Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə128/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   124   125   126   127   128   129   130   131   ...   310
117 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
Azərbaycanın iqtisadi inkişafı nəqliyyat vasitələrinin sürətli artımı ilə müşahidə 
edilir. Avtomobil sayı hər il artır. Sadəcə 2005 ildə respublikaya 40 000-ə yaxın 
avtomobil idxal edilmişdir. Son illər Bakı şəhərində tixac problemi aktual- laşır. Bu 
problemi aradan qaldırmaq üçün 2008-2012-ci illərdə Bakı şəhərinin sitifadə olunan 
yollannda üst keçidlər, körpülər və çox mərtəbəli yollar tikilməsi planlaşdırılmış və bu 
prosesə 2006-cı ilin aprel aymda başlanmışdır 
3.3.5.3.
 
Damır Yolu Naqliyyatı 
Dəmir yolu nəqliyyatı ölkə daxili və beynəlxalq yük daşmalannda mühüm yerə 
sahibdir. Azərbaycanda iqtisadi və infrastruktur potensialının mühüm bir hissəsini 
dəmir yolu nəqliyyatı təşkil edir. Azərbaycanda yüklərin təxminən 70%-i, sərnişinlərin 
təxminən 30%-i dəmir yolu nəqliyyatı ilə həyata keçirilir. Dəmir yollannm uzunluğu 
2120 km.-dir. Dəmir yolu ilə daha çox neft, neft məhsullan, metal, maşınqayırma 
avadanlıqları, ərzaq və odun məhsullan daşmır. Bakıda şəhər daxili nəqliyyatda 
metronun mühüm bir yeri vardır. 1967-ci ildə fəaliyyətə başlayan metro xəttlərinin hal 
hazırkı uzunluğu 28.5 kilometrdir^^*. Bakı metrosu təmizliyinə və xidmət şərtlərinə 
görə Beynəlxalq Nəqliyyat Təşkilatı tərəfindən dünyada “ən təmiz metro” olaraq 
seçilmişdir. Bakıda bütün metro keçidlərində təmizlik yüksək səviyyədədir. Metro 
əsasən sərnişin nəqliyyatında istifadə edilərkən, digər dəmir yolları daha çox yük 
daşmasında istifadə edilir. 
Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit olaraq nəql edilməsi məqsədi 
ilə bağlı müqavilələr çərçivəsində 2004-cü ildə neft daşmalan həcminin 20% 
artırılmışdır. 2003-cü ildə tranzit neft daşınması 2,8 milyon ton olmuşdur. Azərbaycan 
dövlət dəmir yolları ilə neft daşınmasının 8 milyon tona çıxarılması nəzərdə tutulur. 
Azərbaycanda dəmir yolu ilə yük nəqliyyatında əsas bir yeri, 74.5%-lik bir hissə ilə 
neft və neft məhsulları alır. 
Lakin ölkədə dəmir yollarının böyük hissəsinin yenidən tikintisi vacibdir. 800 
vaqondan, 350-nin əsaslı təmirə ehtiyacı vardır, ancaq, Azərbaycanda bunu reallaşdıra 
biləcək maliyyə vəsaiti olmaması səbəbi ilə 20 milyon dollarlıq xarici yardıma ehtiyac 
var. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə