Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə115/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   111   112   113   114   115   116   117   118   ...   310
104 


Az
ərbaycan İqtisadiyyatı 
Mikro-Maliyyə Bankı fəaliyyətə başladığı tarixdən 2005-ci ilin aprel ayına qədər 
23 milyon dollar dəyərində təqribən 10 min mikro-kredit təhsis etmişdir. 100-125000 
dollar arasında verilən kreditlərin illik faiz nisbətləri 18-36% arasında dəyişir^^^ 
Digər tərəfdən Sahibkarlığa Milli Yardım Fondunun kreditləri 19 təmsilçi bank 
və 5 digər kredit təşkilatı vasitəsiylə verilir. Aparılan son tənzimləmələrlə fond 
tərəfindən verilən hər bir kreditnin limiti 500.000 dollardan bir milyon dollara 
yüksəldilmişdir. Digər tərəfdən faiz nisbəti 7% olan kreditin müddəti isə 5 ildən 8 ilə 
yüksəldilmişdir. Banklar tərəfindən fondun kaynakları hesabına 63 milyon 
manatkredit verildi. 2004-cü ildə olduğu kimi 2005-ci ildə də fond vasitəsi ilə 200 
milyon manat(40 milyon dollar) büdcə qaynağı sahibkarlara kredit verilməsi büdcədə 
diqqətə ahnmışdır^^^. 
Bank Sektorundakı Problemlər 
Azərbaycanda maliyyə sektoru struktur etibariylə hələlək çox güclü deyil. 
Azərbaycanda insanlar ticarətə daha meyillidirlər. Ancaq, bunun üçün lazımi maddi 
ehtiyatlara sahib deyildir. Ölkədə daha əvvəl baş verən “banker faciələri” səbəbiylə 
xalqın banklara olan inamı qalmamışdır. Bu səbəblə də maddi ehtiyatı olanlar bunu 
bank xarici yollarla dəyərləndirirlər. Bir qisim insanlar bankların kredit vermə 
vəzifəsini də öhdəsinə götürmüşdür. 
Bank sektorunda ortaya çıxan problemlərin əvvəlində likviditlik probleminin 
olduğu görülür. 
Sektorda həddindən çox ticari bank var və əsasən, tək şöbəli struktural 
xüsusiyyətə sahib bu banklar, məhdud həcimdə sərmayə ehtiyatlarına sahibdirlər. 
Maliyyə sektoruna dair islahat işləri isə çox yavaş irəliləyir. Xüsusilə, 
iqtisadiyyatda böyük üstünlüyü olan yerli dövlət bankları özəlləşdirmə tərkibinə 
alınmış və özəlləşdirmə işləri davam edir. Azərbaycan öz bank sistemini yaratma 
barəsində irəliləyərkən, dövlət banklannda da yeniden formalaşdırılmaga dair işlər 
görülmüşdür. Sovet dövründən qalan başlıca dörd bankdan üçünün birləşdirilməsinə 
ancaq 2000-ci ilin iyun ayında başlana bilmişdir. 
Bank Sektorunda İslahatlar 
Dövlət banklarında aparılan islahatlar; idarə etmənin inkişafı, yeni xidmətlərin və 
bazarlann inkişafı, bankların təşkili inkişafı məqsədiylə Dünya Bankı’- nın SAC 
proqramına görə aparılır 
16 fevral 2001-ci ildə Milli Bank, banklar tərəfindən apanlan milli ödəmələrinin 
daha sürətli şəkildə və on-line sistemində aparıla bilməsini təmin et- 

“Mikromaliyyələşdirmə Bankı On Mininci Kreditini Verdi”, 
525-ci Qəzet,
No:57 (1914), 29 Mart 
2005. 
‘Entrepreneurs to Get Loans up to 
$lm\ Azemews,
No: 10(400), March 8 -March 15, 2005, s.3. 
İllik 
Hesabat,
Azərbaycan Respublikası Milli Bankı, 2000. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə