Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə142/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   138   139   140   141   142   143   144   145   ...   310
134 


Az
ərbaycan İqtisadiyyatı 
g.
 
Kənd Təsərrüfatı və Heyvandarlıq Sahələri 
Şəkər, kartof, buğda, üzüm, şərab, karamel, konserva, ət və süd məhsulları, iri və 
xırda buynuz heyvandarlıq regiondakı əhəmiyyətli kənd təsərrüfatı və heyvandarlıq 
sahələridir. 
Ölkənin kənd təsərrüfatı məhsullarının 13-14%-ini istehsal edən regionda, əsas 
kənd təsərrüfatı məhsulları kartof, üzüm və buğdadır. Ölkənin kartof istehsalının 
təqribən 80%-i, üzümün 28%-i bu regionun payına düşür. Pambıq isə, sadəcə 
Goranboy inzibati rayonunda istehsal edilir. Tərəvəzçilik və meyvəçilik də regionda 
inkişaf etmişdir. Ölkədəki heyvandarlıq məhsullarının 15%- i də bu regiondan əldə 
edilir. 
h.
 
İnkişaf edən sektorlar 
Regionda inkişaf edən sektorların başında turizm sektoru gəlir. 
Ölkə daxilindəki dəmir yolunun 6.2%-i, avtomobil yollarının 6.1%-i bu iqtisadi 
regionun payına düşür. İqtisadi regionun ərazisindən keçən başda avtomobil yolu 
olmaqla, dəmir yolu, boru xətti və hava yolu ölkə daxili və beynəlxalq iqtisadi 
əlaqələrin inkişafına mühüm təsir göstərir. Gəncə, Qazax və Ağstafa əsas nəqliyyat 
şəbəkələridir. 
Avropa-Qafqaz-Asiya koridorunun bu regionundan keçməsi regionun 
ərazisindən keçən yolların müasir və beynəlxalq standartlara görə inşasını tələb edir. 
Regionların sosyo-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində region 
daxilində və digər regionlarla əlaqəli müxtəlif yolların və körpülərin inşa və bərpası 
fəaliyyətləri davam edir. 
Tarixi “İpək Yolu’nun bu ərazidən keçməsi regionda dəmir yoluna olan tələbi də 
artırmışdır. Eyni zamanda Dövlət Proqramında Kür çayı üzərində ikinci dəmir yolu 
körpüsünün inşası da nəzərdə tutulmuşdur. 
Regiondan keçən Bakı-Tiflis-Ceyhan boru xətti Gəncə, Xanlar, Şəmkir, Tovuz, 
Ağstafa, Qazax rayonlannm sosyo-iqtisadi inkişafında mühüm dəyişikliklərə səbəb 
olmuşdur. İqtisadi regionun ərazisində dövlət tərəfindən xüsusi olaraq mühafizə edilən 
ərazilər Korçay, Qarayazı-Ağstafa Dövlət Qoruğu və Qarayazı Dövlət Qoruğudur. 
İqtisadi region daxilində əsasən ölkə daxili və Müstəqil Dövlətlər Birliyi ilə hava 
əlaqələrini Gəncə hava limanı təmsil edir. Eyni zamanda Ağstafa və Naftalan hava 
limanları da fəaliyyət göstərir. 
Xülasə, Gəncə-Qazax iqtisadi regionunun sosyo-iqtisadi inkişafında nəqliyyat 
sektoru əhəmiyyət kəsb edən sektorlardan biridir. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə