Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov
İnkişaf etmiş nəqlliyyat şəbəkəsinə sahib olan regiondakı mühüm yollar
Yevlax-Balakən avtomobil və dəmir yoludur.
İqtisadi regiondakı sosyal infrastruktur ümumi təhsil müəssisələri, mədəniyyət və
səhiyyə mərkəzləri, muzey və teatrlardan ibarətdir.
a.
Əhatə Etdiyi Regionlar
İqtisadi region, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki inzibati
rayonlarını əhatə edir.
b.
Sahəsi
Ümumi sahəsi 8.96 min km^ olan region ölkə ərazisinin 10.3%-ni təşkil edir.
Regionun dağlarla və dağlıq ərazilərlə əhatə olunması səbəbiylə torpaq ehtiyatları
məhduddur. Bu hal regionda təbii fərqliliklərə səbəb olur.
C.
Əhali və Əhali sıxlığı
Regionun 513.900 min əhalisi var. Bu da ölkə əhalisinin 6.5%-ni təşkil edir.
Region əhalisinin 632 min nəfəri fəal əhalidir. Regionun 1 kvadrat kilometrinə 59
nəfər düşür. 27%-i şəhərlərdə, 73%-i şəhər kənarında yaşayan əhalinin böyük bir
qismi dağlıq ərazilərdə yaşayır.
d.
İqlimi
Region iqlimi fərqlilik göstərməklə yanaşı daha çox mülayim iqlim tipinə
sahibdir.
e.
Təbii Sərvətləri
İqtisadi region təbii ehtiyatlar baxımdan zəngindir. Regiondakı təbii ehtiyatlar
arasında mis, kükürd, qurğuşun , sink, qum və digər inşaat məhsullan, içməli suyu
misal göstərə bilərik. Ölkədə istehsal olunan kükürd mədənlərinin 90%-i, qurğuşunun
97%-i, sinkin 99%-i, bu regionda hasil edilir. Mis isə, tama- miylə bu regiondan hasil
edilir. Çınqıl, qum və digər inşaat materialları dağlarda və dağlıq ərazilərdə
yerləşmişdir.
Bundan əlavə regionda geniş meşəliklər var. Mühüm bir qismi Balakən və
Zaqatala ərazisində olmaqla, regionun 27%-i meşələrlə örtülüdür.
Təbii gözəlliklərinə görə region ölkənin əhəmiyyətli turistik istirahət
zonalarından biridir. Şəki-Zaqatala iqtisadi regionunun Qəbələ, Balakən, Qax, Şəki və
Zaqatala rayonlarında istirahət və turizm müəssisələri olsa da kifayət etmir.
Region ərazisindən Gürcüstana qədər uzanan beynəyxalq yol keçir.
Region eyni zamanda mühüm su ehtiyatlarına da sahibdir.
f.
Sənaye Sahələri
Sənaye sektorunun tək tərəfli və çox zəif olduğu regionda daha çox yüngül və
qida sənayesinin inkişaf etdiyini müşahidə edirik. Bu sahələr regiondakı sənaye
istehsalının 95%-ini təşkil edir. Ölkədə sənaye istehsalının sadəcə 3%- dən bir az artıq
bir hissəsi regionun payına düşür. Region ərazisinin 27%-ini təşkil edən və əhalisinin
30%-nin yaşadığı Şəki isə regiondakı sənaye istehsalının yarısına sahibdir.
Dostları ilə paylaş: