Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov
dir. 1 kvadrat kilometrə 43 nəfər düşür.
d.
İqlimi
Dağlıq və ovalıq olmaqla topoqrafiq baxımından ikiyə aynlan regionda bu
səbəblə iqlimin də müxtəliflilik təşkil etdiyi görülür. Topoqrafiq xüsusiyyətinə görə
nəmli, ilıq-soyuq ya da isti və quru iqlim şərtləri regionda hakimdir.
e.
Təbii Sərvətləri
Təbii ehtiyatlar baxımından region zəngin deyildir Regionda daş, qum, əhəng,
çınqıl və digər inşaat materialları ehtiyatları var. Dağlıq ərazilər müalicəvi mineral
su-larla zəngindir. Kükürd və hidrokarbonat ilə zəngin olan bulaqlar içməli su və
müalicə məqsədi ilə istifadə edilir.
/
Sənaye Sahələri
Regionda sənaye sektorunun zəif olması diqqət çəkir. Əsas sənaye sahələri
regional kənd təsərrüfatı məhsullarının istehsal olunduğu qida və yüngül sənayedir.
Yüngül sənaye sahələri meyvə suyu, tekstil və xalçaçılıqdır. Qida sənayesində isə,
region üzümlərinin şərab olaraq istehsalı əsas sahədir Bundan əlavə regionda meşə və
ağac emalı müəssisələri, inşaat materiallan, kənd təsərrüfatı texnikaları təmiri
zavodları da var.
Şirvan regionu tarixi əl işləri və tekstil mərkəzidir. Lahıc mis istehsalı ilə, Şamaxı
ipək şalı istehsalı ilə məşhurdur.
g.
Əkinçilik və Heyvandarlıq
Əsas əkinçilik və heyvandarlıq sahələri taxılçılıq, üzümçülük, şərabçılıq, iri və
xırda buynuzlu heyvandarlıqdır. Taxıl istehsalında buğda əsas üstünlüyə sahibdir.
Digər taxıl məhsulları regional istehlakı ancaq qarşılayır.
h.
Qabaqcıl Sektorlar
Regionda inkişaf edən sektorlar arasında ipəkçilik və turizm sektoru qabaqda
gedən sahələrdəndir.
Dostları ilə paylaş: