Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə92/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   88   89   90   91   92   93   94   95   ...   310
81 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
Sektordakı Reform Fəaliyyətləri 
Kənd təsərrüfatındakı reform fəaliyyətləri olaraq; torpaq reformunun həyata 
keçirilməsi ilə, kolxoz və sovxozlann bağanaraq bu müəssisələrə aid əmlakın 
kəndlilərə pulsuz vərilməsi, məhsul qiymətlərinin sərbəstləşdirilməsi, kənd təsərrüfatı 
istehsal edən müəssisələrinin özəlləşdirilməsi və digər fəaliyyətlər kənd təsərrüfatı 
sektorunun inkişafına mühüm sürət qazandırmışdır. 
Dövlət büdcəsindən kənd təsərrüfaü və heyvandarlıq sektoruna aynlan pay 
ildən-ilə artır. Bu artim sektorun özünü doğrultmasmda mühüm faktorlardan biridir*'. 
Ölkədə mövcud olan təbii ehtiyatlardan səmərəli və daimi olaraq yararlanmaq, 
torpaq idarəsini və keyfiyyətini yaxşılaşdırmaq, istehsal və emal xərclərini azaltmaq 
və istehsalın məhsuldarlığını artirmaq məqsədiylə, ucqar regionlarda fermer 
ittifaqlarının yaradılması, fermerlərə yerli məsləhət xidmətlərinin verilməsi, mikro 
kredit sisteminin qurularaq işlək vəziyyətə gətirilməsi, infrastruktur-suvarma-drenaj 
sisteminin müasirləşməsi kimi addımlar hazırlanan müxtəlif proqram və layihələrlə 
həyata keçirilməyə çalışdır. 
“Azərbaycanın alü rayonunda müəssisələrin özəlləşdirilməsi” layihəsi 1996-cı 
ildə təsdiq edildi və 2003-cü ildə tamamlandı. Layihənin dəyəri 28.82 milyon 
dollardır. Layihəni maliyyələşdirənlər isə Dünya Bankı və Beynəlxalq Kənd 
Təsərrüfatı İnkişaf Fondudur. Kreditlər sözü gedən layihənin həyata keçirildiyi 113 
kəndin hər birindəki şəxslərə verilmişdir. 
Azərbaycanda Banklar Assosasiyasınm qərarı ilə “2002-2006-cı illərdə Kənd 
Təsərrüfatı Sektorunun İnkişaf Proqramı” qəbul edilmişdir. Bu proqramın həyata 
keçirilməsi və müvəffəqiyətlə davam etdirilməsi, kənd təsərrüfatı və kənd təsərrüfatı 
sektorunda istehsalın gələcəkdə dinamik şəkildə inkişafının təmin ediləcəyini ifadə 
etməyə imkan vərir*^. 
2004-cü ilin avqustunda isə, Azərbaycan hökuməti və dünya Bankı arasında 
“Aqrar sahə İnvestisyaları” layihəsi imzalandı. Bu layihə regionlarda yaşayan nüfuzun 
sosyo-iqtisadi yaxşılaşdırmaq baxımından vacibdir. Layihə çərçivəsində aqrar 
müəssisələrin, mikro layihə invəstisiyalarmm maliyyələşdirilməsinə köməyi nəzərdə 
tutmuşdur. 
Son illərdə kənd təsərrüfatı regionlarında maliyyə xidmətlərinin vərilmə- siylə 
əlaqədar bəzi işlər də görülmüşdür. Bu regionlarda 78 yeni bank filialının fəaliyyətinə 
icazə verilmişdir. Eyni zamanda da digər müəssisəlar tərəfindən lazımi köməkliklər 
göstərilmişdir. Əldə olunan müsbət artıma baxmayaraq kənd təsərrüfatı məhsulları 
istehsalının mövcud vəziyyəti potensial imkanların səviyyəsindən aşağıdır. Bunun 
əsas səbəbi istehsal üçün lazımi şərtlərin olmaması və istehsal imkanlarından 
səmərəsiz istifadə edilməsidir. 
“Son Beş İldə Kənd Təsərrüfatma 300 Milyon Dollar Xarici Sərmayə Qoyulub”, 
525-ci Qəzet, 
20.03.2003. 
82 
Cavadov, ss.58-60. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə