Az
ərbaycan İqtisadiyyatı
vasitəsi ilə İran Körfəzi və Şərqi Asiyadan Avropaya yük daşınmasını qarşıya hədəf
olaraq qoymuşdur^"**.
Layihənin reallaşması ilə Azərbaycan şimaldan Şərqə daşınacaq yüklərin tranzit
mərkəzinə çevriləcəkdir. Beynəlxalq nəqliyyat koridoru tam olaraq fəaliyyətə
başladığı zaman Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqazın, İran körfəzi
və Hindistana çıxışına. Xəzərin sahilyanı ölkələrinin Qara dəniz limanları ilə ticarət
əlaqələrinin artmasına imkan verəcəkdir.
Eyni koridor Azərbaycanın tranzit yük daşımalarından əldə ettiyi gəlirlərin
artmasına da imkan verəcəkdir.
3.3.6. İnşaat
1990-2007-ci illərdə Azərbaycanın iqtisadi və sosial inkişafı ilə tikinti
sektorundakı inkişaf arasında sıx bir münasibət var. Bu illərdə ölkədə bir çox yeni
böyük bina və komplekslər tikilmişdir.
Bundan əlavə, fəaliyyətdə olan bəzi binalar isə genişləndirilmiş və restov- rasiya
edilmişdir.
37-ci cədvəldən də görüldüyü kimi inşaat sektorunun ÜDM-dəki payı 1991- ci
ildə 8.1% ikən, 1999-cu ildə 10.9% olmuşdur. Bu pay 2000-2001-ci illərdə çox
dəyişməsə də, 2002-ci ildə yenidən artaraq 2004-cü ildə 13%-ə çatmışdır.
BVF tərəfindən aparılan qiymətləndirməyə görə sektorun iqtisadiyyata təsiri
rəsmi statistikada görüldüyündən daha artıqdır. İnşaat fəaliyyətlərinin çox mühüm bir
hissəsi qeydiyyatdan kənardır. Neft sektoruna xarici investisiya axımının başlandığı
1995-ci ildən etibarən tikinti fəaliyyətləri əhəmiyyətli dərəcədə artım göstərmişdir.
İnvestisyaların tikinti sektoruna istiqamətləndirilən hissəsi isə 1990-2004- cü
illər arasında dalğalanma göstərmiş, 1990-cı il istisna olmaqla, ümumi
investisiyalardan tikinti sektoruna düşən pay 1%-dən az olmuşdur. İnvestisyalann hər
il daha böyük bir hissəsi istehsal məqsədli sahələrə istiqamətləndirilir.
2002-
ci ildə tikinti sektoruna yönləndirilən investisyalann həcmi əvvəlki ilə
görə 82.2% artım göstərərək 10.3 trilyon manat olmuşdur. Bu miqdarın 7.8 trilyon
manatı (1.6 milyard dollar) yəni investisiya miqdarının 75.5%-i xarici investisyalann
payına düşür^'*^.
2004-cü ildə isə tikinti sektoruna istiqamətləndirilən investisyalann həcmi
2003-
cü illə müqayisədə 39.8% inkişaf edərək 24.2 trilyon manat olmuşdur. İnşaat
sektoruna istiqamətləndirilən investisyalann 73.7%-i xarici sərmayənin payına düşür.
Bu faiz, Azərbaycanda tikinti sektorunun inkişafında xarici iş adamlarının təsirini
daha da artırır.
‘North-South Layihəct Talks Due in Baku’, ^zemem
http://www.azemews.net/view.php?d=5811
.
(19.03.2005).
“2002-ci İlin Yekunları Üzrə Pul-Kredit Siyasətinin Yerinə Yetirilməsi Vəziyyəti Haqqmda”,
http://www.nba.az/az/analitic/2002vekunu.shtmi
. (01.04.2003).
Dostları ilə paylaş: