Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə136/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   132   133   134   135   136   137   138   139   ...   310
3.3.5.8.
 
Şimal-Canub nəqliyyat koridoru 
İran, Rusiya və Azərbaycan arasında 2005-ci ilin əvvəllərində Bakıda 
“Şimal-Cənub” nəqliyyat koridoru layihəsi imzalanmışdır. 
"Şimal-Cənub" nəqliyyat koridoru layihəsi çərçivəsində Rusiya, Azərbaycan və 
İran arasında Qəzvin-Rəşt dəmir yolu xəttinin layihələndirilməsi, tikintisi və istifadəsi, 
eyni zamanda Astara (Azərbaycan)-Astara (İran) dəmir yolunun layihələşdirilməsi ilə 
əlaqədar müştərək şirkətin qurulması haqqında memorandum imzalanmışdır. Protokol 
dəmir yolu layihəsinin tikintisi məqsədi ilə bir anonim şirkətin (joint stock company) 
qurulmasını və layihəyə investorları cəlb etməyi qarşısına məqsəd qoymuşdur. 
Şimal-Cənub nəqliyyat koridorunda Azərbaycan hissəsinin uzunluğu 505 km-dir. 
Layihə Xəzər dənizi limanlan, Rusiyanın su kanallan və dəmir yolları 
525-ci Qəzet,
02.04.2003. 
126
 


Az
ərbaycan İqtisadiyyatı 
vasitəsi ilə İran Körfəzi və Şərqi Asiyadan Avropaya yük daşınmasını qarşıya hədəf 
olaraq qoymuşdur^"**. 
Layihənin reallaşması ilə Azərbaycan şimaldan Şərqə daşınacaq yüklərin tranzit 
mərkəzinə çevriləcəkdir. Beynəlxalq nəqliyyat koridoru tam olaraq fəaliyyətə 
başladığı zaman Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqazın, İran körfəzi 
və Hindistana çıxışına. Xəzərin sahilyanı ölkələrinin Qara dəniz limanları ilə ticarət 
əlaqələrinin artmasına imkan verəcəkdir. 
Eyni koridor Azərbaycanın tranzit yük daşımalarından əldə ettiyi gəlirlərin 
artmasına da imkan verəcəkdir. 
3.3.6. İnşaat 
1990-2007-ci illərdə Azərbaycanın iqtisadi və sosial inkişafı ilə tikinti 
sektorundakı inkişaf arasında sıx bir münasibət var. Bu illərdə ölkədə bir çox yeni 
böyük bina və komplekslər tikilmişdir. 
Bundan əlavə, fəaliyyətdə olan bəzi binalar isə genişləndirilmiş və restov- rasiya 
edilmişdir. 
37-ci cədvəldən də görüldüyü kimi inşaat sektorunun ÜDM-dəki payı 1991- ci 
ildə 8.1% ikən, 1999-cu ildə 10.9% olmuşdur. Bu pay 2000-2001-ci illərdə çox 
dəyişməsə də, 2002-ci ildə yenidən artaraq 2004-cü ildə 13%-ə çatmışdır. 
BVF tərəfindən aparılan qiymətləndirməyə görə sektorun iqtisadiyyata təsiri 
rəsmi statistikada görüldüyündən daha artıqdır. İnşaat fəaliyyətlərinin çox mühüm bir 
hissəsi qeydiyyatdan kənardır. Neft sektoruna xarici investisiya axımının başlandığı 
1995-ci ildən etibarən tikinti fəaliyyətləri əhəmiyyətli dərəcədə artım göstərmişdir. 
İnvestisyaların tikinti sektoruna istiqamətləndirilən hissəsi isə 1990-2004- cü 
illər arasında dalğalanma göstərmiş, 1990-cı il istisna olmaqla, ümumi 
investisiyalardan tikinti sektoruna düşən pay 1%-dən az olmuşdur. İnvestisyalann hər 
il daha böyük bir hissəsi istehsal məqsədli sahələrə istiqamətləndirilir. 
2002-
ci ildə tikinti sektoruna yönləndirilən investisyalann həcmi əvvəlki ilə 
görə 82.2% artım göstərərək 10.3 trilyon manat olmuşdur. Bu miqdarın 7.8 trilyon 
manatı (1.6 milyard dollar) yəni investisiya miqdarının 75.5%-i xarici investisyalann 
payına düşür^'*^. 
2004-cü ildə isə tikinti sektoruna istiqamətləndirilən investisyalann həcmi 
2003-
cü illə müqayisədə 39.8% inkişaf edərək 24.2 trilyon manat olmuşdur. İnşaat 
sektoruna istiqamətləndirilən investisyalann 73.7%-i xarici sərmayənin payına düşür. 
Bu faiz, Azərbaycanda tikinti sektorunun inkişafında xarici iş adamlarının təsirini 
daha da artırır. 
‘North-South Layihəct Talks Due in Baku’, ^zemem
http://www.azemews.net/view.php?d=5811

(19.03.2005). 
“2002-ci İlin Yekunları Üzrə Pul-Kredit Siyasətinin Yerinə Yetirilməsi Vəziyyəti Haqqmda”, 
http://www.nba.az/az/analitic/2002vekunu.shtmi
. (01.04.2003). 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə