ki, 
regionda təbii qazın kifayət qədər olmaması ilə bağlı ortaya çıxan çətinliklər meşə 
gözətçiləri üçün də aktualdır. 
Ağaclann qanunsuz şəkildə kəsilməsi iki formada cərəyan edir: İnsanların bir 
hissəsi ağadan istilik məqsədiylə kəsərkən, digər bir hissəsi də bundan ticarət 
məqsədləri üçün istifadə etmək üçün kəsirlər. Ən çox ağac kəsilən regionlar isə. Lerik, 
Quba, Balakən və Xanlardır. 
2009-cü ildə yenidən qurma tədbirləri çərçivəsində 4600 hektarlıq ərazidə yeni 
ağaclar əkilmişdir. Bu ərazilər daha çox Qobustan, Giləzi və Qaradağ regionlanndadır. 
Bundan əlavə 500 hektarlıq ərazidə isə yenidən ağac əkmək məqsədiylə işlər görülür. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbii yanacağın az olmasının meşələr üçün ciddi 
təhlükə yaratdığını hesab edir. Bu da təbii qazın ən qısa zamanda normal qrafik və 
normal təzyiqlə verilməməsi halında, regionlarda işsizlik, xəstəlik, uşaq ölümləri, 
xarici investisiyalar üçün infrastrukturun olmamağı, qanuni və qanunsuz köç kimi 
problemlərə meşəsizlik də əlavə ediləcəkdir. 
Neft və təbii qaz Azərbaycanın ən əsas təbii sərvətləridir. Ancaq, Azərbaycan 
dəmir, alüminium, sink, mis, arsen, molibden, mərmər və vulkan palçığı kimi zəngin 
mineral sərvətlərə də sahibdir. 
Transqafqazm ən çox çirklilik problemi olan ölkəsi də Azərbaycandır. Son 
100-150 illik sənaye fəaliyyətləri nəticəsində Azərbaycanda ekoloji vəziyyət 
gərginləşmişdir. Azərbaycanda ekoloji problemlər çox və fərqlilik təşkil edir. Həm 
hava, həm su, həm də torpaq çirkliliyi mövcuddur. 
Kifayət qədər su ehtiyatına sahib olmağına baxmayaraq səth suyu çirklidir. 
İçməli suyun tərkibi isə getdikcə pisləşir. İçməli suyun tərkibinə ağır metalların nisbəti 
normaldan 10-15 dəfə artıqdır. Ölkədə ciddi su problemi olmağına baxmayaraq, suyun 
29%-i nəql əsnasında itirilir. 
Sənaye istehsalmdakı azalışa baxmayaraq, hava çirkliliyi yüksək səviyyələrdə 
olmağa davam edir. Hava çirkliliyinin ən əsas səbəblərindən biri avtomobillərdir. 
Atmosferə daxil olan zərərli maddələrin ümumi həcminin təqribən 41%-i avtomobil 
nəqliyyatından qaynaqlanan tullantılardır. Avtomobillərin böyük bir hissəsi Rusiya 
tərəfindən istehsal olunan standart səviyyəsi aşağı olan avtomobillərdir. Digər xarici 
ölkələrdən gətirilən avtomobillərin böyük əksəriyyəti isə köhnədir. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə