Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov
canın bütün təhsil müəssisələrinin kompüterlə təchizatı haqqında proqram
hazırlanmışdır.
Ölkədə güclü bir elmi potensial olmasına baxmayaraq, bu potensialdan fay-
dalanılmır. Milli gəlirdən elmi araşdırmalara ayrılan payın dünya ortalamasm- dan
xeyli aşağıda olduğu görülür. Elmi araşdırmalara milli gəlirdən aynlan payın dünya
ortalaması 2.2% olmasına qarşılıq, bu nisbət Azərbaycanda 0.2%-dir. Bu nisbətin
zamanla azalması da görülür. Bu nisbət 1990-cı ildə 0.5% olmuşdur. Elmi araşdırma
edənlərin sayı (hər 100 min nəfərə 2791) dünya ortalama- smdan (hər 100 min nəfərə
959) yuxarıdır'®^. Bu vəziyyət elmi araşdırma edən alimlərin gəlir səviyyəsinin aşağı
olmasına və texniki təchizatın kifayət etmədiyinə işarət edir. Nəticədə aparılan
araşdırmaların səviyyəsi də aşağı olur. Halbuki təhsil və elmi araşdırmaların inkişafı
bir ölkənin stratejik inkişaf yönlərindən biri olmalıdır.
2003-cü ildən başlayaraq 10 illik müddəti əhatə edən ikinci reform proqramı
çərçivəsində Dünya Bankı, Azərbaycan təhsil sahəsinə 63 milyon dollar kredit
vərəcəkdir. Bu proqram üç mərhələdə həyata keçiriləcəkdir. İlk mərhələ 4 ili əhatə
edir. Dünya Bankı bu dövrdə 18 milyon dollar kredit verəcəkdir. Digər iki mərhələ 3
ili əhatə edir. Dünya Bankı ikinci mərhələdə isə 25 milyon dollar kredit verəcəkdir
Hökumət tərəfindən hazırlanan və 2004-2007-ci illəri əhatə edən təhsildə inkişaf
proqramında Azərbaycanın təhsil sisteminin problemləri və həll yollan ümumi olaraq
qiymətləndirilmişdir.
Proqramda başlıca problmlər arasında ilk və orta məktəblərdə təhsil səviyyəsinin
aşağı olması, zəif maddi-texniki infrastruktur, kəndlərdə müəllim çatış- mamazlığı,
siniflərin və dərs vəsaitlərinin azlığı, dərs proqramlanmn bazar iqtisadiyyatı
tələblərinə uyğun olmaması, təhsil sisteminin və əmək bazarının zəif inkişafı,
gənclərin aşağı səviyyədə texniki və ixtisas təhsili alması kimi prblemlər əks
olunmuşdur.
Problemlərin həlli üçün proqramda konkret tədbirlər nəzərə alınmışdır.
Hədəflərin hıyata keçməsi üçün, 4 il içərisində 616.4 milyardd manat (123 milyon
dollara yaxın) maliyyə vəsaitinin təhsil sektoruna istiqamətləndirilməsi planlaşdırılır.
Bu vəsaitin yarısından çoxunun təxminən 382 milyardd manatı təhsilin maddi texniki
infrastrukturunun gücləndirilməsinə xərclənməsi düşünülür. Bunun 227.7 milyardd
manatı dövlət büdcəsindən, 154.3 milyard manatı büdcə xarici gəlirlərdən təmin
ediləcəkdir.
Büdcə və büdcə xarici qaynaqların istifadə edilməsində səmərəliliyin artırılması,
struktur dəyişikliklərin həyata keçirilməsi üçün 2004-2006-cı illərdə 98.3 milyardd
manatın sektora istiqamətləndirilməsi planlaşdırılmışdır. Bunun
Azərbaycan Respublikasında İnsan İnkişafı Haqqında Hesabat 2002, ss. 72-74.
Dünya Bankı Təhsilin İnkişafına 63 Milyon Dollar Kredit Ayıracaq”, 525-ci Qəzet, (18.03.2003).
Dostları ilə paylaş: