Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə147/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   143   144   145   146   147   148   149   150   ...   310
4.1.6.
 
Naxçıvan İqtisadi Regionu 
İşğalçı siyasətin nəticəsi olaraq Ermənistan tərəfindən blokadaya alınmış olan bu 
iqtisadi region Türkiyə, İran və Ermənistan ilə əhatə olunmuşdur. Bu səbəblə 
iqtisadi-coğrafi mövqeyi etibarı ilə əlverişsiz vəziyyətdə olan region ilə Azərbaycanın 
digər regionları arasındakı əlaqə yalnız hava yolu ilə təşkil olunur. Dəmir yolu 
nəqliyyatı tamamı ilə əlverişsiz haldadır. Avtomobil nəqliyyatı isə yalnız İran 
ərazisindən mümkündür. 
Qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan iqtisadi regionu geniş 
sosial-mədəni infrastruktura sahibdir. Ali, texniki və orta təhsil müəsisələri, 
139 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
mədəniyyət və səhiyyə mərkəzləri, muzeylər və tarixi abidələr regiondakı sos- yal 
bazanı əmələ gətirir. 
a.
 
Əhatə Etdiyi Regionlar 
Naxçıvan İqtisadi regionunu Naxçıvan Muxtar Respublikası əmələ gətirir. 
Region, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur inzibati rayonlarını və 
Naxçıvan şəhərini əhatə edir. 
Sədərək, Naxçıvan Muxtar Respublikasının demoqrafik vəziyyətinə və əhalisinin 
sayma görə ən kiçik rayonu olmaqla birlikdə coğrafi baxımdan xüsusi əhəmiyyətə 
sahibdir. Türkiyə respublikasının Azərbaycanla 11 kilometrlik sər- həddi bu ərazidə 
Araz çayı boyunca yerləşir. 
1990-
cı illərdə Sədərək müharibə cəbhəsini xatırladırdı. Erməni 
hücumlarının ardı-arası kəsilmirdi. Heydər Əliyevin təşəbbüsü ilə “Ümid Körpüsü” 
olaraq adlandırılan Sədərək-Dilucu körpüsünün inşası, Azərbaycanın aynimaz parçası 
olan Naxçıvan Muxtar Respublikası ilə Türkiyə respublikasının yaxın regionları 
arasında münasibətlər qurulmuş və güclənmiş olması Sədərəyə də sabitlik gətirmişdir. 
b.
 
Ərazisi 
Ərazisi 5.5 min km^ olan Naxçıvan Muxtar Respublikası ölkə ərazisinin 6.3%-ini 
əhatə edir. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə