Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə137/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   133   134   135   136   137   138   139   140   ...   310
127 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
İnşaat sektorundakı inkişaf sürəti, ilk mərhələdə yeni istehsal sahələrinin də 
qurulmasına səbəb olmuşdur. 2004-cü ildə minlərlə iş yerinin açılmasında yeni tikilən 
müəssisələr əsas rol oynamışdır. İnkişafa paralel olaraq sektorda məşğulluq həcmi də 
hər keçən gün artaraq 200 min həddinə çatir. 
Azərsənayetikinti, Azərsutikinti, Azərenerjitikinti kimi ixtisaslaşmış firmalar və 
SOCAR (The State Oil Company of the Azerbaijan Republic), Xəzər Dənizçilik 
İdarəsi, Azərbaycan Dövlət Dəmir yolu kimi idarələrin tikinti fir- malan ən böyük 
tikinti şirkətlərindəndir. 
Türkiyə şirkətlərinin sektorda böyük nisbətdə hakim olduqlan görülür. 
Azərbaycanda fəaliyyət göstərən Türk firmaları daxilində, təqribən 20.1% ilə tikinti 
firmalan çox mühüm bir paya sahibdir. Azərbaycan gündəmini məşğul edən neft boru 
kəmərləri, mənzil təmiri və mənzil tikintisi, müharibədən zərər görən və Azərbaycanın 
bir sıra sərhəd zonalannm yenidən tikintisi, infrastrukturun yenilənməsi, sənaye 
müəssisələrinin restavrasiyası və tikintisi, istirahət- əyləncə məkanlarının və otellərin 
tikintisi kimi layihələr Türk firmalarının bazara daxil olmalarına imkan vermişdir. 
Yaşayış mənzilləri və iş mərkəzi tikintisi ilə məşğul olan Türk firmalan, 
Azərbaycan bazarında olduqca aktiv fəaliyyət göstərir. 
Bununla birlikdə tikinti sektorunda Türk tikinti firmalan ABŞ və Avropanın 
güclü inşaat firmaları ilə rəqabət edirlər. 
Hər keçən gün köhnə binalar dağıdılaraq, yerinə yeni binalann inşa edilməsi ilə 
Bakı müasirləşəcəkdir. Ancaq, müasir tikinti konstruksiyalan və tikinti materiallan, 
eyni zamanda geoloji və geodeziya tədqiqatların nəticəsində Bakıda 15 mərtəbədən 
yüksək bina tikintisinə icazə verilmir. Eyni zamanda yeni tikilən çox mərtəbəli 
binaların plansız və Bakının anfıteatr görüntüsünə zidd tikilməsi həyəcan siqnalı çalır. 
Həmçinin bu tikililərin bir qisminin dayanacaq və həyətyanı sahələri baxımından bir 
sıra problemləri mövcuddur. Bu narahatlıqlar da diqqətə alınaraq 2004-cü ildən, 
paytaxtın mərkəzində və şəhər ətrafında 12 mərtəbədən yuxarı bina tikintisi qadağan 
edilmişdir. 
Boru xəttlərinin tikintisi, müasir sənaye obyektlərinin qurulması, yenidən qurma 
və restavrasiya layihələri və xüsusilə, turizm-əyləncə sektoru üçün otel, restoran və 
müxtəlif bənzəri obyektlərin tikintisi, Azərbaycan tikinti sektorunda əhəmiyyətli 
investisiya fürsətləridir. 
Yeni tikinti layihələri, keyfiyyətli tikinti mallarına tələbi də artırır. Daxili istehsal 
isə həm keyfiyyət həm miqdar baxımından ehtiyacı qarşılayacaq hə- cimdə deyildir. 
İnşaat sənayesinə aid materialların və xammalların bol və ucuz olması və təklifin 
ehtiyacları və tələbləri qarşılaya bilməməsi səbəbi ilə tikinti sektoru bu cəhətdən də 
xarici sərmayədarlar üçün diqqət cəlb edən bir sektor olaraq öz mövqeyini 
möhkəmləndirir. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə