Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə126/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   122   123   124   125   126   127   128   129   ...   310
115 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
Azərbaycanın tarixi ipək yolunun qovşağında yerləşməsi onun əlvərişili geo- 
coğrafi mövqeyi burada bir sıra yol layihələrinin həyata keçirilməsini zəruri edir. Bu 
layihələrdən olan TRACECA layihəsinin bir hissəsi olaraq Azərbaycan- Gürcüstan 
arasında dünya standartlanna cavab vərəcək avtomobil yolunun tikintisinə start 
vərilmiş, arhq yolun Ələt-Qazməmməd hissəsi başa çatmış, eyni zamanda digər 
istiqamətdə yol tikintisi sürətlə davam edir. Azərbaycanda həyata keçirilən yol 
layihələrinə 200 milyon dollara qədər vəsait xərclənmişdir. Bu yollannm tikinti və 
təmiri məqsədi ilə AYİB və Dünya Bankı, Asya İnkişaf Bankı və İslam inkişaf Bankı 
maliyyə yardımı verir. Azərbaycanın bütün avtomobil yollannm təmiri və yenidən 
qurulması üçün 800 milyon dollardan çox maliyyə vəsaiti lazımdır. Regionlann 
sosial-iqtisadi inkişafına dair dövlət proqramında ölkə yollannm 2012 ci ilə qədər 
beynəlxalq standartlara cavab vərəcək hala gətirilməsi nəzərdə tutulmuşdur. 
“Regionların Sosial və İqtisadi İnkişafı Haqqında” dövlət proqramına müvafiq olaraq 
yollann tikintisi və təmiri ilə əlaqədar kompleks tədbirlər planı hazırlanmışdır. Ölkə 
daxili yollann əsaslı təmiri və yenidən qurulması məqsədi ilə bəzi beynəlxalq maliyyə 
müəssisələrinə, bu layihələrin maliyyələşdirilməsi məqsədi ilə kreditlərin ayrılması ilə 
əlaqədar hökumət tərəfindən müraciətlər olmuşdur. 
Ölkədə beynəlxalq nəqliyyat yollan başda olmaqla avtomobil yollan 2008- ci ilə 
qədər yenidən tikiləcək. 2004-2008-ci illər ərzində 1225 kilometr uzunluğunda 
şəhərlərarası yolda, 1807 kilometr uzunluğunda isə şəhir daxili avtomobil yollarında 
təmir və yenidən qurma fəaliyətləri həyata keçiriləcəkdir. Bu çərçivədə önəmli 
layihələr üzərində fəaliyətlər davam edir: 
1

3. 
5. 
6

Bakı-Ələt-Qazax-Gürcüstan sərhəddi boyunca uzunluğu 508 km olan yolun 
Bakı-Ələt (47 km) hissəsində yenidən qurma fəaliyyətlərinə başlanılmış və 
2005-
ci ilin sonuna qədər yekunlaşdırılmışdır; 
Uzunluğu 85 km, layihə həcmi 41 milyon dollar olan və Avropa Yenidən 
Qurma və İnkişaf Bankının maliyyələşdirdiyi Qazməmməd-Kürdəmir yolu- 
nun tikintisi isə 2006-cı ilin sonunda ; yekunlaşdırılmışdır 
Kürdəmir-Ucar-Yevlax-Gəncə boyunca uzunluğu 188 km, layihə 102 mil- 
yon dollar olan yol 2008-ci ilin sonuna qədər yekunlaşdırılmahdır; 
Gəncə-Qazax-Gürcüstan sərhəddinə qədər uzunluğu 132 km, layihə dəyəri 
60 milyon dollar olan yolun yenidən qurma işləri də 2009-ci ildə yekunlaş- 
dırılmalıdır; 
Bakı-Quba-Rusiya sərhəddinə qədər uzunluğu 208 km, layihə dəyəri 280 
milyon dollar olan birinci dərəcəli yolun tikintisi 2009-ci ildə yekunlaşdı- 
rılmalıdır; 
Uzunluğu 21 km, layihə dəyəri 30 milyon dollar olan Bakı dairəvi yolunun 
2010-
ci ilin sonlarında tamamlanması planlaşdırılmışdır. 
Bundan əlavə, Ələt-Astara istiqamətində uzunluğu 243 km, layihə dəyəri 
təxminən 300 milyon dollar olan yolun yenidən tikintisi ilə əlaqədar texniki 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə