Microsoft Word Az ekonomi After Corrections doc


C-  Bundan əlavə ölkənin bir çox  regionu turizm baxımından kəşf edilməmiş



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə139/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   135   136   137   138   139   140   141   142   ...   310
C- 
Bundan əlavə ölkənin bir çox 
regionu turizm baxımından kəşf edilməmiş 
zəngin gözəlliklərə sahib olduğundan, turizm 
sektorunun 
daha 
geniş bir 
potensiyahnın var olduğunu, 
d- Qida sənayesinin inkişaf etməsinin də regionların sosyo-iqtisadi dirçəlməsində 
mühüm rol oynayacağını ifadə etmək lazımdır. 
4.1.
 
İQTİSADİ REGİONLAR 
Ölkə iqtisadi baxımdan Abşeron, Gəncə-Qazax, Naxçıvan, Şəki-Zaqatala, 
Lənkəran, Quba-Xaçmaz, Aran, Yuxarı Qarabağ, Kəlbəcər-Laçm və Dağlıq Şirvan 
olmaqla on regiondan ibarətdir. 
4.1.1.
 
Abşeron İqtisadi Regionu 
Region hal-hazırda ölkə iqtisadiyyatının təmsilçisi rolunu oynayır. Ölkədə 
istehsalın ən böyük payı bu regiona düşür. Ölkənin digər regionları ilə müqa- 
Bax: ‘State Program on Social-Economic Development of Regions of Azerbaijan Republic for the 
Years of 2004-2008’, 
http://unpanl.un.org/intradoc/groups/public/documents/UNTC/UNPAN016803.pdf
 
(05.04.2005); 
Brief Overwiev of Business Practices, New Investment Opportunities and Legal Environment, 
Azerbaijan Investment Promotion and Advisory Foundation, Baku, 2005, ss.71-79. 
131 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
yisə etdikdə, inkişaf etmiş bir infrastruktura sahib olduğunu söyləyə bilərik. Ən 
əhəmiyyətli magistral, hava, su və qatar yollan Abşerondan keçir. Xəzər Dənizi ilə 
əhatə olunması isə, regionun xarici ölkələrə çıxışını asanlaşdırır. 
Abşeron iqtisadi regionu, ölkənin ən əhəmiyyətli mədəniyyət mərkəzlərindən də 
biridir. Regionda Elmi Tədqiqat İnstitutları, ah məktəblər, böyük idman kompleksləri, 
səhiyyə ocaqları və digər sosial müdafiə fondları fəaliyyət göstərir. 
Bakı 
Ölkə rəhbərliyi tərəfindən hazırlanan iqtisadi inkişaf proqramı, yüksək inkişaf 
səviyyəsinə sahib olduğu üçün Bakını əhatə etmir. Bu səbəblə aşağıdakı Abşeron 
iqtisadi regionuyla bağlı verilən məlumatlarda Bakının adı çəkilmir. Bu mövzuda Bakı 
haqqında qısa olaraq ayrıca dəyərləndirilmə apanlacaqdır. 
Ölkənin paytaxtı da olan Bakı, iqtisadi inkişaf səviyyəsi ilə ölkənin digər 
şəhərlərindən açıq bir şəkildə fərqlənir. 
Bakı, 2.5 milyonluq əhali sıxhğıyla yanaşı, xarici investisiyalann da keçən 19 
illik müddət ərzində cəmləşdiyi şəhər olmuşdur. 2003-cü ildən etibarən isə, yüksələn 
çox mərtəbəli binalarla Bakı, şəhərləşmə yolunda fürsət və təhlükələri tərkibində 
cəmləşdirən bir şəhərdir. 
Regional iqtisadi inkişaf proqramının xaricində qalan Bakıda ehtimal olunan 
investisiya sahələri bu şəkildə sıralana bilər: neft və qaz sektorlarına aid yan sənaye, 
elektrik, elektronika, neft məhsullarının dəyərləndirilməsi, dəmir və dəmir olmayan 
metallar sahəsində müxtəlif investisiyalar, avtomatik və avtomatik yan sənaye 
kompleksləri, inşaat materialları, istehsal müəssisələri, tekstil sektoruna aid 
inteqrasiya kompleksləri, dəniz nəqliyyatı və gəmiçilik sektoru müəssisələri, quru, 
hava, dəniz, metro və dəmir yolu vasitəsi ilə bağlı yeraltı və yerüstü işlər görən 
müəssisələr, spirt və spirtli içki istehsal edən müəssisələr, səhiyyə, təhsil, turizm 
kompleksləri, ətraf mühiti mühafizə müəssisələri, topraq islahı və sulaması ilə 
əlaqədar müəssisələr. 
a.
 
Əhatə Etdiyi Regionlar 
Abşeron və Xızı inzibati rayonlan daxil olmaqla ölkənin ən əsas şəhərlərindən 
olan Sumqayıtdan ibarətdir. Xususilə, Sumqayıt şəhəri, çox uyğun iqtisadi- coğrafi 
mövqeyə sahibdir. 
b.
 
Sahəsi 
Abşeron iqtisadi regionu (Bakı xaric) 3.34 min km^-dir. Ölkə ərazisinin 3.9%-ni 
əhatə edir. 
C. 
Əhali və Əhali Sıxlığı 
Ölkə əhalisinin 4.8%-ini əhatə edən regionun ümumi əhalisi 387900 nəfərdir. 
Regionda hər kvadrat kilometrə 116 nəfər düşür. Fəal əhali isə, 163 min nəfərdir. 
İqtisadi regionun uyğun iqtisadi-coğrafi mövqeyi, əhalinin yerləşməsində 
mühüm rol oynayır. Əhalinin çoxu şəhərdə yaşayır. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə