Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə133/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   129   130   131   132   133   134   135   136   ...   310
123 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
istehsal edilən məhsullann, çıxanlan neft və təbii qazın və sahib olunan xammalının 
başqa ticarət yollan ilə dünya bazarlarına daşınması əhəmiyyətli idi^"*^. 
Regionun xarici dünya ilə olan əlaqəsi, coğrafi bir müşahidə aparıldıqda, Rusiya 
xaricindən üç yolla mümkündür. Bu yollar; 
-
Birincisi Çin ərazisindən Uzaq Şərq ölkələrinə və okeana (bu yol mümkün 
layihələrin məsafələrin uzaq olması səbəbi ilə hal-hazırda maliyyələşdirilməsi 
mümkün olmadığı üçün geri planda qalmışdır), 
-
İkincisi Pakistan və İran ərazisindən 
{tranzit keçid yolu olaraq da Əfqanıstan)
Hind Okeanına, 
-
Üçüncüsü isə Xəzər dənizindən Qafqaz və Türkiyə ərazisindən Ağ dənizə və 
Avropaya doğru uzanır. 
İki min il boyunca Şərqin zənginliklərini Qərbə daşıyan karvanlann keçdiyi, beş 
Türk respublikasıyla yanaşı, Tacikistan, Gürcüstan və Ermənistam da əhatə edən, Qara 
dənizdən Çinə qədər tarixi İpək yolunun XXI əsrə bir kommunikasiya, nəqliyyat və 
enerji koridoru olaraq daşınmasını nəzərdə tutan TRACECA (Transport Corridor 
Europe-Caucasus-Asia/Avropa-Qafqaz-Asiya Nəqliyyat Koridoru) Layihəsi, 7-8 
sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində Gülüstan Sarayında keçirilən zirvə 
görüşündə imzalanan əsrin ən geniş kommunikasiya və nəqliyat müqaviləsi ilə, qlobal 
iqtisadi münasibətlər zinciri- nə yeni bir halqa olaraq əlavə edilmişdir. İki qitəni və üç 
dəniz hövzəsini bir- birinə bağlayacaq olan ipək Yolunun Restavrasiyası layihəsinin 
əsaslan 1993- cü ildə beş Orta Asiya və üç Qafqaz ölkəsinin Nəqliyyat və Ticarət 
Nazirliyinin iştirakı ilə Brüsseldə keçirilən bir konfransda ortaya atılmış və Aİ-nın bu 
təşəbbüsə verdiyi iqtisadi və siyasi kömək sayəsində aydın bir çərçivə 
qazanmışdır^"^^. 
Bu layihə, nəzərdə tutulan nəqliyyat koridorları ilə dənizə çıxışı olmayan Qafqaz 
və Orta Asiya respublikalannm beynəlxalq bazarlarla inteqrasiyasını həyata keçirəcək 
mühüm bir mərhələni təşkil etməsi ilə və bu çərçivədə regiondakı iqtisadi böyüməyə 
nəzərə çarpacaq dərəcədə bir komək olmasıyla yanaşı, bu dövlətlərin siyasi və iqtisadi 
müstəqilliklərini daha da gücləndirəcək ciddi bir katalizator olması baxımından da 
böyük əhəmiyyət kəsb edir^"^"^. 
İpək Yolu, Asiyanı Avropaya bağlayan bir ticarət yolu olmasıyla yanaşı, 
2000-
ci ildən bəri regiondakı mədəniyyətlərin, dinlərin, irqlərin də izlərini nəql 
Mehmet Binay, “İpək Yolu Yeniden Canlamyor”, 
http://www.turkive.net/mbmav/news/aaalizl.htm

(07.04.2003). 
Qəni KönüUü, “İpək Yolu Strategiyası”, 
http://wvyw.geocities.com/ganigonullu/kafkasvaortaasva.html
. (07.04.2003); Rövşən İbrahimov, 
“Böyük İpək Yolu Proqramı ve Gözlənilən Nəticələri”, 
İpək Yolu II. Respublika Elmi-Praktiki Konf- 
ransınm Materialları,
Bakı 2001, ss.22-24; ‘İpək Yolu və Tüıkiyə” 
http://vyww.bvegm.gov.tr/vavinlarimiz/ANAJ30LUNUNSESl/147/ANDl 1 .htm
, (07.04.2003). 
‘İpək Yolu və Türkiyə”, 
http://www.bvegm.gov.tr/vavinlarimiz/ANADOLUNUNSESl/147/AND11 .htm
. (07.04.2003). 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə