Az
ərbaycan İqtisadiyyatı
19.5 milyardd manatı dövlət büdcəsindən, 787.8 milyardd manaü isə Dünya Bankı
kerditi (18 milyon dollar) olaraq qarşılanacaqdır. Dövlət büdcəsindən orta məktəb
şagirdlərinin pulsuz təmin edilməsi üçün 99.5 milyardd manat, təhsil proqramlannm
inkişafı üçün 1.1 milyardd manat, kitabxana şəbəkəsinin inkişafı və kitabxana
fondunun yeniləşdirilməsi üçün 5.3 miyard manat vəsait xərclənəcəkdir. Ölkə
Prezidenti cənab İlham Əliyevin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” imzaladığı
Sərəncama əsasən 8 il ərzində 5 min azərbaycanlı gəncin xarici ölkədə təhsil alması
nəzərdə tutulub. Bundan əlavə proqramda, təhsil sektorunda çalışanlann sosial
statusunun yüksəldilməsini və təqaüdlərin artınimasmı da nəzərdə tutulur.
3.3.2
Səhiyyə
Sovətlər İttifaqı sisteminin nailiyyəti olaraq dəyərləndirə biləcək şəkildə
Azrbaycana, o günün şərtlərində inkişaf etmiş bir səhiyyə sistemi miras qalmışdır.
Ancaq, bir tərəfdən büdcədən lazımi payın aynimaması, digər tərəfdən də xalqın gəlir
səviyyəsinin düşməsi səbəbiylə, səhiyyə xidmətləri bu gün razı qalınacaq şəkildə
deyildir. Azərbaycanda fəaliyyət göstərən səhiyyə müəssisələri, müasir tələblərə
cavab vərmir, bir çox bina və təchizat etibariylə köhnə və yarasızdır.
Səhiyyə xərclərinin milli gəlirdən aldığı pay 1% olmuşdur. Bu da səhiyyə xərcləri
üçün ayrılan payın kifayət etmədiyini göstərir.
Azərbaycanda ümumilikdə, hər 10 min nəfərə düşən həkim sayı 37.5, səhiyyə
işçisi sayı 72.6, xəstəxana çarpayılarının sayı təxminən 82-dir. Bu rəqəm, təkcə Bakı
üçün hesablandıqda, ümumi ortalamanm üzərində olduğu görülür. Bakıda hər 10 min
nəfərə düşən təxminən 85, səhiyyə işçisi sayı 110, xəstəxana çarpayılarının sayı
115-dir. Bu vəziyyət səhiyyə xidmətlərinin Bakı xaricində daha az olduğunu göstərir.
Səhiyyə xidmətlərinin çatışmamazhğı, bəzi xəstəliklərin ildən-ilə sayının
artmasına səbəb olur. Qeydə alman xəstəliklər arasında ən çox görülənlər, yuxarı
tənəffüs yolları olmaqla, tənəffüs yolları, sinir sistemi, qulaq-burun-boğaz
xəstəlikləridir.
Xəstəxanaların rəsmi və qeyri-rəsmi pullu xidmətə keçirilməsi, kifayət qədər
dərman, texniki təchizatın və maliyyə vəsaitinin olmaması, xidmət və dərman
qiymətlərinin yüksəkliyi kimi səbəblər əhalinin səhiyyə xidmətlərindən istifadəsini
azaltmışdır.
Açılan özəl yeni səhiyyə mərkəzlərinin isə, səhiyyə xidmətlərinin keyfiyyətinin
artmasında mühüm rolu olur.
Azərbaycan Respublikasında İnsan İnkişafı haqqında Hesabat 2009, ss. 53-56.
Dostları ilə paylaş: