Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə144/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   140   141   142   143   144   145   146   147   ...   310
136 


Az
ərbaycan İqtisadiyyatı 
Yüngül sənaye isə, ipək istehsalından təşkil olunmuşdur. Region mərkəzlərində 
müxtəlif sayda tekstil sənayesi müəssisələri fəaliyyət göstərir. 
g.
 
Kənd Təsərüfatı və Heyvandarlıq 
Regionun iqtisadiyyatım kənd təsərüfatı və heyvandarlıq təşkil edir. Kənd 
təsərüfaü və heyvandarlıqda tütünçülük, ipəkçilik, meyvəçilik, taxıl məhsulları, 
üzümçülük, ət və süd, pambıq və iri və xırda buynuzlu heyvandarlıq qabaqcıl 
sahələrdir. Bu çərçivədə iqtisadi region kənd təsərrüfatına əsaslanan sənayenin inkişaf 
etdirilməsi, ipək qurdu, fındıq əzmə, tütün, şərab, su doldurma müəssisələri və ağac və 
meşə materialları üçün əlverişlidir. 
Ölkədə istehsal edilən tütünün 75%-i, buğdanın 17%-i, tutun 35%-i, yaşıl çayın 
2%-dən çoxu bu regionun payına düşür. Ferma heyvandarlıq məhsullann istehsalında 
isə, ölkə istehsalının 10%-dən çoxu Şəki-Zaqatala iqtisadi regionunda istehsal olunur. 
h.
 
İnkişaf Edən Sektorlar 
Şəki-Zaqatala regionunda inkişaf edən sahələr olaraq ipəkçilik və turizm sektoru 
diqqəti çəkir. 
İqtisadi regionun tərkibində olan Qax inzibati rayonu Azərbaycanın şimal- 
qərbində yerləşir. Coğrafi baxımdan çox əlverişli şəraitə malikdir. Azərbaycanın 
turizm regionlanndan biridir. Ancaq, Qax iqtisadi baxımdan digər rayonlardan 
nisbətən daha zəif inkişaf etmişdir. İnkişaf proqramının tətbiq edilməyə başlanması ilə 
regiondan Bakıya köç dayanmış və mövcud olan zavod və fabriklər yenidən fəaliyyətə 
başlamışdır. 
4.1.4.
 
Dağlıq Şirvan İqtisadi Regionu 
Azərbaycanın mərkəzində yerləşən və qədim məskunlaşma yerlərindən olan 
Dağlıq Şirvan iqtisadi regionu, bütün istehsal növlərinin istifadə edildiyi geniş bir 
nəqliyyat qovşağına sahibdir. 
Regionda sosyo-iqtisadi infrastruktur olaraq yüksək və orta təhsil ocaqlan, 
mədəniyyət və səhiyyə mərkəzləri, teatr və muzeylər var. 
Dağlıq Şirvan iqtisadi regionu haqqında aşağıdakı ümumi məlumatlar verilə 
bilər. 
a.
 
Əhatə Etdiyi Regionlar 
Dağlıq Şirvan iqtisadi regionu Ağsu, İsmayıllı, Qobustan və Şamaxı inzibati 
rayonlarını əhatə edir. 
b.
 
Sahəsi 
Ümumi sahəsi 6.06 min km^olan region ölkə ərazisinin 7%-ni tutur. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə