Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə131/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   127   128   129   130   131   132   133   134   ...   310
121 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
ləndirəcək, məlumatların ötürülməsini asanlaşdırarcaq ən vacib addımlardan biri 
hesab oluna bilər/'^\ 
Azərbaycanda böyük bir internet və informasiya bazan formalaşır. Bu bazar istər 
ölkə miqyasında, istərsə də beynəlxalq səviyyədə bir sıra investisiyalar üçün mənfəətli 
sahə hesab olunur. Ancaq, bu investisyalann qoyulması və müəssisələrin qurulması, 
ölkənin iqtisadi potensialı, qanunvəricilik bazası diqqətə alınaraq. Rabitə və 
İnformasiya Texnologiyalan Nazirliyinin himayə və nəzarətində, müasir texnologiya 
ilə və ixtisaslı kadrlann iştirakı ilə effektli olacaqdır. 
Azərbaycanda telekommunikasiya sahısində infrastrukturun qənaətbəxş olması 
ilə yanaşı, iqtisadi vəziyyətlə əlaqədər maddi çətinliklər səbəbi ilə hələlik internet 
əlaqəsi üçün lazimi investisiyalann qoyulmadığı müşahidə edilir. Bundan əlavə, 
internet vasitəsilə məlumat transferində böyük üstünlük əldə etmək üçün fiber-optik 
infrastruktur mövcutdur. Bu infrastruktur şəhərlərarası kommunikasiya və bunun 
nəticəsində internetin daha geniş yayılması üçün istifadə edilə bilər. 
Bütün peyklər birbaşa Rusiya ilə birləşdirilir, başqa ölkələrlə internet nəqli 
Rusiya ərazisindən həyata keçirilir. Bu isə həm mövcud vəziyyətdə Rusiya və rus dili 
dominanthğmm davamı, həm də gələcəkdə elektron ticarəti kimi iqtisadi fəaliyyətlərin 
Moskva mərkəzli olaraq idarə edilməsi məcburiyyətini ortaya çıxarır. 
Rusiya ərazisindən istiqamətləndirilən internet əlaqələrinin Türkiyə ərazisindən 
daha geniş miqyaslı və etibarlı bir şəkildə reallaşdıniması nəticəsində Türkiyə, 
Azərbaycanda və başqa Türk respublikalarında əhəmiyyətli bir rol oynaya biləcək. 
1969-cu ildə ABŞ-da hərbi məqsədi ilə kəşf edilən internetdən Azərbaycanda 
1994-cü ildən etibarən istifadə edilməyə başlanılmışdır. Türkiyə Orta Şərq Texniki 
Universiteti, Türkiyə Elmi Tədqiqatlar Mərkəzi ilə Azərbaycan Elmlər 
Akademiyasının müştərək bir layihəni həyata keçirmələri ilə birlikdə Orta Şərq 
Texniki Universiteti üzərindən 1994-cü ildə ilk dəfə Azərbaycan Elmlər Akademiyası 
da internetdən istifadə etməyə başlamışdır. Bu layihə TİKA tərəfindən 
maliyyələşdirilmişdir. 
2009-cü ilin sonu etibariylə ölkədə 900 mindən çox internet istifadəçisi, 20- dən 
çox internet provayderi, 400-ə yaxın internet kafe fəaliyyət göstərir. İntemete üzv 
olanlann böyük bir hissəsini təşkilatlar və təhsil müəssisələri təşkil edir. Rəsmi olaraq 
isə, 100 min internet istifadəçisi qeydiyyatdan keçmişdir. Azərbaycanda internetdən 
istifadə edənlərin sayı dünya ortalamasmdan xeyli 
“Orta Asya Türk Cumhuriyetleri Telekominikasyon ve İnternet infrastrukturu İle llgili Olarak 
Hazırlanan Teknik Rapor”, 
http://www.foreigntrade.gov.tr/turkcumhurivetleri/teknik ranor.htm
. (19.04.2003). 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə