Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə134/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   130   131   132   133   134   135   136   137   ...   310
124 


Az
ərbaycan İqtisadiyyatı 
edir və mükəmməl bir tarixi və mədəni sərvət qazandırır . Orta Asiya Türk 
respublikalarının müstəqilliklərini əldə etdikdən sonra, İpək Yolunun həm ticarət yolu, 
həm də tarix və mədəniyyət sərvəti olaraq yenidən canlandırılması gündəmə gəlmiş, 
bu yol boyunca tikilmiş və artıq istifadəyə yararsız olan tikililərin res- tavrasiya 
edilərək qorunmalan və yaşadılmaları üçün çalışmalar başladılmışdır. 
Qədim zamanlarda karvanların Şərqin zənginliklərini qərbə daşıması kimi, indi 
isə Avrasiya koridoru, sülh və əmin-amanlığı Orta Asiyaya və Qafqaza gətirəcək və 
mədəniyətlər arası dialoqun inkişafına nail olunacaqdır. 
Qloballaşma istiqamətində böyük inkişafın olduğu bu günlərdə dünyanın iqtisadi, 
siyasi və texniki şərtləri qarşısında, TRACECA layihəsinin regional sülh və stabilliyə 
nail olunmasında oynayacağı rol inkar edilə bilməz. 
Bu mənada, əsrlər boyunca tarixi ipək yolunun üzərində mühüm bir yer tutan, 
ancaq bundan daha vacibi, soyuq müharibə sonrası hadisələr işığında, istər iqtisadi, 
istər sosial, istərsə də siyasi baxımdan XXI əsrin ən dinamik coğrafiyasını təşkil 
etməyə namizəd Avrasiyanın mərkəzində bir cazibə qüvvəsi olaraq duran Türkiyənin 
də belə mühüm bir layihənin xaricində qalmasını düşünmək mümkün deyildir. 
Türkiyənin bu məsələdə TRACECA idealina mühim bir dəstək göstərməsi vacib və 
əhəmiyyətlidir. 
İpək Yolunun yenidən tikintisi, Azərbaycanda müstəqillikdən sonra atılan ən 
vacib və müsbət addımlardan biridir. 
Mərkəzi Asiyadan Avropaya gedən ən əlverişli yol Xəzər dənizindən və 
Azərbaycandan keçən yoldur. Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan 
və Qara dənizdən keçərək Avropaya uzanan yeni bir avtomobil yolu açılmışdır. 
Fəaliyyətdə olan bu yol, köhnə İpək Yolunu yenidən canlandırmaq mənasına da gəlir. 
Bu yolla Mərkəzi Asiyadan Avropanın ən ucqarında yerləşən ölkələrə və Avropadan 
Mərkəzi Asiyaya ən əlvərişli və etibarlı şəkildə daşınma həyata keçiriləcəkdir. Həm 
Orta Asiyadan Avropaya, həm də Avropadan Orta Asiyaya yük daşınır. Bu yükləri 
Xəzər dənizi üzərində Azərbaycana aid olan xırda gəmilər nəql edir^'*^ 
1996-
cı ildən başlayaraq bu yolun tikintisi üçün atılan addımlar, region 
nəqliyyat dəhlizləri ilə rəqabət edə bilən və ölkə iqtisadiyyatının inkişafına, yerüstü 
nəqliyyat kompleksinin formalaşmasına təsir edən vacib amillərdən biridir'"^*’. 
1998-ci ilə nisbətlə 2001-ci ildə İpək Yolu ilə yük daşınması 1.5 dəfə, tranzit yük 
daşınması 1.9 dəfə, əldə edilən gelir isə 1.6 dəfə artmışdır. 
Bundan əlavə, Chevron-Tengiz neft şirkətinin Qazaxıstanın Tengiz neft 
yatağında hasil etdiyi neftin dünya bazarlarına çıxarılması üçün Xəzər dənizinin 
Hay dar Aliyev, 
Dünya Siyasetində Azerbaycan Petrolü,
(Dər. İlham Aliyev - Akif Muradverdiyev, 
Çev. Abdullah Çiftçi - Ergun Kocabıyık), Sabah Kitaplan No.77, İstanbul, 1988, ss.101-102,170. 
H. Məmmədov - R. Axundov, “Qədim İpək Yolunun Nəqliyyat Marşurutlan”, 
İpək Yolu 
II.Respublika Elmi-Praktiki Konfransının Materialları,
Bakı, 2001, ss. 11-14. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə