Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə143/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   139   140   141   142   143   144   145   146   ...   310
4.1.3.
 
Şəki-Zaqatala İqtisadi Regionu 
Ölkənin şimal-qərbində yerləşən Şəki-Zaqatala, Azərbaycanın ən zəngin iqtisadi 
regionlarından biridir. 
135 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
İnkişaf etmiş nəqlliyyat şəbəkəsinə sahib olan regiondakı mühüm yollar 
Yevlax-Balakən avtomobil və dəmir yoludur. 
İqtisadi regiondakı sosyal infrastruktur ümumi təhsil müəssisələri, mədəniyyət və 
səhiyyə mərkəzləri, muzey və teatrlardan ibarətdir. 
a.
 
Əhatə Etdiyi Regionlar 
İqtisadi region, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki inzibati 
rayonlarını əhatə edir. 
b.
 
Sahəsi 
Ümumi sahəsi 8.96 min km^ olan region ölkə ərazisinin 10.3%-ni təşkil edir. 
Regionun dağlarla və dağlıq ərazilərlə əhatə olunması səbəbiylə torpaq ehtiyatları 
məhduddur. Bu hal regionda təbii fərqliliklərə səbəb olur. 
C. 
Əhali və Əhali sıxlığı 
Regionun 513.900 min əhalisi var. Bu da ölkə əhalisinin 6.5%-ni təşkil edir. 
Region əhalisinin 632 min nəfəri fəal əhalidir. Regionun 1 kvadrat kilometrinə 59 
nəfər düşür. 27%-i şəhərlərdə, 73%-i şəhər kənarında yaşayan əhalinin böyük bir 
qismi dağlıq ərazilərdə yaşayır. 
d.
 
İqlimi 
Region iqlimi fərqlilik göstərməklə yanaşı daha çox mülayim iqlim tipinə 
sahibdir. 
e.
 
Təbii Sərvətləri 
İqtisadi region təbii ehtiyatlar baxımdan zəngindir. Regiondakı təbii ehtiyatlar 
arasında mis, kükürd, qurğuşun , sink, qum və digər inşaat məhsullan, içməli suyu 
misal göstərə bilərik. Ölkədə istehsal olunan kükürd mədənlərinin 90%-i, qurğuşunun 
97%-i, sinkin 99%-i, bu regionda hasil edilir. Mis isə, tama- miylə bu regiondan hasil 
edilir. Çınqıl, qum və digər inşaat materialları dağlarda və dağlıq ərazilərdə 
yerləşmişdir. 
Bundan əlavə regionda geniş meşəliklər var. Mühüm bir qismi Balakən və 
Zaqatala ərazisində olmaqla, regionun 27%-i meşələrlə örtülüdür. 
Təbii gözəlliklərinə görə region ölkənin əhəmiyyətli turistik istirahət 
zonalarından biridir. Şəki-Zaqatala iqtisadi regionunun Qəbələ, Balakən, Qax, Şəki və 
Zaqatala rayonlarında istirahət və turizm müəssisələri olsa da kifayət etmir. 
Region ərazisindən Gürcüstana qədər uzanan beynəyxalq yol keçir. 
Region eyni zamanda mühüm su ehtiyatlarına da sahibdir. 
f.
 
Sənaye Sahələri 
Sənaye sektorunun tək tərəfli və çox zəif olduğu regionda daha çox yüngül və 
qida sənayesinin inkişaf etdiyini müşahidə edirik. Bu sahələr regiondakı sənaye 
istehsalının 95%-ini təşkil edir. Ölkədə sənaye istehsalının sadəcə 3%- dən bir az artıq 
bir hissəsi regionun payına düşür. Region ərazisinin 27%-ini təşkil edən və əhalisinin 
30%-nin yaşadığı Şəki isə regiondakı sənaye istehsalının yarısına sahibdir. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə