Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə74/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   70   71   72   73   74   75   76   77   ...   310
63 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
lərin çatışmamazlığı kimi səbəblər, olkə ehtiyaclarından artiq istehsal imkanlarına 
sahib olan fabriklərin ya imkanlarından az istehsal etməsinə ya da ki bağlanmasına 
səbəb olmuşdur. 
Sənaye müəssisələrinin hamısı Sovətler İttifaqı dövründəki başqa dövlətlərlə 
əlaqəli olduğundan, müstəqillik əldə olunduqdan sonra sənaye sektrounda ciddi 
problemlər yaranmışdır. Digər tərəfdən də təchizat keyfiyyətinin aşağı olması istehsalı 
mənasız hala gətirmişdir. 
Hökumət neftdən asılı olan sənaye sahələrini stratejik sənaye sahələri olaraq 
qəbul etmiş və özəlləşdirmə planı tərkibinə daxil etmişdir. Digər tərəfdən
1995-
ci ildə birgə istehsala keçmək məqsədilə xarici sərmayədarların axtarılması 
üzrə bir proqram təşkil olundu. Ancaq, beynəlxalq sərmayələrə bəzi məhdudiyyətlər 
də gətirilmişdir. 
Neft və neft məhsullannm üstünlük təşkil etdiyi bir sənaye strukturuna sahib olan 
Azərbaycanda 1990-cı ildən etibarən sürətlə aşağı düşən sənaye istehsalı həcmi, 
Azərbaycan və digər köhnə Sovətlər İttifaqı ölkələrində siyasi və iqtisadi stabilliyin 
yaranmağa başladığı 1995-ci ildən etibarən yenidən inkişaf trendinə girmişdir. 
1994-cü ildə 20.8% olan nisbət, 1995-ci ildə 29.6%-ə yüksəlmişdir. 
Sənaye mallannm ÜDM-dəki payı 1998-ci ildə 22.9%, 1999-cu ildə 28.2% 
olmuşdur. 2000-ci ildə ÜDM-dəki payı 36% olan sənaye məhsullan arasına; neft, təbii 
qaz, neft məhsullan, neft maşınqayırması, dəmir filizi, sement, kimya, neft-kimya və 
toxuculuq kimi məhsullar daxildir. 2000-ci ildə sənaye istehsalında 1999-cu ilə 
nisbətən ciddi artım qeydə alınmışdır. 1996-2000-ci illər iqtisadi stabilliyin yarandığı 
bir dövr olmaqla birlikdə, ÜDM-də qeydə alınan artım daha çox neft hasilaü 
sənayesindəki artimdan və bundan asıı olan inşaat fəaliyyətləri nəticəsində ortaya 
çıxmışdır. 
Sənaye məhsullannm ÜDM-dəki payı 2001-ci ildə 37.6% olarkən, 2002-ci ildə 
əvvəlki ilə nisbətən aşağı düşərək 34.9% olmuşdur. Ancaq, 2003 ildən etibarən 
yenidən yüksəərək, 2008-cü ildə 48.1% olmuşdur. 
Qısacası, 1996-cı ildən etibarən makroiqtisadi stabilliyin yaradılması ilə birlikdə 
iqtisadiyyatda ortaya çıxan inkişaf tərsinə çevrilərək, Azərbaycanda yeni sənaye 
müəssisələri açılmışdır. Ölkə əhalisinin təxminən 7%-i sənaye sektorunda işlə təmin 
olunur. 
1990-cı ildən sonrakı dəyişikliklər diqqətə alındıqda, hər nə qədər də ölkədə 
siyasi stabillik əldə edilmiş olsa da sənaye sektorunda fəaliyyət göstərən müəssisələrin 
işsizlik problemini həll edə bilmədikləri görülür. 
Ölkədə qurulan sənaye müəssisələrinin 90%-i özəl sektora aid kiçik və orta 
həcmli müəssisələrdir. 
Daha əvvəl mövcud olan sənaye müəssisələri isə köhnəlmiş texnologiyaya malik 
və məhsuldarlığı aşağı olan müəssisələrdir. Buna görə də, Azərbaycan neft və mədən 
məhsullannm böyük bir hissəsi xammal və yanmməhsul halında satılır. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə