Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə130/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   126   127   128   129   130   131   132   133   ...   310
3.3.5.6.
 
Rabitə 
Rabitə sektoru Azərbaycanın inkişaf etmiş sektorlarından biridir. Ölkənin demək 
olar ki böyük bir hissəsi avtomat telefon qovşağı ilə təmin edilmişdir. Azərbaycan 
1996-cı ilin dekabr ayından GSM operator sisteminə qoşulmuşdur. 
'Azerbaijan Aviation to Lead in the Caspian 
Region’,Azemews, 
http://www.azemews.net/view.phn?d=5665
 (18.03.2005). 
120 


Az
ərbaycan İqtisadiyyatı 
Simsiz rabitə Azərbaycandakı telekommunikasiya sənayesinin ən aktiv 
sektorudur. Simsiz rabitə sahəsinə 1994-cü ildən etibarən, ilk simsiz şəbəkə 
qurulduqdan sonra böyük həcmli xarici investisiya cəlb olunmuşdur. 
2004-cü ildə mobil telefon xidmətlərin həcmi 2003-cü ilə nisbətlə 47.9% 
artmışdır. 1994-cü ildə ölkədə cəmi 2 min mobil telefon istifadə edildiyi halda, 2005-ci 
ilin əvvəllərinə olan statistikaya görə bu rəqəm 1.5 milyonu keçmişdir. Beləcə, ölkə 
əhalisinin təxminən 18%-i mobil rabitə xidmətlərindən faydalanır. Bu rəqəmin 
2006-cı ilin sonunda 2 milyonu keçəcəyinin proqnozlaşdırılması bu sahənin 
investisiya potansialmm artmasına münbit bir zəmin yaratmışdır. 
Azərbaycanda mobil telefon istifadə nisbəti regiondan-regiona dəyişir. Bakıda bu 
nisbət 50% civarmda olub yüksək dərəcəyə sahib olduğu halda, bəzi kiçik şəhərlərdə 
bu dərəcə 10-15%-i keçmir. Bir çox hallarda mobil telefon xidməti, köhnəlmiş və 
təsirsiz kabel telefon bağlanülanna altematif olur. 
Azərbaycan bazarında “Azərcell” və “Bakcell” adlı iki mobil operator fəaliyyət 
göstərir. Mobil rabitə bazarında “Azərcell”-in payı 86%, “Bakcell”-in payı isə 
14%-dir. Azərbaycan arazisinin 71%-i mobil rabitənin əhatə dairəsin- dədir. 
Azərbaycanda sadəcə “Azərcell” tərəfindən investisiya qoyuluşu 270 milyon dolları 
aşmışdır. 
2006-
cı ilin ilk aylarından etibarən “Bakcell”-in abunəçi sayı və əhatə 
dairəsi artır. Eyni zamanda 2006-cı ildə Azərbaycana üçüncü mobil operator, 
“Azərfon” da daxil olmuşdur. Bu da mobil rabitə sektorunda rəqabəti daha da 
artırmışdır. Eyni zamanda “Azərcell”-dəki dövlət payı satılaraq dövlət büdcəsinə ciddi 
bir vəsait gətirmişdir. 
Eyni zamanda poçt sisteminə 15 milyon dollar həcmində investisiya qoyulacaq 
və 2006-cı ilin sonuna qədər bütün poçt şöbələri ortaq informasiya şəbəkəsinə qoşulan 
sistemə keçəcəkdir. 
Ölkə əhalisinin yarısına yaxınının, yaşanan köçlər səbəbiylə də Bakıda 
məskunlaşdığı düşünüldükdə iqtisadi potensialın, telekommunikasiya infrast- 
rukturunm da təsiri ilə internetin daha çox paytaxtda inkişaf etdiyi və mövcud internet 
abunəçilərinin 90%-lik hissəsinin Bakının payına düşməsi narahat edici 
məsələlərdəndir. 
Azərbaycanda yüksək iqtisadi inkişaf və sürətlə formalaşan internet bazan səbəbi 
ilə ölkədəki bütün telekommunikasiya xidmətlərinə bilavasitə nəzarət edən Rabitə və 
İnformasiya Texnologiyaları Nazirliyi istər texnologiya, istərsə də ixtisaslı kadrlar 
baxımından bir çox problem yaşayır. 
Eyni zamanda digər bir qeyd ediləcək mövzu isə, ölkədə mövcud olan dil 
problemidir. Azərbaycanda yazılı media və internet servislərinin çoxu rusca olmaqla 
yanaşı mərhum ümummili lider Heydər Əliyevin sərancamı ilə ölkədə 
2001-
ci ilin avqust ayının l-dən etibarən latın əlifbasının istifadə edilməsi həyata 
keçirilmişdir. Bu vəziyyət internet mühitində dünya ilə inteqrasiyanı sürət 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə