Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə141/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   137   138   139   140   141   142   143   144   ...   310
4.1.2.
 
Gəncə-Qazax İqtisadi Regionu 
Azərbaycanı Gürcüstan və Qara dəniz ilə birləşdirən və ölkənin qərb hissəsində 
yerləşən Gəncə-Qazax iqtisadi regionuna aid xüsusiyyətlərin ümumi çərçivəsi isə 
aşağıdakı kimidir: 
Regionun sosyal infrastrukturu, ölkənin şimal-qərb hissəsinin sosyo-iqtisadi 
inkişafında və bu regionun sosyo-mədəni ehtiyaclarmm qarşılanmasmda əhəmiy 
133 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
yətli bir rola sahibdir. Regionda Elmi Araşdırma Mərkəzləri, kənd təsərrüfatı 
sahəsində mütəxəssis yetişdirən yüksək təhsil müəssisələri, xalq kitabxanalan, 
muzeylər, teatrlar, xəstəxanalar və digər sosyal infrastruktur müəssisələri mövcuddur. 
a.
 
Əhatə Etdiyi Regionlar 
Mühüm iqtisadi-coğrafi mövqeyə sahib olan bu region Ağstafa, Daşkəsən, 
Gədəbəy, Goranboy, Xanlar, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlany- la 
yanaşı Gəncə və Naftalan şəhərlərini də əhatə edir. 
b.
 
Sahəsi 
Sahəsi 1249 min km^ olan region, ölkə ərazisinin 14.4%-ni təşkil edir. 
C. Əhali və Əhali Sıxlığı 
1.103.300 nəfərdən ibarət olan regionda ölkə əhalisinin 13.6%-i yaşayır. Hər 
kvadrat kilometrə 88 nəfər düşür. Əhalinin daha çox mərkəz regionlarında cəmləşdiyi 
müşahidə olunur. Əhali sıxlığı 100-120 nəfərdir. Əhalinin 47%-i şəhərlərdə, 53%-i 
şəhər kənarlannda yaşayır. Fəal əhali isə, 633 min nəfərdir. 
d.
 
İqlimi 
Region topoqrafik xarakteri etibariylə 4 yerə ayrılır. Bu bölgüyə paralel olaraq 
regionda iqlim şərtləri də fərqlilik göstərir. 
e.
 
Təbii Sərvətləri 
Gəncə-Qazax iqtisadi regionu zəngin təbii ehtiyatlara sahib olan regionlardan 
biridir. Dəmir filizi, aluminium, mis, mişar daşı, mərmər, seolit, gips və sement 
xammaddəsi nəzərə çarpan təbii mədənlər arasındadır. Region ərazisindən keçən Kür 
isə, hidro-enerji ehtiyatları ilə zəngindir. 
Regionda təbii istirahət zonaları da mövcuddur. Əlverişli təbii şərtlər, təmiz hava 
və iqlim, meşə və dağ mənzərəsi və əhəmiyyətli tibbi mineral sular beynəlxalq 
səviyyədə istirahət zonaları və sanatoriyaların yaradılmasına imkan verir. Dəniz 
səviyyəsindən 1566 metr yüksəklikdə yerləşən Göygöl və Hacıkənd istirahət zonaları 
da regionun tərkibindədir. Naftalan istirahət və müalicəvi sanatoriyası isə, artıq 
beynəlxalq nüfuza sahibdir. 
f.
 
Sənaye Sahələri 
İqtisadi potensialı ilə Gəncə-Qazax, ölkədə ikinci əhəmiyyətli yeri tutan 
regiondur. Azərbaycanın ümumi sənaye istehsalına təxminən 12-13%-lik bir nisbətdə 
verdiyi faydayla, ölkənin ikinci sənaye regionu hesab edilir. Gəncə- Qazax iqtisadi 
regionunda əsas sənaye sahələri; elektrikli alətlər, rabitə aparatları istehsalı, kənd 
təsərrüfaü maşınları, metallurgiya, avtomobil, pambıq, iplik, tekstil, xalça, sement, 
seramik, şüşə, müxtəlif təchizat, ağır sənaye və qida sənayesidir. 
İnşaat sənayesində əsas müəssisələr, ev-inşaat tikmə şirkətləri, metal-beton, 
kərpic -seramika və mərmər fabrikləridir. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə