Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov
İnşaat sektorundakı inkişaf sürəti, ilk mərhələdə yeni istehsal sahələrinin də
qurulmasına səbəb olmuşdur. 2004-cü ildə minlərlə iş yerinin açılmasında yeni tikilən
müəssisələr əsas rol oynamışdır. İnkişafa paralel olaraq sektorda məşğulluq həcmi də
hər keçən gün artaraq 200 min həddinə çatir.
Azərsənayetikinti, Azərsutikinti, Azərenerjitikinti kimi ixtisaslaşmış firmalar və
SOCAR (The State Oil Company of the Azerbaijan Republic), Xəzər Dənizçilik
İdarəsi, Azərbaycan Dövlət Dəmir yolu kimi idarələrin tikinti fir- malan ən böyük
tikinti şirkətlərindəndir.
Türkiyə şirkətlərinin sektorda böyük nisbətdə hakim olduqlan görülür.
Azərbaycanda fəaliyyət göstərən Türk firmaları daxilində, təqribən 20.1% ilə tikinti
firmalan çox mühüm bir paya sahibdir. Azərbaycan gündəmini məşğul edən neft boru
kəmərləri, mənzil təmiri və mənzil tikintisi, müharibədən zərər görən və Azərbaycanın
bir sıra sərhəd zonalannm yenidən tikintisi, infrastrukturun yenilənməsi, sənaye
müəssisələrinin restavrasiyası və tikintisi, istirahət- əyləncə məkanlarının və otellərin
tikintisi kimi layihələr Türk firmalarının bazara daxil olmalarına imkan vermişdir.
Yaşayış mənzilləri və iş mərkəzi tikintisi ilə məşğul olan Türk firmalan,
Azərbaycan bazarında olduqca aktiv fəaliyyət göstərir.
Bununla birlikdə tikinti sektorunda Türk tikinti firmalan ABŞ və Avropanın
güclü inşaat firmaları ilə rəqabət edirlər.
Hər keçən gün köhnə binalar dağıdılaraq, yerinə yeni binalann inşa edilməsi ilə
Bakı müasirləşəcəkdir. Ancaq, müasir tikinti konstruksiyalan və tikinti materiallan,
eyni zamanda geoloji və geodeziya tədqiqatların nəticəsində Bakıda 15 mərtəbədən
yüksək bina tikintisinə icazə verilmir. Eyni zamanda yeni tikilən çox mərtəbəli
binaların plansız və Bakının anfıteatr görüntüsünə zidd tikilməsi həyəcan siqnalı çalır.
Həmçinin bu tikililərin bir qisminin dayanacaq və həyətyanı sahələri baxımından bir
sıra problemləri mövcuddur. Bu narahatlıqlar da diqqətə alınaraq 2004-cü ildən,
paytaxtın mərkəzində və şəhər ətrafında 12 mərtəbədən yuxarı bina tikintisi qadağan
edilmişdir.
Boru xəttlərinin tikintisi, müasir sənaye obyektlərinin qurulması, yenidən qurma
və restavrasiya layihələri və xüsusilə, turizm-əyləncə sektoru üçün otel, restoran və
müxtəlif bənzəri obyektlərin tikintisi, Azərbaycan tikinti sektorunda əhəmiyyətli
investisiya fürsətləridir.
Yeni tikinti layihələri, keyfiyyətli tikinti mallarına tələbi də artırır. Daxili istehsal
isə həm keyfiyyət həm miqdar baxımından ehtiyacı qarşılayacaq hə- cimdə deyildir.
İnşaat sənayesinə aid materialların və xammalların bol və ucuz olması və təklifin
ehtiyacları və tələbləri qarşılaya bilməməsi səbəbi ilə tikinti sektoru bu cəhətdən də
xarici sərmayədarlar üçün diqqət cəlb edən bir sektor olaraq öz mövqeyini
möhkəmləndirir.
Dostları ilə paylaş: