İxtisas: mqt kurs: 2 Qrup: 21/07 sb fənn: Azərbaycan Tarixi Müəllim: Sadıqova Gülnarə



Yüklə 16,13 Mb.
tarix15.04.2022
ölçüsü16,13 Mb.
#85469
Azerbaycan tarixi


İxtisas: MQT

Kurs: 2

Qrup: 21/07 SB

Fənn: Azərbaycan Tarixi

Müəllim: Sadıqova Gülnarə

Tələbə: Könül Mehtiyeva

Azərbaycan SSR XX əsrin 40-cı illərin ortaları və 50-ci illərdə

İkinci Dünya müharibəsi başa çatsa da, ölkədə totalitar rejim davam edirdi. Yalnız Stalinin ölümündən sonra bu rejimdə yumşalmalar baş verdi, bir çox insanlar bəraət aldı. Azərbaycanda sənayenin inkişafı, Sumqayıt, Mingəçevir kimi yeni sənaye mərkəzlərinin salınması, əhalinin sosial rifahının yaxşılaşması, eləcə də azərbaycanlıların öz tarixi yurdlarından deportasiya olunması İkinci Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir.

İkinci Dünya müharibəsi ölkənin təsərrüfatına ağır zərbə vurdu. Müharibədə Azərbaycanın sənaye istehsalının göstəriciləri kəskin surətdə aşağı düşdü. Sənayenin ümumi məhsulu 1940-cı illə müqayisədə 22% az idi. Neft hasilatı, təqribən, yarıbayarı azalmış, istehlak mallarının istehsalı kəskin surətdə enmiş, kənd təsərrüfatının maddi-texniki bazası zəifləmişdi. İşğal olunmuş sovet əraziləri azad olunduqca respublikada xalq təsərrüatı bərpa edilirdi. Xəzər dənizində neftçıxarma sənayesinin iqtisadi cəhətdən səmərəsiz olması iddialarına baxmayaraq, Azərbaycan alimlərinin, neftçilərinin gərgin əməyi sayəsində dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft çıxarılmasına başlanıldı. Dənizdə qazılan kəşfiyyat quyusu 1949-cu ildə fontan vurdu. 

Bu dövrdə Azərbaycanda Sumqayıt, Daşkəsən, Mingəçevir, Əli Bayramlı (indiki Şirvan) kimi yeni sənaye mərkəzləri yaradıldı. Sumqayıt böyük kimya və metallurgiya şəhərinə çevrildi. Tezliklə burada Azərbaycan əlvan metallurgiyasının ilk müəssisəsi – Alüminium zavodu işə salındı. 1945–1954-cü illərdə Mingəçevirdə Cənubi Qafqazda ən böyük Su Elektrik Stansiyası, Daşkəsəndə Filizsaflaşdırma kombinatı tikilib istifadəyə verildi. 1951-ci ildə SSRİ-də ən böyük tikinti müəssisələrindən olan Qaradağ sement zavodu işə salındı.

Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. O, bu quruculuğa hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməzdən də əvvəl, XX yüzilliyin 40-cı illərindən başlamışdı. Bu illərdə Azərbaycanın hüquq-mühafizə oqranlarında fəaliyyətə başlayan Heydər Əliyev qarşısına çıxan (daha doğrusu çıxarılan!) bütün maneələri və çətinlikləri dəf edərək ittifaq dövlətinin - SSRİ-nin Azərbaycanda əsas dayağı olan Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək ucaldı.

Onun bu dövrdə, son dərəcə gərgin və mürəkkəb şəraitdə göstərdiyi məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində Dövlət Təhlükəsizliyi Komitəsinin xalqımızın düşmənlərindən təmizlənməsi sahəsində çox ciddi addımlar atıldı və ilk dəfə olaraq xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunmasına başlandı.

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra da, şimallı-cənublu Azərbaycan xalqına qarşı repressiyalar davam etdirildi. Azərbaycanın cənubunda yaradılmış Milli Hökumət (1945-ci il 12 dekabr-1946-cı il 14 iyun) İranın mürtəce şahlıq rejimi tərəfindən devrildi. On minlərlə azadlıq mücahidi qan içində boğuldu. Azərbaycan Milli Hökumətinin həyata keçirdiyi bütün demokratik dəyişikliklər aradan qaldırıldı.1948-1953-cü illərdə azərbaycanlıların öz ulu vətənləri olan Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı. 

50-ci illərin ortalarından Azərbaycan SSR-də ciddi sosial-siyasi dəyişikliklər baş verdi. Q.Qaffarovun "Azərbaycan tarixi" əsərində göstərilir ki, 1959-cu ildə millətçilik üstə İman Mustafayev vəzifəsindən azad edildi. Vəli Axundov Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gətirildi. Tezliklə Azərbaycan SSR-in təhsil haqqında 1959-cu il qanununa respublikada təhsilin rus dilində aparılmasına geniş imkanlar açan əlavələr edildi. Yüksək vəzifələrdə rusların və ermənilərin sayı yenidən artdı. Xalqı qorxutmaq və müti saxlamaq üçün mərkəz A.Mikoyan və M.Sultanovun təşəbbüsü ilə növbəti dəfə Dağlıq Qarabağ məsələsini ortaya atdı. Ermənistan SSR və Azərbaycan SSR-in DQMV erməni əhalisi Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etməyə başladılar.

Ermənistanda antitürk əhval-ruhiyyəsi yenidən qızışdırıldı. 1955-ci ildə Yerevan Pedaqoji İnstitutunun Azərbaycan bölməsi bağlandı. Yerevan Azərbaycan Pedaqoji Texnikumu Azərbaycanın Xanlar rayonuna köçürüldü. Ermənistanda əsası hələ 40-gı illərdə qoyulmuş "Qarabağ hərəkatı" xeyli leqallaşdı. "Daşnaksütyun" partiyasının qərarına əsasən "böyük Ermənistan" imperiyası qurmaq, bütün türkdilli xalqları kölə vəziyyətinə salmaq, tədricən məhv etmək məqsədi ilə "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" ASALA-terrorçu siyasi silahlı təşkilat yarandı. NATO üzvü olan Türkiyəyə qarşı mübarizə silahı kimi bu quldur dəstəsi SSRİ-nin yardımı ilə fəaliyyət göstərən təlim düşərgələrində hazırlıq keçirdilər. Ermənilərin Moskvada güclü arxası olduğunu bilən, özünün isə təkləndiyini hiss edən azərbaycanlılar həyəcan içində idilər.

1950-ci il martın 14-də və avqustun 25-də Azərbaycan və Ermənistan respublikalarının Nazirlər Sovetləri həmin ilin yazında və payızında müvafiq olaraq Azərbaycana 3419 təsərrüfatın və 14361 nəfər adamın köçürülməsi barədə qərar qəbul etmişdilər.Lakin köçürülmə, daha doğrusu, mütəşəkkil deportasiya planı erməni millətçilərin istədikləri sürətlə həyata keçirilmirdi. Bu, qeyri-insani tədbirin planlaşdırılmış şəkildə həyata keçirilməsinə bir sıra obyektiv və subyektiv səbəblər mane olurdu. Deportasiya olunanların sosial və məişət problemləri lazımınca həll edilmirdi (respublikanın qısa müddətdə bu yerlərdə kifayət qədər mənzil tikmək imkanı yox idi). Yerlərdə buna süni maneələr də yaradılırdı. Bunun nəticəsi olaraq,

1952–1953-cü illərdə Ermənistandan daha 3155 təsərrüfat və 1376 nəfər azərbaycanlı deportasiya edildi. Lakin geri qayıdanların sayı da artdı. 1954-cü ildə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini M.Poladovun rəhbərliyi ilə Ermənistana ezam edilmiş xüsusi komissiya müəyyən etdi ki, köçürülənlərin geriyə qayıtmalarının başlıca səbəbi Azərbaycanın Kür-Araz ovalığında elementar yaşayış şəraitinin olmamasıdır. Bu səbəbdən də Azərbaycandan Ermənistana 1115 ailə geri qayıtmışdı. Geri qayıdanlar Ermənistanda qeydə alınmır və adi vətəndaş hüquqlarından məhrum edilirdilər. Deportasiya prosesi 1956-cı ilə qədər davam etdirildi. 1954–1956-cı illərdə 1316 təsərrüfat və 5876 nəfər Ermənistandan deportasiya olunmuşdu.

Diqqətinizə görə təşəkkürlər
Yüklə 16,13 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə