Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə140/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   136   137   138   139   140   141   142   143   ...   310
132 


Az
ərbaycan İqtisadiyyatı 
d.
 
İqlimi 
İqtisadi regionun iqlimi, quru subtropikal xarakterə sahibdir. 
e.
 
Təbii Sərvətləri 
Təbii ehtiyatlar etibarilə zəngin olan iqtisadi regionlardan biri də Abşerondur. 
Regionun təbii ehtiyatlan arasında mişar daşı, sement xammaddəsi, kvars və inşaat 
qumu var. 
Abşeron yanmadasmda zəngin vanna müalicəsi qaynaqları, isti sular vardır. Yay 
aylannda vanna müalicəsi imkanları. Xəzər sahili boyunca çimərlik turizminə imkan 
verir. Lakin, buna baxmayaraq öz ərazisində içməli suyu olmayan yeganə regiondur. 
Region içməli su ehtiyacını su boru xətləri vasitəsiylə digər regionlardan, Samur və 
Kür çaylanndan qarşılayır. 
f.
 
Sənaye Sahələri 
Bu regionda sənaye sektoru neft, təbii qaz, elektrik, üzvi və qeyri-üzvi kimyəvi 
məhsullar, dərman, metalurgiya, enerji, dəmir-polad, digər metal müəssisələri, neft 
yan sənayesi, tekstil, yüngül və qida sənayesində cəmləşmişdir. 
Nəqliyyat və xidmətlər sektoru, regionun sənayesi üçün mühüm xidmətlər verir. 
İqtisadi region güclü yanacaq eneıji qaynağına sahibdir. Ölkədə istehsal olunan 
neft, təbii qaz və elektrikin böyük bir hissəsi bu regionun payına düşür. Sənayenin 
mərkəzində kimya və neft-kimya sənayesi qərarlaşıb. Eyni zamanda dəmir və dəmir 
olmayan metallar da sənayedə əhəmiyyətli yerə sahibdir. Poli- mer materialları, şüşə 
və s. kimi məhsullar da regionda istehsal olunan sənaye məhsullarıdır. 
g.
 
Kənd Təsərrüfatı və Heyvandarlıq Sahələri 
Kənd təsərrüfatı və heyvandarlıq sahəsində quru subtropik meyvələrin 
yetişdirilməsi, tərəvəzçilik, gülçülük, üzümçülük, südçülük, toyuqçuluq və iri və xırda 
buynuzlu heyvandarlıq diqqət çəkir. 
Kənd təsərrüfatına əlverişli iqlim şəraiti regionda zeytun, zəfəran, fısüq kimi 
məhsulları da istehsal etməyə imkan verir. 
h.
 
İnkişaf Edən Sahələr 
İnşaat, rabitə və başqa xidmət sahələri regionda inkişaf edən sahələrin başında 
gəlir. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə