Microsoft Word az law Phytosanitary Control



Yüklə 182,56 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix21.05.2018
ölçüsü182,56 Kb.
#45159
1   2   3   4   5   6   7

4.0.2.  canlı  göbələklərin,  bakteriyaların,  virusların,  nematodların,  gənələrin, 

həşəratların  və  bitki  xəstəlikləri  törədicilərinin  kolleksiyaları,  onların  zərər  vurduğu  bitki 

nümunələri, habelə bitki herbariləri və kolleksiyaları; 

4.0.3.  zərərli  orqanizmlərin  daşıyıcısı  olan  kənd  təsərrüfatı  maşınları  və  alətləri, 

nəqliyyat  vasitələri,  bütün  növ  qab  və  qablaşdırma  materialları,  bitki  və  bitkiçilik 

məhsullarından hazırlanmış sənaye-məişət malları və məmulatları, torf, kompost, digər üzvi 

gübrələr, torpaq və torpaq monolitləri və nümunələri; 

4.0.4.  bitki  və  bitkiçilik  məhsullarının  istehsalı,  emalı,  tədarükü,  saxlanması,  satışı 

yerləri, kənd təsərrüfatı və meşə sahələri, həyətyanı və bağ sahələri, qeyri-kənd təsərrüfatı 

torpaqları. 

 

Maddə 5. Fitosanitar nəzarətinin əsas prinsipləri  



 

5.1.  Azərbaycan  Respublikasında  fitosanitar  nəzarəti  bitki  mühafizəsi  və  karantini 

sahəsində beynəlxalq standartların, qaydaların və tövsiyələrin tələblərinə uyğun qurulur və 

aşağıdakı prinsiplərə əsaslanır: 

5.1.1. əlaqələndirmə; 

Bitki  və  bitkiçilik  məhsullarının  karantin  tətbiq  edilən  zərərli  orqanizmlərdən 

mühafizəsinə  yönəldilmiş  fitosanitar  tədbirlər  beynəlxalq  əməkdaşlıq  çərçivəsində  vahid 

metodika üzrə hazırlanmalı və tətbiq edilməlidir. 

5.1.2. ekvivalentlik; 

Bitki  və  bitkiçilik  məhsullarının  beynəlxalq  ticarəti  zamanı  ölkədə  mövcud  olan 

fitosanitar vəziyyət və həyata keçirilən fitosanitar tədbirlər barədə xarici dövlətlərə obyektiv 

məlumat verilməli, həmin ölkələrdə tətbiq olunan fitosanitar tədbirlərin hüquqi qüvvəsinin 

bərabərliyi qəbul edilməlidir. 

5.1.3. şəffaflıq; 

Fitosanitar  nəzarəti  sahəsində Azərbaycan  Respublikasında qəbul edilmiş  normativ 

hüquqi  aktlar,  habelə  onlara  edilmiş  dəyişikliklər  və  əlavələr  barədə  müvafiq  beynəlxalq 

təşkilatlar  məlumatlandırılmalı  və  həyata  keçirilən  fitosanitar  tədbirlər  üzrə  informasiya 

mübadiləsi aparılmalıdır. 

5.1.4. Riskin qiymətləndirilməsi; 

Azərbaycan  Respublikasında  həyata  keçirilən  fitosanitar  tədbirlər  elmi  dəlillərə 

əsaslanmalı,  müvafiq  beynəlxalq  təşkilatlar  tərəfindən  işlənib  hazırlanmış  riskin 

qiymətləndirilməsi  texnikasını,  istehsal,  emal,  nəzarət,  ekspertiza  və  sınaq  metodlarını 

nəzərə  almalı,  karantin  tətbiq  edilən  zərərli  orqanizmlərin  ölkə  ərazisinə  daxil  olması, 

məskunlaşması,  yayılması  və  dövlət  sərhədindən  kənara  çıxması  riskini  minimuma 

endirməli,  insanların,  ətraf  mühitin  və  ərazinin  iqtisadiyyatının  təhlükəsizliyini  təmin 

etməlidir. 

5.1.5. Fitosanitar mühafizənin səviyyəsinin müəyyənləşdirilməsi; 

Bitki  və  bitkiçilik  məhsullarının  zərərli  orqanizmlərdən  qorunmasını  təmin  etmək 

məqsədilə fitosanitar mühafizənin səviyyəsinin konsepsiyası müəyyən olunmalı, tətbiqində 

daimilik,  sabitlik  və  ardıcıllıq  təmin  edilməli,  tətbiqi  qaydaları  beynəlxalq  standartlara 

uyğunlaşdırılmalı,  əsassız  və  ya  özünü  doğrultmayan  məhdudiyyətlərə  və  fərqliliyə  yol 

verilməməlidir. 

5.1.6. Regional şəraitə uyğunlaşma; 

Regionun  fitosanitar  vəziyyəti  və  xüsusiyyətləri  qiymətləndirilərkən  bitki  və 

bitkiçilik  məhsulları  idxal  və  ixrac  edən  ölkələrin  coğrafi  mövqeyi,  ekosistemləri, 



epidemioloji  nəzarət  faktorları,  habelə  fitosanitar  tədbirlərin  səmərəliliyi,  əraziyə  xas  olan 

bitki  xəstəliklərinin  və  zərərvericilərinin  mövcudluğu,  yayılma  səviyyəsi,  məhvetmə  və 

nəzarət  proqramları  nəzərə  alınmalı,  fitosanitar  mühafizənin  səviyyəsini  müəyyənləşdirən 

konsepsiyaları tanınmalıdır. 

5.2. Fitosanitar nəzarətinin digər prinsipləri bitki mühafizəsi və karantini sahəsində 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  və  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrin 

şərtləri ilə müəyyən olunur. 

 

I I f ə s i l 



 

FİTOSANİTAR NƏZARƏTİNİN TƏŞKİLİ 

 

Maddə 6. Fitosanitar nəzarətinin təşkilinin istiqamətləri  



6.1.  Azərbaycan  Respublikasının  ərazisində  fitosanitar  nəzarətində  olan  karantin 

obyektlərinin  mühafizəsinə  yönəldilmiş  fitosanitar  nəzarəti  aşağıdakı  istiqamətlər  üzrə 

təşkil edilir: 

6.1.1. ölkə ərazisini karantin tətbiq edilən zərərli orqanizmlərdən qorumaq və onların 

mənbələrini  vaxtında  aşkar  etmək  məqsədilə  karantin  nəzarətində  olan  materiallarda 

müntəzəm  olaraq  müşahidələr  aparılması,  fitosanitar  ekspertizaları  keçirilməsi  və 

profilaktik tədbirlər görülməsi; 

6.1.2.  bitki  və  bitkiçilik  məhsullarında  zərərli  orqanizmlərin  kütləvi  yayılmasının 

qarşısının  alınmasına,  xəstəliklərin  aradan  qaldırılmasına,  məhsul  itkisinə  yol 

verilməməsinə,  ətraf  mühitin  və  əhalinin  sağlamlığının,  habelə  flora  və  faunanın 

pestisidlərin, digər zəhərli kimyəvi maddələrin zərərli təsirindən qorunmasına yönəldilmiş 

bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi; 

6.1.3.  fitosanitar  nəzarətində  olan  karantin  obyektlərində  karantin  tətbiq  edilən 

zərərli  orqanizmlər  aşkar  olunduqda  müvafiq  ərazidə  karantin  rejiminin  tətbiq  edilməsi, 

hüquqi  şəxslərə  və  əhaliyə  bu  barədə  məlumat  verilməsi,  habelə  zərərli  orqanizmlərlə 

mübarizə  aparılması  məqsədilə  karantin  məhdudiyyətlərinin  müəyyən  edilməsi  və 

fitosanitar tədbirlərin həyata keçirilməsi. 

6.2.  Azərbaycan  Respublikasının  ərazisində  fitosanitar  nəzarətində  olan  karantin 

obyektlərinin  mühafizəsinə  yönəldilmiş  profilaktik  tədbirlərin  görülməsi,  bitki  mühafizəsi 

tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi qaydaları müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

 

Maddə 7. Fitosanitar nəzarəti sahəsində dövlətin vəzifələri 



 

 7.0. Fitosanitar nəzarəti sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 

7.0.1.  fitosanitar  nəzarəti  sahəsində  dövlət  siyasətinin  əsas  istiqamətlərini  müəyyən 

etmək və normativ hüquqi aktlar qəbul etmək; 

7.0.2. bitki mühafizəsi üzrə respublika və regional əhəmiyyətli texnoloji reqlamentlər 

və proqramlar hazırlamaq və təsdiq etmək; 

7.0.3.  dövlət  fitosanitar  nəzarəti  xidmətini  təşkil  etmək,  onun  əsasnaməsini  və 

strukturunu təsdiq etmək; 

7.0.4. fitosanitar nəzarəti sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək; 



Yüklə 182,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə