Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə62/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   58   59   60   61   62   63   64   65   ...   310
52 


Az
ərbaycan İqtisadiyyatı 
dədir. Ölkənin hələ struktur islahatı və sənayeləşmənin qurtarmamış olmağına və 
qeyri-neft sektorlannda ixracın zəif olmağına baxmayaraq tədiyyə balansı kəsirlərini 
neft gəlirləri ilə ortadan qaldıra bilir. Lakin, bu vəziyyət ölkə iqtisadiyyatı üçün yaxşı 
hal deyil, hətta iqtisadi bir xəstəlikdir. Həm xəstəlikdən xilas olmaq üçün, həm də neft 
ixracının 15-20 il sonra azalacağı diqqətə alınaraq, xarici tarazlığı davam etdirə 
bilmək üçün sürətli sənayeləşmə, idxalı əvəz etmək və ixracı artırmaq şəklində 
sıralana biləcək uzun müddətli struktur dəyişikliklərin daha sıx və diqqətlə davam 
etməsi lazımdır. 
2.7.1.
 
Xarici Ticarətdə Əsas Ölkələr 
Azərbaycan 2009-ci ildə dünyanın 129 fərqli ölkəsi ilə ticarət əlaqəsi qurmuşdur. 
İdxalın 70 %-ni Rusiya, İngiltərə, Qazaxıstan, Türkiyə, Almaniya, Ukrayna, 
Hollandiya, Çin, ABŞ və Yaponiya ilə həyata keçirtmişdir. İxracın isə 87 %-i isə 
İtaliya, İsrail, Rusiya, Gürcüstan, Türkiyə, İran, Türkmənistan, İndoneziya, Xorvatiya 
və Fransa ilə həyata keçirtmişdir. 2009-ci ildəki xarici ticarətin 25%-i İtaliya, 12%-i 
Rusiya, 6%-i Türkiyə, 6%-i İngiltərə, 3.6%-i Türkmənistan, 4.6%-i İsrail, 3.5%-i 
Qazaxıstan, 3.3%-i Almanya, 3%-i İran, 3%-i Gürcüstan, 2.6%-i Fransa, 2.5%-i Çin 
və 2.3%-i Hollandiya ilə həyata keçirilmişdir. 
İtaliya, Trieste terminalından həyata keçirilən neft daşımalan səbəbiylə 
Azərbaycanın ixrac etdiyi ölkələr içərisində ilk sıradadır. 
1998-
ci ildə Rusiya Federasiyasında baş verən iqtisadi böhran nəticəsində 
edilən devalüasiya və Rus mallarının Azərbaycan valyutasına nisbətlə dəyər itirməsi 
səbəbiylə Rusiya, Azərbaycan bazannda qiymət üstünlüyü əldə etmiş və mallarına 
tələbin artmasıyla Rusiya Azərbaycanın xarici ticarətində bu tarixdən etibarən ilk 
sıralara yüksəlmişdir. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə