Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov
Eyni şəkildə ölkələrin iqtisadi gücləriylə düz nisbətli olaraq balıq istehsalı
fabriklərinin həcmi və sayı azalmış, bu surətlə ortaya çıxan qaçaq ovçuluq aradan
qaldırılmağa çahşılmışdır. Bu da, region ölkələri arasındakı razılığa əsasən təyin
olunan miqdarların qorunmasını çətinləşdirmişdir.
Hidro-karbonat ehtiyyatlan ilə yanaşı bioloji ehtiyyatları ilə də Xəzər
Azərbaycanda iqtisadi inkişaf baxımından böyük əhəmiyyət daşıyır. Mühüm neft və
təbii qaz ehtiyyatları ilə yanaşı Xəzər dünyanın Nərə balığı və kürü istehsalının
90%-dən çoxunu təmin qaynağı olmuşdur. Ancaq, həm çirkrlənmə, həm də qaçaq
balıq ovu Nərə balığı ehtiyyatlarının qısa müddətdə sürətli bir şəkildə azIması
təhlükəsinə yaratmışdır^^.
Ticari əhəmiyyəti olan balıq sayısının xüsusiylə aparılan istehsal fəaliyyətləri
nəticəsində böyük zərərə məruz qaldığı görülür. 1950-ci illərdən başlayaraq Xəzərə
axan çayların üzərində su və elektrik stansiyalarının inşa edilməsi Nərə balığının
çoxalma yerlərinə böyük ziyan vurarkən. Xəzərin səviyyəsinin artmasında da Nərə
balığının çoxalma yerlərinin su alünda qalmasına səbəb olmuşdur. Nəticədə, Nərə
balığı ovu əhəmiyyətli dərəcədə azalmışdır. Bundan əlavə başqa qiyymətli balıq növü
olan Xəzər qızıl balığının illik ovu azalmışdır. Ticari əhəmiyyəti olan Xəzərin İlan
balığı, Şamayı və Ağgöz isə yox olmuşdur.
Xəzər dənizində əldə edilə biləcək bioloji sərvətlərin, xüsusiylə balıq ehti-
yatlannm artırılması ancaq sahil dövlətlərinin birlikdə fəaliyyət göstərmələri ilə
mümkün olacaqdır^^.
Bundan əlavə regionlarda son dövrdə meydana çıxan ərzaq qıtlığı qarşısında
xüsusiylə ixracata dair olan dəniz məhsullannın belə bir potensiala sahib olması
qarşısında region dövlətlərinin bu problemi birlikdə baxmalan qaçmılmaz hala
gəlmişdir^'*.
Çirklənməyə qarşı lazimi tədbirlərin alınmaması qarşısında Xəzər bir çox bioloji
ehtiyy atlardan kasıb qalacaqdır. Nəticədə, ən çox çirklənməyə məruz qalan regionlar
olaraq Azərbaycan və Türkmənistan sahillərində gələcək 15 il ərzində dənizin 50 metr
dərinliyində balıq tutulması əhəmiyyətini itirəcəkdir və dənizin 30 min metr^-lik
sahəsi balıq tutulmasından yoxsul qalacaqdır^^.Balıq istehsalının artırılması üçün neft
və təbii qaz çıxartma sənayesində. Xəzər hövzəsində və sahillərində yerləşən digər
sənaye komplekslərində daha az tullantıh bir təmizləmə sistemi texnologiyasının
istifadəsi lazımdır. Bundan əlavə. Xəzər sahili şəhərlərində və hövzəsində yaşayan
150 milyondan artıq əhalinin tullan-
Azərbaycan Respublikasında İnsan inkişafı Haqqında Hesabat 1999, Birləşmiş Millətlər Təşki-
latmm inkişaf Proqramı, Bakı, 1999, ss.36-37.
Nəbiyev, ss.221-222.
Nəbiyev, s.222
P. Məmmədov,”Xəzərin Ekoloji Problemlərinin Həllində Ölkələrarası Əməkdaşlığm Əhəmiyyəti”,
Azərbaycan XXI Əsrin Astanasmda, (Red. Ziyad Səmədzadə), Azərbaycan Ehnlər Akademiyası
Nəşriyyatı, Bakı, 1998, s.208.
Dostları ilə paylaş: