Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə68/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   64   65   66   67   68   69   70   71   ...   310
57 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
65,382 milyard dollar təşkil etmişdir. Bu da o deməkdir ki, 60 milyonluq ukray- 
nalılann hər birinə orta hesabla 1000 dollardan artıq borc düşür. Ümumiyyətlə, xarici 
borclar Almaniyada ÜDM-in 68 faizini, Fransada 66 faizini, ABŞ-da 53 faizini. Böyük 
Britaniyada 43 faizini, Norveçdə 36 faizini, Qazaxıstanda 10 faizini təşkil edir. 
Göründüyü kimi, bu ölkələrlə müqayisədə Azərbaycanın xarici borcu olduqca cüzidir. 
Azərbaycana böyük həcmli neft pulları daxil olmaqdadır. Eyni zamanda hökumət 
xarici ölkələrdən və beynəlxalq təşkilatlardan yüksək faizlə kredit alır. Anlaşılmayan 
cəhət odur ki, həm neft pulları, həm də alınan böyük kreditlər investisiya layihələrinə 
yönəldilir. O sahəyə ki, bura Azərbaycanda daha çox korrupsiya üçün münbit şəraiti 
olan mühit kimi tanınır. Artıq ölkənin xarici bordan təxminən 3 milyard dollar təşkil 
edir 
Beynəlxalq Valyuta Fondu (BVF) ilə son 567 milyon dollarlıq müqaviləni də 
nəzərə alsaq, Azərbaycanda artiq adambaşına düşən xarici borcların həcmi 300 dolları 
keçib. Halbuki 2008-ci ilin yanvanna bu rəqəm 283,9 dollar təşkil edirdi. Kreditlərin 
strukturuna gəlincə, onlann 85 faizi investisiya layihələrinə, 15 faizi isə iqtisadi 
islahatlann sürətləndirilməsinə xərclənir. İqtisadi islahatların sürətlənməsi üçün 
kreditləri BVF və Dünya Bankı verib, ancaq investisiya layihələri üçün kreditləri 
müxtəlif beynəlxalq təşkilatlardan almışıq. Bura əsasən BVF, Dünya Bankı, Avropa 
Yenidənqurma və İnkişaf Bankı, Yaponiya-nın Beynəlxalq Əməkdaşlıq Bankının 
kreditləri daxildir. İnvestisiya layihələri üçün ayrılan kreditlərin böyük hissəsi enerji 
sektoruna yönəldilib. Bu sektora ümumi kreditlərin 35 faizi - təxminən 870 milyon 
dollardan çox vəsait cəlb edilib. Həcminə görə ən çox kredit ayrılan ikinci sahə yol 
tikintisi və nəqliyyatdır. Bu sahəyə 500 milyon dollar vəsait ayrılıb. Kreditlərin 
növbəti hissəsi isə kənd təsərrüfatı və meliorasiyaya yönəldilir. Burada əsasən su 
təsərrüfatı və meliorasiya üçün vəsait xərclənir. Hökumət kənd təsərrüfatına pul 
ayırmağa o qədər də həvəsli görünmür. Yalnız son vaxtlar aqrar sektora Dünya Bankı 
15 milyon dollar vəsait ayırıb. 
Xarici borcların böyük bir qismi beynəlxalq təşkilatlarlardan alman müddətli 
borclardır. Azərbaycanın borclu olduğu təşkilatlar arasında Yaponiya Beynəlxalq 
Bankı (425 milyon dollar). Dünya Bankı (422 milyon dollar), BVF (222 milyon 
dollar). Alman BLG Bankı (80 milyon dollar), Avropa Yenidənqurma və İnkişaf 
Bankı (80 milyon dollar), Türkiyə Eximbank (79.5 milyon dollar), Amerikan 
Eximbank (52.5 milyon dollar), İslam İnkişaf Bankı (48 milyon dollar) ilk sıralarda 
gəlirlər®^. 
İqtisadi islahatlar üçün alınan kreditlər 455.8 milyon dollar təşkil edir ki, bunun 
da 208.9 milyon dollanm BVF, 246.9 milyon dollarını isə Dünya Bankı vermişdir. 
İnvestisiya layihələri üçün verilən kreditlər isə 1132.2 milyon dollar- 
“Xarici Borcumuz 2 Milyard 588 Milyon Dollara 
ÇaiAi”, Azərbaycan Zaman Qəzeti,
23 Mart 2008, s.5. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə