Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə123/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   119   120   121   122   123   124   125   126   ...   310
112 


Az
ərbaycan İqtisadiyyatı 
2008 ci ildə daşınan yükün 56.5% kimi mühüm bir hissəsi avtomobil yollan ilə 
daşınmışdır. Yüklərin 15.4%-i boru kəməri, 17.8%-i dəmiryolu, və 11.2%-i dəniz yolu 
ilə daşınmışdır. Daşman yüklərin 57.8%-i, sərnişinlərin isə 84.7%-i özəl sektora aid 
nəqliyyat vasitələri vasitəsi ilə həyata keçirilir. Rabitə xidmətlərinin həcmində də özəl 
sektorun payı hər ötən il artmışdır. Nəhayət özəl sektorun payı 2009-cü ildə 71.3% 
olmuşdur. Rabitə xidmətlərinin 74.2%-i isə bilavasitə özəl sektor vasitəsi ilə həyata 
keçirilmişdir. 
Azərbaycanın açıq dənizlərə çıxışının olmaması və avtomobil yollannm dünya 
standartlanna cavab vərməməsi ən əsas problemlərdəndir. 
Rabitə sektorü isə dünya ilə inteqrasiya prosesində sürətlə inkişaf edir. 
Aşağıda dəniz, hava, avtomobil yolu, dəmir yolu, boru kəməri xətti nəqliy- yaü 
və rabitə ayn ayn tədqiq ediləcəkdir. 
3.3.5.1.
 
Dəniz Nəqliyyatı 
Azərbaycan, dəniz nəqliyyatı baxımından regionda keçid ölkəsi olmaq kimi 
əhəmiyyətli bir potensiala sahibdir. Xəzər dənizində yüz kilometrlərlə bir sahil zolağı 
olmasına baxmayaraq, ölkədə sadəcə biri böyük olmaqla cəmi 15 liman mövcuddur. 
Ölkənin ən böyük limanı Bakı Beynəlxalq Dəniz Ticarət Limamdır. 
Azərbaycanda dəmir yolları olmadığı vaxtlarda dəniz vasitəsiylə nəqliyyat böyük 
rol oynamışdır. Azərbaycan və Xəzaryanı dövlətlər arasında birbaşa və mütəmadi 
olaraq dəniz səfərləri həyata keçirilmişdi. Xəzər dənizi vasitəsiylə İran, Türkmənistan, 
Dağıstan, Qazaxıstan və Rusiya ilə əlaqələr qurulmuşdur'^^. 
Bakıdakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın lojistik 
infrastrukturunun stratejik bir hissəsi olaraq görünməklə yanaşı. Orta Asiyadan qərb 
bazarlarına mineral xammallar və başqa məhsulların daşınmasında bir lojistik kalidor 
olaraq geostrategiyalı bir nöqtədədir. Bakı limanı həm dərindir, həm də heç bir zaman 
donmur. Liman, sərnişin nəqliyyatı üçün isə çox əlvərişli deildir. 
İnfrastrukturu dünya inteqrasiyasına əlvərişli xüsusiyyətdə olmayan 
Azərbaycanda dəniz nəqliyyatı da köhnə və əlverişsiz vəziyyətdədir. Ümumiyyətlə, 
nəqliyyat sektorundakı tənəzzülün əsas səbəbi, sektorun köhnə Sovət İttifaqı 
respublikaları ilə olan bağlılıqlardan ortaya çıxmışdır. 
Nəqliyyat sektorundan istifadə etməkdə cəmi sərnişin sayının dəniz nəqliyyat 
payının illər etibariylə tənəzzül olduğu görülür. 1990-cı ildə 500.000 sərnişinin dəniz 
nəqliyyatından istifadə etməsinə baxmayaraq, bu miqdar 1991 cı ildə 400.000, 1992 
və 1993 cı ildə 100.000, 1994 cı ildə 60.000, 1996 cı ildə 39.000 və 1997-ci ildə bu 
rəqəm 43.000 olmuşdur'^^. 2002-ci ilə qədər hər il 
Vəlili, ss.184-185. 
Azərbaycan Respublikasında İnsan İnkişafı Haqqında Hesabat 1996,
Birləşmiş Millətlər Təşkila- 
tımn İnkişaf Proqramı, Bakı, 1996, s.41; 
Azərbaycan Respublikasında İnsan İnkişafı Haqqında 
Hesabat 1998,
ss. 84-85.
 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə