Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov
Azərbaycanın iqtisadi inkişafı nəqliyyat vasitələrinin sürətli artımı ilə müşahidə
edilir. Avtomobil sayı hər il artır. Sadəcə 2005 ildə respublikaya 40 000-ə yaxın
avtomobil idxal edilmişdir. Son illər Bakı şəhərində tixac problemi aktual- laşır. Bu
problemi aradan qaldırmaq üçün 2008-2012-ci illərdə Bakı şəhərinin sitifadə olunan
yollannda üst keçidlər, körpülər və çox mərtəbəli yollar tikilməsi planlaşdırılmış və bu
prosesə 2006-cı ilin aprel aymda başlanmışdır
3.3.5.3.
Damır Yolu Naqliyyatı
Dəmir yolu nəqliyyatı ölkə daxili və beynəlxalq yük daşmalannda mühüm yerə
sahibdir. Azərbaycanda iqtisadi və infrastruktur potensialının mühüm bir hissəsini
dəmir yolu nəqliyyatı təşkil edir. Azərbaycanda yüklərin təxminən 70%-i, sərnişinlərin
təxminən 30%-i dəmir yolu nəqliyyatı ilə həyata keçirilir. Dəmir yollannm uzunluğu
2120 km.-dir. Dəmir yolu ilə daha çox neft, neft məhsullan, metal, maşınqayırma
avadanlıqları, ərzaq və odun məhsullan daşmır. Bakıda şəhər daxili nəqliyyatda
metronun mühüm bir yeri vardır. 1967-ci ildə fəaliyyətə başlayan metro xəttlərinin hal
hazırkı uzunluğu 28.5 kilometrdir^^*. Bakı metrosu təmizliyinə və xidmət şərtlərinə
görə Beynəlxalq Nəqliyyat Təşkilatı tərəfindən dünyada “ən təmiz metro” olaraq
seçilmişdir. Bakıda bütün metro keçidlərində təmizlik yüksək səviyyədədir. Metro
əsasən sərnişin nəqliyyatında istifadə edilərkən, digər dəmir yolları daha çox yük
daşmasında istifadə edilir.
Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit olaraq nəql edilməsi məqsədi
ilə bağlı müqavilələr çərçivəsində 2004-cü ildə neft daşmalan həcminin 20%
artırılmışdır. 2003-cü ildə tranzit neft daşınması 2,8 milyon ton olmuşdur. Azərbaycan
dövlət dəmir yolları ilə neft daşınmasının 8 milyon tona çıxarılması nəzərdə tutulur.
Azərbaycanda dəmir yolu ilə yük nəqliyyatında əsas bir yeri, 74.5%-lik bir hissə ilə
neft və neft məhsulları alır.
Lakin ölkədə dəmir yollarının böyük hissəsinin yenidən tikintisi vacibdir. 800
vaqondan, 350-nin əsaslı təmirə ehtiyacı vardır, ancaq, Azərbaycanda bunu reallaşdıra
biləcək maliyyə vəsaiti olmaması səbəbi ilə 20 milyon dollarlıq xarici yardıma ehtiyac
var.
Dostları ilə paylaş: