Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə96/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   92   93   94   95   96   97   98   99   ...   310
85 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
700 milyon dollarlıq Nərə balığı tutulmasına baxmayaraq, rəsmi rəqəmlərin 60 milyon 
dollar olduğu görülür. Bu isə, sadəcə Rusiyada qeyri qanuni ovlanma- nm 40 qatı 
olduğu mənasına gəlir. Bəzi beynəlxalq mənbələrə görə Xəzər sahili ölkələrdən qərb 
ölkələrinə 1 milyard dollar qaçaq kürü satılır. 
Dünya Bankının apardığı araşdırmalara görə hər il 1 milyon ton neft tullantıları 
Xəzərə atılır. Xəzərdəki dioksinlə zəhərlənmiş balıqların tutulması da diqqətə 
alındıqda Xəzərin çirklənməsinin əsas səbəbinin neft tullantıları olduğu görülür. 
1929-3 0-cu illərdən başlayaraq Xəzərə tökülən çaylar üzərinə tikilən hidro- 
texniki müəssisələr, Xəzərin sahillərində inşa edilən sənaye və inşaat sahələri ilə 
şəhərlərin və sənaye mərkəzlərinin genişlədilməsi, dənizin ekoloji və bioloji rejiminə 
mənfi təsir göstərmişdir. Yavaş-yavaş dənizin tullantılarla çirkləndiril- məsi, balıq 
ehtiyatının keyfiyyətinə və istehsalına mənfi təsir göstərir. Volqa və Kür çayları 
üzərində qurulan sulama və enerji məqsədli anbarlar qiymətli balıqların kürüləmə su 
sahələrinin azalmasına yol açmışdır. Müharibədən sonrakı illərdə Volqa çayının 
qolları üzərində qurulan böyük hidro-texniki komplekslər, bəndlər, su elektrik 
stansiyaları, bir çox sənaye kompleksləri açıq dənizdə çıxarılan neft və təbii qaz və 
daimi fəaliyyətdə olan dəniz nəqliyyatı səbəbiylə son 60 ildə Xəzərdə balıq ovlanması 
əhəmiyyətli dərəcədə azalmışdır. Xüsusilə, qara kürü istehsalının 90%-nin bu 
hövzədən əldə edildiyi günlər geridə qalmışdır. Kürü istehsalında istifadə olunan balıq 
növlərinin azalması nəticəsində 1952-ci illərin əwələrində Rusiya, Qazaxıstan, İran və 
Azərbaycan 20-yə yaxın fabrikində bu balıqları çoxaldarkən Xəzər dənizində suyun 
səviyyəsinin yüksəlməsi nəticəsində bu fabriklər su altında qalmış balıq istehsalında, 
nəticədə kürü istehsalında böyük azalmalar yaşanmışdır. Bu xüsus kürü istehsalında 
istifadə olunan balıq növlərinin yox olma təhlükəsiylə qarşı-qarşıya qalma təhlükəsinə 
səbəb olmuşdur^^. 
1959-1985-ci illər arasında sadəcə Volqa çayının çirklənməsi və bəndlərə görə 
balıq itkisi 5 milyon tondan artıq olmuşdur. Bunun 750 min tonu kürü- süylə məşhur 
olan Nərə balığı növləridir. 
Azərbaycanda balıqçılıq xüsusiylə Xəzərdə apanhr. Xəzərin Azərbaycan 
sektorunda təxminən 120 növ balıq vardır və bunlardan 7-si istehlak və dərman 
sənayesində istifadə olunan Nərə balığı növləridir. Bir digər əhəmiyyətli balıq növü də 
qızıl balıqdır*^. 
Azərbaycanda Nərə balığının və kürü istehsalının idarə edilməsi, istehsalı, satışı 
və ixrac haqqı “Azərbalıq” adlı dövlət şirktinə aiddir. 2000-ci idə “Caspian Fish 
Co.-Azbaijan” adlı şirkətin açılması və 2001-ci ildə "Azərbalıq" adlı döv- 
Budaq Budaqov -Yaqub Qərbli, Azərbaycan Respublikasının Fiziki Coğrafiyası, Öyrətmən 
Nəşriyyatı, Bakı, 1996, s.81; Ətraf Mühitin Mühafizəsi Üzrə MiUi Fəaliyyət Planı, s.6. 
Yusif Vəzir Çəmənzıminli,Tarihi Coğrafi və İqtisadi Azərbaycan,Bakı Universiteti Nəşriyyatı, Bakı, 
1993, s.45;Budaqov-Qərbli,s.77. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə