Az
ərbaycan İqtisadiyyatı
d.
İqlimi
İqtisadi regionun iqlimi, quru subtropikal xarakterə sahibdir.
e.
Təbii Sərvətləri
Təbii ehtiyatlar etibarilə zəngin olan iqtisadi regionlardan biri də Abşerondur.
Regionun təbii ehtiyatlan arasında mişar daşı, sement xammaddəsi, kvars və inşaat
qumu var.
Abşeron yanmadasmda zəngin vanna müalicəsi qaynaqları, isti sular vardır. Yay
aylannda vanna müalicəsi imkanları. Xəzər sahili boyunca çimərlik turizminə imkan
verir. Lakin, buna baxmayaraq öz ərazisində içməli suyu olmayan yeganə regiondur.
Region içməli su ehtiyacını su boru xətləri vasitəsiylə digər regionlardan, Samur və
Kür çaylanndan qarşılayır.
f.
Sənaye Sahələri
Bu regionda sənaye sektoru neft, təbii qaz, elektrik, üzvi və qeyri-üzvi kimyəvi
məhsullar, dərman, metalurgiya, enerji, dəmir-polad, digər metal müəssisələri, neft
yan sənayesi, tekstil, yüngül və qida sənayesində cəmləşmişdir.
Nəqliyyat və xidmətlər sektoru, regionun sənayesi üçün mühüm xidmətlər verir.
İqtisadi region güclü yanacaq eneıji qaynağına sahibdir. Ölkədə istehsal olunan
neft, təbii qaz və elektrikin böyük bir hissəsi bu regionun payına düşür. Sənayenin
mərkəzində kimya və neft-kimya sənayesi qərarlaşıb. Eyni zamanda dəmir və dəmir
olmayan metallar da sənayedə əhəmiyyətli yerə sahibdir. Poli- mer materialları, şüşə
və s. kimi məhsullar da regionda istehsal olunan sənaye məhsullarıdır.
g.
Kənd Təsərrüfatı və Heyvandarlıq Sahələri
Kənd təsərrüfatı və heyvandarlıq sahəsində quru subtropik meyvələrin
yetişdirilməsi, tərəvəzçilik, gülçülük, üzümçülük, südçülük, toyuqçuluq və iri və xırda
buynuzlu heyvandarlıq diqqət çəkir.
Kənd təsərrüfatına əlverişli iqlim şəraiti regionda zeytun, zəfəran, fısüq kimi
məhsulları da istehsal etməyə imkan verir.
h.
İnkişaf Edən Sahələr
İnşaat, rabitə və başqa xidmət sahələri regionda inkişaf edən sahələrin başında
gəlir.
Dostları ilə paylaş: